Qərbin dünyadakı separatçı qüvvələrə laqeyd münasibəti artıq öz fəsadlarını verir - deputat
Tarix: 4-10-2017, 08:02 |
Çap et
Kataloniya bölgəsində baş verən hadisələr növbəti separatizm dalğasıdır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Qərbin dünyadakı separatçı qüvvələrə laqeyd münasibəti artıq öz fəsadlarını verir:
"İndi separatçılar İspaniya kimi qədim tarixi, dövlətçilik adət-ənənəsi olan bir ölkəni parçalamaq istəyirlər. Şimali İraqda kürdlər də, Azərbaycanda, Azərbaycan vətəndaşları olan və Qarabağda yaşayan ermənilər də belə edir. Növbəti dalğa da İspaniyadadır".
Millət vəkili bildirir ki, dünyanın aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.