"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                 

"Bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər"
Tarix: 2-02-2018, 08:49 | Çap et
"Bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər"
Hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev bu günlərdə verdiyi müsahibədə milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkisini şübhə altına alıb, seçkinin 50 faiz saxtalaşdırıldığını deyib.

Əbülfəz Elçibəyin prezident seçildiyi dövrdə dövlət katibi işləyən AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkilərdən sonra namizədlərdən birinin seçkilərlə bağlı bu cür əsassız iddiası olmuşdu. Lakin o dövrlərdə hətta Xalq Cəbhəsinin və Elçibəyin opponentləri, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini istəməyən xarici və daxili qüvvələr də seçkinin Azərbaycanda ilk demokratik seçki olduğunu bəyan ediblər: “Seçkinin nəticələri də, ictimai rəy də həmin seçkinin müstəqillik əldə olunandan sonra ilk demokratik seçki olduğunu göstərirdi. Rəsul Quliyev də həmin seçkinin demokratik keçirildiyini bilməmiş deyildi. Sözün doğrusu, mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi" kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər".

Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov isə cebhe.info-ya açıqlamasında Rəsul Quliyevin səsləndirdiyi fikirləri cəfəngiyyat adlandırıb: “Rəsul Quliyev oturub Amerikada ağlına gələni danışmaqda davam edir. İndi də guya Azərbaycanda siyasi hakimiyyətə gəlmək iddiasını ortaya qoyub. Hakimiyyətə iddialı olan şəxs isə təkcə keçmiş haqqında danışmamalı, gələcəklə bağlı proqramlarla çıxış etməlidir. Amma Rəsul Quliyev köhnə palan içi tökməklə, guya köhnə səhvləri, yanlışları deməklə özünü meydanda, gündəmdə tutmağa çalışır. Ümumiyyətlə, 30 ildə gedən proseslərdə iştirak edən, yaxından izləyən hər kəs bilir ki, Azərbaycanda keçirilən ən demokratik seçki 1992-ci ilin prezident seçkisi olub. O vaxt seçkilərə 7 namizəd qatılmışdı. Doğrudur, onlardan bir neçəsi sonradan Elçibəyin xeyrinə namizədliklərini geri götürüblər. Seçki prosesində isə imzatoplama kampaniyasından səsvermə gününə qədər heç bir namizədə əngəl yaradılmayıb. Rəsul Quliyevin də daxil olduğu və dəstəklədiyi cinah, Rusiyanın, İranın və həm də Ermənistanın dəstəklədiyi namizəd Nizami Süleymanov idi. Rəsul Quliyev və adamları da həmin düşərgəyə daxil idi. Nizami Süleymanov ətrafında birləşən koalisiyaya baxmayaraq 33 faiz səs toplayıb. Əbülfəz Elçibəy isə 59.4 faiz səslə prezident seçilib. Bəzi bölgələr var idi ki, Nizami Süleymanovun həmin yerlərdə yığdığı səs faizi kifayət qədər ciddi olub. Amma bu, heç bir halda Əbülfəz Elçibəyə qalib gələcək dərəcədə və mahiyyətdə olmayıb. Çünki Əbülfəz Elçibəy üçün imzatoplama kampaniyası başlayanda Azərbaycanın bütün ictimai-siyasi qurumları, məşhur aydınları Əbülfəz Elçibəyi müdafiə edirdi. Yəni Elmlər Akademiyasından tutmuş ali məktəblərə, sənaye və istehsal müəssisələrinə, zavod və fabriklərə qədər”.

Oqtay Qasımov hesab edir ki, Rəsul Quliyevin dedikləri psixoloji problemlərindən irəli gəlir: “O zaman Əbülfəz Elçibəyin namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına verdiyi imzaların sayı 600 mindən çox idi. Artıq seçki prosesi başlayanda AXC-nin, milli-demokratik qüvvələrin namizədi Əbülfəz Elçibəyin qalib gələcəyinə heç bir şübhə yox idi. Keçirilən demokratik seçkinin nəticəsi olaraq dünyanın qabaqcıl dövlətləri ABŞ, Türkiyə və ümumiyyətlə, Qərb və Avropa Əbülfəz Elçibəyin seçildiyi seçkilərin demokratik olduğunu bəyan edib, legitimliyini tanıyıb. Yəni burada heç bir şübhəli, mübahisəli məqam yoxdur və ola da bilməz. Əgər Rəsul Quliyevin beynində bu məsələlər indi qalxıbsa, bu, artıq onun psixoloji problemidir. Rəsul Quliyev əgər həmin seçkiləri saxta hesab edirsə, onda bu suallara cavab versin: Əbülfəz Elçibəyin seçildiyi seçkilər saxta idisə, prezidentliyi legitim deyildisə, hansı haqla, hansı mənəvi dəyərlərə söykənib Elçibəyin o zamankı komandasında yer almışdın? Dövlət Neft Şirkətinin prezidenti və sonradan baş nazirin birinci müavini vəzifələrini niyə qəbul etmişdin? Rəsul Quliyev özündə olan mənəvi keyfiyyətlərin göstəricisi ilə bu sualların cavabını versin”.

O.Qasımov Elçibəyin Rəsul Quliyev haqqında dediklərini xatırladıb, diqqəti onun dövlətdən oğurladığı milyonlara yönəldib: “Rəsul Quliyev bu cür sərsəm iddialarla xal qazanmaq istəyirsə də, onun Azərbaycana dönüşü və ya hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ola bilər ki, Rəsul Quliyev ömrünün qürub çağında yenidən doğulduğu Azərbaycana gəlsin. Amma Əbülfəz Elçibəyə çamur atmaqla bunu etmək mümkün deyil. Əksinə, Rəsul Quliyev dövlətdən oğurladıqlarını gətirib təhvil versə, bəlkə o zaman bu hakimiyyətin ona rəhmi gələr və onun geri qayıtmasına icazə verər. Rəsul Quliyev Əbülfəz Elçibəyə çamur atmaqla öz aləmində qisas aldığını düşünür. Çünki 1990-cı ildə Rəsul Quliyevə açılmış cinayət işi rəhbərlik etdiyi Neft Emalı Zavodunda yol verdiyi yeyintilərlə bağlı idi. Bu yeyinti o zaman aparılan ilkin araşdırmalara görə, 52 milyon dollar idi. Əbülfəz Elçibəyin 1998-ci ilin sonlarında bir ifadəsi var idi. Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru