İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                 

Sərdar Cəlaloğlu seçki üçün sponsor axtarır
Tarix: 8-02-2018, 08:33 | Çap et
Sərdar Cəlaloğlu seçki üçün sponsor axtarır
Fevralın 6-da müxalifət partiyaları sədrlərinin növbədənkənar prezident seçkisi ilə bağlı fövqəladə toplantısı olub. 4 saatdan artıq çəkən görüşdə seçkidə iştirak, yoxsa boykot qərarı verilməsi müzakirə edilib. Seçkidə iştirak etmək tərəfdarları ilə boykot tərəfdarları arasında yekdil razılığa gəlmək mümkün olmayıb. Bu səbəbdən də belə bir toplantının olduğu barədə mətbuata ümumiyyətlə məlumat verilməyib. Ümumi mövqe belə olub ki, seçki ilə bağlı hər kəs özünün məqbul hesab etdiyi qərarı versin.

Bu barədə ətraflı məlumat almaq üçün müraciət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu belə bir görüşün keçirildiyi barədə “Yeni Müsavat”a daxil olan məlumatın düzgün olduğunu bildirdi. Lakin ətraflı informasiya vermədi. S.Cəlaloğlu qeyd etdi ki, bir araya gəlmək və vahid mövqedən çıxış etməmək üçün əsassız bəhanələr irəli sürülür. Müxalifətdə nailiyyətsizlik sindromundan doğan bir vəziyyət hökm sürür. Hər kəs özünü düzgün, qarşı tərəfi satqın sayır.

Seçkidə iştirak edib-etməmək məsələsinə gəlincə, ADP sədri dedi ki, ümumiyyətlə, seçkidə iştirakın iki prinsipi var. Biri nəyin bahasına olur-olsun seçkidə iştirak, biri isə sadəcə, seçkidə iştirak naminə iştirakdır: “Nəyin bahasına olur-olsun iştirak o deməkdir ki, sən artıq demokratik prinsipləri yox, hakimiyyətə gəlmək prinsiplərini əsas götürürsən. Ona görə də hətta anti-demokratik yolla da olsa hakimiyyətə gəlmək üçün seçkilərə qatılırsan. Mən demokratiyanı üstün tutan adam olduğum üçün hesab edirəm ki, seçkiyə nəyin bahasına olur-olsun prinsipi ilə heç vaxt qatılmıram.

Seçkilər xatirinə seçkiyə qatılmaq prinsipi isə demokratik prosedurların müdafiə olunması deməkdir. Yəni indi seçki antidemokratik ola bilər, sabah isə demokratik olar. Amma seçki olmasa, demokratiya və qanunun olmasının heç bir əhəmiyyəti olmaz. Çünki seçki yoxdursa, hakimiyyətin seçki yolu ilə dəyişilməsi də yox deməkdir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, demokratik seçki prosedurası müəyyən bir dövrdə işləməsə də seçkinin özü qaldığı üçün müəyyən müddət sonra seçki demokratik keçirilir və demokratlar dinc yolla hakimiyyətə gəlir. Yaxın tarixdə bu cür təcrübələr var. Ona görə də seçkinin bir institut kimi tamamilə sıradan çıxmaması üçün seçki seçkidə iştirak edilməlidir".

S.Cəlaloğlu həmçinin bildirdi ki, seçkidə iştirak etmək ən azı siyasi müxalifətin mövcudluğunu qorumaq üçün də lazımdır: “Mövcudluq qorunmalıdır ki, gələcəkdə şərait yaransa, biz müxalifət vəzifələrimizi yerinə yetirək. Ölkədə demokratik prinsipləri qorumalıyıq. Odur ki, 11 aprel seçkisində iştirak eləmək çox vacibdir. Şəxsən mən özüm namizədliyimi vermək qərarına gəlməmişəm. Yeganə səbəb seçki üçün lazım olan maliyyə resursumun olmamasıdır. Seçkidə iştirak eləmək üçün müəyyən qədər vəsaitin zəruri olduğu bəllidir. Hazırkı Seçki Məcəlləsi namizədlərə dövlət büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmur. Maliyyə problemindən başqa seçkiyə getməməklə bağlı səbəb olaraq irəli sürülən fikirlərin heç biri demokratik düşüncəyə uyğun deyil. Mənim maliyyə imkanım olsa böyük məmnuniyyətlə bu seçkilərdə iştirak edərəm. Seçkilər siyasətçinin xalqa sözünü çatdırması üçün həm də böyük bir fürsətdir. Ağıllı siyasətçi maliyyə imkanı varsa, bu fürsəti əldən buraxmamalıdır. Seçki yalnız və yalnız hakimiyyətə gəlmək vasitəsi deyil. Seçkilər xalqı aktivləşdirmək, xalqın öz gələcək taleyini düşünmək vasitəsidir, müxalifət ideyalarının xalqa çatdırılma vasitəsidir. Bu cür ciddi vasitədən imtina edilməməlidir. Seçkinin o qədər çoxlu siyasi əhəmiyyəti var ki, onu yalnız hakimiyyətə gəlmək prinsipi ilə məhdudlaşdırmaq düzgün deyil. Mən siyasi qüvvələrə demək istəyirəm ki, kimin maliyyə imkanı varsa, seçkidə iştirak etsin. Mən özüm müəyyən yoldaşlara müraciət eləmişəm, əgər maliyyə sponsorluğu eləyən olsa namizədliyimi irəli sürəcəyəm. Buna görə də heç kim məni və ya seçkidə iştirak edən digər şəxsləri ittiham etməməlidir. Bəzilərində bir adət yaranıb ki, kim düzgün addım atır, kim onun atdığı səhv addımları dəstəkləyib təkrarlamırsa, başlayırlar onu xəyanətkar adlandırmağa. Belə adamların özləri seçkidə iştirak edəndə onu düzgün qərar kimi təqdim edirlər, özləri seçkiyə getməyəndə, boykot qərarı verəndə seçkiyə getməyi xəyanət, satqınlıq kimi təqdim edirlər. Bu cür yanaşma ilə uzağa getmək olmaz. Mən hesab edirəm ki, seçkidə iştirak eləmək onun nəticəsindən asılı olmayaraq vacibdir”.

ADP sədrinin sözlərinə görə, seçkiyə getməyənlər iddia edirlər ki, seçkiyə qatılmaq onun nəticələrini legitimləşdirməkdir. Lakin onlar unudurlar ki, seçkini müxalifətin iştirakı legitimləşdirmir: “Qanunda var ki, alternativsiz seçki olmaz. Hakimiyyət istədiyi qədər alternativ namizədlər meydana çıxara bilər. Qanunda yazılmayıb ki, müxalifət seçkidə iştirak etmirsə seçki legitim ola bilməz. Bilmək lazımdır ki, bütün seçkilərin nəticələrini legitimləşdirən xalqın seçkidən sonra passivliyidir. Bəzi yoldaşların savadsızlığıdır ki, müxalifətin seçkidə iştirakını seçkini legitimləşdirən amil kimi sırımağa çalışırlar. Müxalifətin seçkidə iştirak edib-etməməsinin seçkinin legitimliyinə heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, Sərdar Cəlaloğlu 2013-cü ilin prezident seçkisində iştirak edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan hücumlar üç dəfə artıb - İsrail
Bu gün, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Bu gün, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Bu gün, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Bu gün, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Bu gün, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Bu gün, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Bu gün, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Bu gün, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Bu gün, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Bu gün, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Bu gün, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Bu gün, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Bu gün, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bu gün, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Bu gün, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru