“İstirahət etməyə pulum yoxdur” - deputat
Tarix: 1-08-2017, 15:43 |
Çap et
Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müalicə olunmaq üçün xaricə gedib.
A.Əlizadə “Ölkə.Az”-a açıqlamasında hazırda Gürcüstanda müalicə olunduğunu bildirib.
Deputat bəzi həmkarlarından fərqli olaraq Gürcüstana istirahət üçün deyil, müalicə olunmaq üçün getdiyini söyləyib.
A.Əlizadə deyib:
"Bəziləri deyirdi ki, Araz Əlizadə istirahət etmək üçün ABŞ-a gedib və sairə. Mənim ABŞ-da istirahət etməyə pulum yoxdur. Sadəcə olaraq, ötən dəfə ABŞ-a dəvət edildiyim bir konfransa getmişdim. Səfərin bütün xərclərini təşkilatçı ödəmişdi. Hazırda isə Gürcüstanda müalicə olunuram".