"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                 

“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb” - deputat
Tarix: 20-02-2018, 09:12 | Çap et
“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb”
“Yeni Müsavat” qəzetinin növbəti qonağı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Qeyd etmək yerinə düşər ki, Elşən bəy media ilə əməkdaşlığa xüsusi önəm verən siyasətçilərdəndir və saytımızda müntəzəm yazıları ilə çıxış edir. Milli Məclisin deputatı müsahibə təklifimizi də geri çevirmədi və ofisimizə təşrif buyurdu. Onunla olan son dərəcə maraqlı söhbəti oxucuların diqqətinə təqdim edirik.

- Elşən bəy, səsiniz tutqundur. Xəstələnmisiz, deyəsən.

- Bəli, son qriplərdən qoruna bilmədim. Məni də haqladı. Ona görə səsim batıb.

- Çörçilin məşhur bir sözü var: “Bir siyasətçinin hətta lazım olmayan məqamda xəstələnməsi belə intizamsızlıqdan xəbər verir”. Ümid edirəm, kobud misal olmadı.

- Kobud-filan deyil. Sadəcə, Çörçilin həyatı haqda azacıq məlumatlı şəxs kimi deyim ki, rəhmətliyin “astma bronxit”i olub. Hər vacib görüşə getmədən öncə də allergiyası baş qaldırırmış, çıxışlarını rahat edə bilmirmiş. Bu fikri də özünə misal olaraq deyib. Yəni məntiqlə intizamsızın yekəsi özü olub. Amma paralel olaraq bir şeyi də dəqiqləşdirək. Niyə lazımsız məqam?

- Ən azından seçki dövrüdür, bir siyasətçi üçün isə aktivlik belə məqamda qaçılmazdır. Ona görə.

- Siyasətçi bir tək seçki dönəmində deyil, hər zaman aktiv olmalıdır. Bu, onun missiyasıdır, emblemidir. Seçkidən-seçkiyə ortalığa çıxıb “mən də varam” havasına girənlərin adı isə siyasətçi deyil, mövsüm kəpənəyidir. Belələri bütün ömürlərini elə kəpənək “kafa”sı ilə də yaşayırlar. Sağa-sola şütüyərək. Mənsə hər zaman meydandayam, mövqeyimi, fikrimi, mülahizələrimi bildirirəm. Passivliyi də sevmirəm.

- Sizi davamlı olaraq müxalifət üzərinə sərt və ağır şəkildə yüklənən biri kimi xarakterizə edirlər. Bu imici qazanmaq diskomfort yaratmır ki?

- Düşünmürəm ki, nə vaxtsa kiminsə üzərinə yüklənmişəm və ya yüklənirəm. Hər kəsin bir fikri var. Amma hamısı da fərdi və fərqlidir. Müxalifətçilər bəzən əsəbiləşəndə mənə “radikal iqtidar” da deyirlər. Ürəklərindən nə keçir desinlər. Düşüncəm isə bundan ibarətdir ki, ən qorxulu adam mövqesiz və düşmənsiz adamdır. Qəti mövqeyin varsa mütləq düşmənin olacaq. Siyasi meydanda o insandan qorxmaq lazımdır ki, hamı ilə dostdur, günorta söydüyünü axşam öpür, səhər tənqid elədiyini sabahsı gün mədh edir. Ya da 20 il canla-başla müdafiə elədiyinə qarşı birdən-birə düşmən kəsilir, yolunu və mövqeyini 180 dərəcə dəyişir. Bilirsiniz, xəyanət ailədə də, dostluqda da, siyasətdə də eynidir. Onu bir dəfə sınaqdan keçirən kəs artıq buna vərdiş, adət edir, özü üçün bu ənənəni adiləşdirir. Amma bütün hallarda siyasi xəyanət həmin kateqoriyaların ən iyrəncidir.

- Belə xəyanətlərdən sığortalanmağın bir üsul-qaydası yoxmu?

- Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb. Bizim içimizdə də belələri olub və hər zaman ola bilər. Məsələn, Gültəkin Hacıbəyli eyni adlı mövzunun ən bariz nümunələrindəndir. 27 yaşından 40 yaşına qədər bir komandada olasan, onun uğurlarından, imtiyazlarından bəhrələnəsən, çıxış eləmək, təbliğ etmək, ucadan danışmaq lazım olan yerdə hamını itələyib qabağa keçəsən ki, mövzu mənlikdi, sonra da bir seçkidə deputat seçilməyən kimi olasan müxalifətin öndə gedəni. Mümkündürmü təbii görünmək? Mümkündürmü kimisə inandırmaq? Yox, təbii. Ya da olsun Cəmil Həsənli. 2005-ci ildə AXCP-nin qərarına qarşı çıxdığı üçün təşkilatdan ayrılmalı oldu. Loru açıqlama da bu idi ki, ideya, müxalif həmrəylik-filan hərləmirəm, mənə mandat lazımdı. Amma həmin mandatı da itirən kimi oldu Silvestr Stallone. Girdi “Rokki” havasına. Gündə də bir seriyasını çəkib facebook üzərindən camaata sırımağa çalışdı. Kim inandı? Yenə heç kim, təbii. Çünki küskünlərin yığıncağında səmimi adam olmur.

- Haqqında danışdığınız kəsimin nümayəndələri seçki ilə bağlı boykot qərarı verib. Bu qərar da qeyri-səmimidir?

- Məndə olan informasiyaya görə - daha doğrusu, bu qənaətə sosial şəbəkədə oxuduqlarımdan sonra gəlmişəm - Milli Şura MSK-ya sənədləri həmin sənədlərin verilmə müddətinin bitməsinə saat yarım qalmış təqdim edəcək. Nə plandı bilmirəm, amma güman ki, iqtidarın növbədənkənar seçki qərarından sonra düşdükləri naqdaunu öz aləmlərində beləcə kompensasiya etmək istəyirlər. Yəni siz bizi şok etdiniz, biz də sizə sürpriz edərik. Ayrıca, onu da qeyd edim ki, boykot qərarı iqtidara deyil, beynəlxalq aləmdəki qəyyumlarına yönəlik mesaj idi. Qayəsi, məzmunu da özündə bu fikri ehtiva edirdi: “Ara qatmaq istəyirsinizsə, pul göndərin qataq. Ən azından əlimizdən gələni əsirgəmərik. Amma pulsuz olmaz. Havayı enerji sərf etmək niyyətimiz yoxdur”. Ordan isə deyəsən, müsbət cavab gəlib. Artıq pulu sızdırırlar. Ortalıqda var-gəl edən yeni-yeni gözəlbayramlıların canı sağ olsun, verirlər pulu Tiflis sərhədində hansısa taksi sürücüsünə, Ağstafada-zadda da üzərindən yüz dollar əskiklə götürürlər. Nə problem var ki? Arif Məmmədov adında xəyanətkarın, buqələmunun düzəltdiyi və ora-bura ötürdüyü saxta sənədlərə istinad edərək xəyallarında icad etdikləri hansısa prosesə “pul yuyan maşın” adı vermişdilər. Oysa, Əli Kərimli nəinki pul yuyan, hətta onu qurudub-ütüləyən maşının da icadını özü şəxsən edib. Hələ güman ki, patentini də alıb, sadəcə xəbərimiz yoxdur.

- Yeri gəlmişkən, Milan məhkəməsi bu ittihamların ən nəzərə çarpanlarından birini rədd etdi.

- Doğru həmişə sonda qalib gəlir. Bir gün ədalət zəfər çalmalı, Xədicənin donosluğu və bayaq adını çəkdiyim Arif Məmmədovun təşkilatçılığı ilə düzənlənən saxta ssenari nə zamansa ifşa olunmalı idi. Sadəcə, zamanı dəqiq bilmirdik. Radikal müxalifət bu oyunu ona görə qurmuşdu ki, cəmiyyətdə seçki öncəsi bir aşınma, iqtidara qarşı antipatiya yaratsın, amma məkrli ssenari özlərinə qarşı işlədi. Biabır oldular. Ən ideal vaxtda da məsələyə aydınlıq gəldi.

- Sizcə, bu məlumatları, dezoları mediaya, sosial şəbəkələrə kim ötürür? Məqsəd nədir?

- Dedim axı, Arif Məmmədovun rəhbərliyi ilə yanındakı çevrəsi. Bu insan uzun illər diplomatiyanın içində olub. Məlumatlı şəxsdir. Sadəcə, o, bildiyi məlumatları düzgün ötürmür. Təhrif edir. Bunların yeni bir təşkilatı var, iqtidara qarşı formalaşıb. Qənimətdən belə hamı o təşkilatdadır. Addım-addım, qapı-qapı gəzirlər. Randevularını da Arif alır. Bir tədbir buraxmırlar. Avropa Şurasından tutmuş ATƏT-ə qədər, hara gedirsən qarşında bitirlər. Olsun. Bizi düşmən bilib, düşmənçiliklərini edirlər. Amma dövlətlə, bayraqla, Azərbaycan adı ilə alıb-verə bilmədikləri, problemləri nədir, bax bunu anlamıram. Təsəvvür edin, Avropa Şurasının plenar iclasında Azərbaycanın əleyhinə, ya da Ermənistanın lehinə bir sənəd qəbul olunan kimi durub ayaq üstdə əl çalırlar. Əsas da o Emin Hüseynov və yanındakı erməni əsilli sarışın rəfiqəsi. Bir dəfə Şuranın bufetində ona dedim ki, yüz dəfə iqtidarı ittiham edəndə bir dəfə də ermənini ittiham elə, Qarabağdan danış. Qayıtdı ki, o məsələlər bizim maraqlarımıza uyğun deyil. Xəttimiz başqadır. Xəttin qırılsın, budur müxalifətçilik? Ya da Milli Şuranın baş prodüseri övladının qulağına niyə bir dəfə pıçıldamır ki, ay bala, xaricdə nə dinləmələrə qatılırsan qatıl, zalda 20 amerikalı, 30 avropalı, 15 ərəb və 1 erməni varsa, gedib özünü o dəqiqə erməninin yanına vermə, atan burada demokratiyadan, milli təəssübkeşlikdən dəm vurur, insan haqlarından “dərs keçir”, heç olmaya kənardan pis görünməsin. Yəni radikal müxalifət imitasiya da eləmir artıq. Deyirlər buyuq, amma bizi bəyənməlisiz. Seçki də gələn kimi hamısı olur qəzəlxan, meyxanaçı. Ancaq deyişmə işinə baxırlar, erməni lobbisinin papağından qafiyə çıxarırlar, ağıllı-ağıllı məsləhətlər verirlər. Boykot edirlərmiş. Dünəndən edin. Mənim qapıbir qonşum Kamandarın 3 yaşlı oğlu da bağçanı boykot edir, ağzına baxanmı var?

- Boykot əsaslandırması budur ki, onsuz da iqtidar hər seçkidə inzibati resursları prosesə cəlb edir, ədalətli seçki keçirmir və hətta guya bunu zamanında foto və videolarla sübut ediblər...

- Bəli, məhz guya! Nəyi sübut ediblər? Heç nəyi! Bir dəfə özünü “onbaşı” və “yüzbaşı” adlandıran xanımdan açıqlama alıblar. Soruşurlar ki, işiniz nədir, deyir insanları seçkiyə - səsverməyə göndərirəm. Bunu ad elədilər ki, saxta seçki keçirilir. Diqqət edin: xanım deyirdi ki, insanları səsverməyə göndərirəm, demirdi ki, filan adama səs verməyə göndərirəm. Desəydi başqa məsələ. Normalda isə bunun adı təşviqatdır. Adı onbaşı ya da yüzbaşı olsun - fərq etməz. Həmin kaseti xarici təşkilatlara da göndərəndə vəkillər, mütəxəssislər gülüb demişdilər ki, adam təşviqatla məşğul olub da, dünyanın hər yerində olduğu kimi. Bu axı fakt deyil. Bunlar da əli ətəyindən uzun, süzülə-süzülə, kasetləri də yanlarında geri dönmüşdülər. Yəni dediyim odur ki, kompromatları da öz başlarının, dərrakələrinin ölçüsündədir.

- Elşən bəy, bəzən namizədləri ittiham edirlər ki, seçkiyə mübarizə üçün deyil, dəstək üçün qatılırlar. Bu fikrə münasibətiniz necədir?

- Tamamilə yanlış fikirdir. Amma paralel olaraq nəzəri mülahizəmi də bölüşüm: 40 min imza toplayan adamın imzaları təsdiqləndikdən sonra könlü istəyər bu fürsətdən, yəni təbliğat imkanından istifadə edib rəqibini tərifləyər, istəyər özünü tərifləyər, istəyər qonşusunu-qohumunu tərifləyər. Bunun kimə nə dəxli? Harda yazılıb ki, seçkiyə girmisənsə mütləq söküb-dağıtmalısan? Fərdin passiv seçki hüququdur, sənədini verir, səslərini toplayır, qeydiyyata alınır. Gerisini özü bilər. Yəni dediyim odur ki, hətta mövzuya nəzəri və hüquqi prizmadan baxsaq belə yenə ortada separat, qeyri-qanuni bir şey yoxdur. Zamanında, konkret olaraq 2003-cü ildə Əli Kərimli Etibar Məmmədovla öncədən bağladığı sazişə əsasən ikincinin namizədliyini müdafiə etməli idi. Amma seçkiyə hər ikisi qatıldı. Onlara deyən oldumu ki, niyə belə edirsiz? Ya da 2009 Referendumundan öncə iqtidarın təbliğatına qarşı iki müxalif təşviqat qrupu yaradılmışdı. Nəsə irad tutuldu? Vəssalam da. Bunlar niyə özünə əl qatıb bəs? Həm də əsas olmadan? Bir daha təkrar edirəm: kökündən yanlış fikirdir! Əvvəla, namizədlərin içində hamının öz mövqeyi var, kimsə bu prosesə müxalifətin iddia etdiyi kimi dəstək üçün qatılmır. İkincisi, ölkədə seçkinin demokratik keçirilməsi üçün tam münbit şərait mövcuddur. Üçüncüsü də... Ən güclü namizəd qalib olacaq. Buna kimsənin şübhəsi olmasın. Şəxsi qənaətim isə odur ki, İlham Əliyev seçkinin açıq favoritidir və ən azı 80 faizin üstündə səs toplayacaq.

- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

(ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru