İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                 

“Bakı-Tbilisi-Qars Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir” - deputat
Tarix: 8-11-2017, 11:32 | Çap et
“Bakı-Tbilisi-Qars Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir”
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. Oktyabrın 30-da Azərbaycan, Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş nazirlərinin, Türkmənistan və Tacikistan nümayəndə heyətinin iştirakı ilə Bakıda sözügedən dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Noyabrın 1-də isə Tehranda Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. Həmin görüşdə bir çox regional məsələlərlə yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması barədə müzakirələr aparılıb. Qeyd olunan hadisələr, Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr, onların ölkəmizə və regiona faydası, iqtisadi-siyasi əhəmiyyəti ilə bağlı "Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili cavablandırır.

- Tahir müəllim, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də gələcəkdə reallaşacaq Şimal-Cənub layihəsi Azərbaycanın nəqliyyat qovşağına çevrilməsində necə rol oynayır?
- İlk öncə qeyd etmək istərdim ki, Avrasiya məkanında dünyanın iki nəhəng iqtisadi güc mərkəzi yerləşir. Bunlar Qərbdə Avropa Birliyi, şərqdə isə Çindir. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 milyard dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tondan çoxdur. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu vasitəsilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətləri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30, 2050-ci ilə qədər 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımalarını 87 faiz artması gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdı. Bu potensialı dəyərləndirərək, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçılarının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib, Avropa İttifaqının TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Məhz bu Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi. 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb. Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin həm də bəzi hissələri hazır idi hətta. Ancaq Azərbaycan dövlətini gücü, Azərbaycan Prezidentinin nüfuzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir. Tarixi ipək yolunun marşrutundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunu "Dəmir İpək Yolu” layihəsi də adlandırmaq olar. Tezliklə istismara veriləcək Şimal-Cənub nəqliyyat dəhlizi ilə Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsini yaradacaq ki, bu da ölkəmizin bu layihələrdən siyasi və iqtisadi cəhətdən maksimum faydalanmasına imkan verəcək.

- İqtisadi baxımdan bu kimi layihələr Azərbaycana hansı dvidentlər gətirəcək?
- Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı vardır. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin Şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdı ki, hazırda Qazaxıstan Aktau limanının yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 20 milyon ton ətrafındadır. Beynəlxalq standartlara görə, dəmir yollarında 1 ton yükün 1 km daşınması 0.1 dollara başa gəlir. Bu standartlar ilə hesabladıqda Azərbaycanın 20 milyon ton yük daşınmasından əldə edə biləcəyi gəlir 1 milyard dollardan çoxdur. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 milyard dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaqdır. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaqdır ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcəkdir. Qeyd etmək istərdim ki, Türkiyənin Körfəz və Orta Asiya ölkələrinə ixracının artırılmasında ən böyük əngəl nəqliyyat problemləridir. Türkiyə ilə İran arasındakı yol müasir ehtiyaclara tam cavab verə bilmədiyindən iki ölkə arasında artan ticarət dövriyyəsinin təmin olunması üçün Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayacaqdır. Belə ki, iki ölkə arasında dəmir yolu üzərindən ildə 1 milyon ton yük daşımalarının planlaşdırılması Van gölü və Saraksda ləngimələrin baş verməsi üzündən nəqliyyat şirkətlərinin bu yollardan uzaqlaşıb Bakı-Tbilisi-Qars dəmir yoluna keçməsinə stimul yaradacaqdır. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında illik 16 milyon tondan çox yük daşımalarının da sürət və tarif baxımından daha əlverişli olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Şimal xətti üzərindən həyata keçirilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasının mühüm bir nəticəsi də regionda yeni bir enerji dəhlizi yaranması olacaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması imkanları xeyli artacaqdır. Buna əlavə olaraq Türkiyə ilə Orta Asiya ölkələri arasındakı yük daşımalarını həyata keçirən mövcud nəqliyyat qurumları bu xətdən faydalanmaq istəyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlanma yaradacaqdır. Yüklərin marşrutlar boyunca emal edilməsi, əlavə dəyərlərin yaradılması, ixrac və xidmət üçün yeni sahələrin yaranması imkanları daha da artacaq, bu isə son nəticədə insanların rifahının daha da artmasına gətirib çıxaracaqdır.

- Azərbaycanın beynəlxalq iqtisadi layihələri reallaşdırılması dünyada ölkəmizə olan münasibəti hansı səviyyəyə çatdırır?
- Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi tanınıb. Regionun inkişafına, Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasına, Asiya və Avropa arasında etibarlı ticarət vasitəsi olmağı sübut etmiş Azərbaycanın hər bir təşəbbüsü maraqla qarşılanır. Belə təşəbbüslərin demək olar ki, hamısı reallaşır. Çünki, Azərbaycanın təşəbbüsləri praqmatikdir və qarşılıqlı faydalara əsaslanır. Təsadüfi deyil ki, belə layihələrin həyata keçməsi ilə ölkənin beynəlxalq aləmdə siyasi nüfuzu daha da artır.

- Bəs adlarını qeyd etdiyimiz iqtisadi layihələrin reallaşdırılması ölkəmiz üçün siyasi baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Bu layihənin həyata keçməməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları uzun illər çalışıblar. Hətta özlərini də inandırmışdılar ki, layihə həyata keçməyəcək. Ancaq Azərbaycan Prezidentinin siyasi nüfuzu və Azərbaycan dövlətinin iqtisadi qüdrəti ilə layihə reallaşdı. Bu, siyasi cəhətdən Azərbaycanın qələbəsi oldu. Digər tərəfdən, bu layihə Azərbaycanın tərəfdaşlarının sayını daha da artırdı. Layihəyə Orta Asiya dövlətlərinin, Qazaxıstanın qoşulması bu ölkələri həm də siyasi cəhətdən daha yaxın tərəfdaşlara çevirəcək.

- Belə layihələr gələcəkdə regionun ümumi inkişafına necə təsir edəcək?
- Həyata keçirilən BTQ, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri bütövlükdə regionu Avropa və Asiya bazarları ilə inteqrasiya edəcək. Bir tərəfdən regiona sərmayə, texnologiya və bilik axını güclənəcək, digər tərəfdən regionun ixracatçıları üçün xarici bazarlara əlverişli çıxış imkanı yaranacaqdır. Bu layihələr xarici bazarlara daha ucuz və qısa müddətdə çıxış imkanı yaratdığından, bütövlükdə regionun rəqabət qabiliyyətini artıracaqdır. Digər tərəfdən, Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi Muxtar Respublikanın iqtisadi blokadadan çıxmasına geniş imkanlar yaradacaqdır.

- BTQ də daxil olmaqla, artıq neçənci layihədir ki, işğalçı Ermənistan onun iştirakçısı olmur, kənarda saxlanılır. Bu baxımdan sözügedən layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycanın əsas problemi işğal olunmuş ərazilər və Dağlıq Qarabağ münaqişəsidir. Ölkənin inkişafında əsas məqsədlərdən biri də bu münaqişədə ədalətin bərpa olunması və işğalçılıq siyasətinə son qoyulmasıdır. Ermənistanın iqtisadi cəhətdən belə layihələrdən kənar qalması onun işğalçı siyasəti ilə bağlıdır. Bunun da nəticəsini onlar görürlər. Ermənistan artıq müstəqil dövlət kimi yox olma həddinə çatıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi tezliklə Azərbaycana qarşı işğalçılığa son qoyacaq və ölkəmizin region üçün yaratdığı iqtisadi və siyasi faydalardan bəhrələnməyə çalışacaqlar. Bu, bir qədər əvvəl qeyd etdiyim kimi, Ermənistan yalnız işğalçılıq siyasətinə son verdikdə mümkün ola bilər. Əks halda, bütün layihələrdən təcrid olunmuş Ermənistanın gələcəyi sual altındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Dünən, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Dünən, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Dünən, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Dünən, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Dünən, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Dünən, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Dünən, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Dünən, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Dünən, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Dünən, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Dünən, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Dünən, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Dünən, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Dünən, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Dünən, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Dünən, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Dünən, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Dünən, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Dünən, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Dünən, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Dünən, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Dünən, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Dünən, 05:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru