“Azərbaycana gələn erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil”
Tarix: 14-11-2016, 08:46 | Çap et
 “Bakıya gələn hər üç erməni Sarkisyan rejiminə qarşı barışmaz mövqedə olan, Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə pisləyən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Xocalıda soyqırım faktını qəbul edən insanlardır. Ermənilərin arasında belələrinin sayı az deyil. Dünyadakı və regiondakı reallıqları, bölgənin etnik coğrafiyasını, demoqrafik vəziyyətini bilən və bu vəziyyəti qiymətləndirməyi bacaran ermənilər işğalın onlara yaxşı heç bir şey vəd etmədiyini, bütün bunların bir sonu olacağını başa düşür və qiymətləndirirlər”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri ötən həftə Bakıya gələn və Ermənistanı ifşa bəyanatları ilə çıxış edən üç erməni fəalla bağlı “Yeni Müsavat”a danışarkən söylədi. Siyasi şərhçinin fikrincə, bu adamlar öz xalqlarının gələcəyini düşünməyi bacaran, ağıllı, soyuqqanlı insanlardır: “Onların fəaliyyətini xeyli vaxtdır ki, izləyirəm. Qənaətimə görə, onların Azərbaycana gəlişini əsaslandıran da onların bu günə qədər nümayiş etdirdikləri mövqedir. Yəni bu adamların Azərbaycana gəlişi göydəndüşmə bir hadisə deyil və hər 3 şəxs Ermənistanda onlar kimi düşünənlərin sayının kifayət qədər çox olduqlarını yaxşı bilirlər. Əks halda belə ağır yükün və məsuliyyətin altına girməzdilər. Sankt-Peterburqda təhsil aldığım dönəmdə və ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Vahe Avetyan, Vaan Martirosyan və Syuzan Çaqinyan kimi düşünən, lakin mövqe sərgiləməyə qorxan çoxsaylı erməni ilə qarşılaşmışam. Onları həqiqəti etiraf etməyə kimsə məcbur etmirdi və məndən də heç bir asılılıqları yox idi. Mənim də Azərbaycan millətçisi olduğumu yaxşı bilirdilər. Demək istəyirəm ki, erməni fəallarının Azərbaycana gəlişi və səsləndirdikləri fikirlər məni qətiyyən təəccübləndirmədi”.
E.Mirzəbəyli ermənilərin Bakıya gəlişində yardımçı olmuş şəxslərin ünvanına səslənən ittihamları da qəbul etmədi: “Onların Azərbaycana səfərini, həmçinin onların iştirakı ilə keçirilən tədbiri təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndirirəm və təqdir edirəm. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, bölgədə sülhün və əminamanlığın təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır. Qənaətimə görə, belə bir tədbirin təşkili Azərbaycan tərəfinin son dövrlərdə atdığı ən uğurlu addımlardan biridir və bu fəaliyyəti yüksək peşəkarlıqla davam etdirmək lazımdır. Bu tədbirin əleyhinə çıxan və populist şüarlar səsləndirən adamları isə gerçək vətənpərvərlik anlayışını gözdən salmamağa çağırıram. Belələri başa düşməlidir ki, onların fəaliyyəti Qarabağı da, Qarabağa olan sevgini də gözdən salır. Biz belə bəsit təfəkkürlə, şou xarakterli hərəkətlərlə, populizmlə Qarabağı azad edə bilmərik”.
Politoloq qeyd etdi ki, Azərbaycana gələn hər hansı bir erməniyə şillə-təpik atmaq qəhrəmanlıq deyil: “Bizi bu günə qədər ayaq üstə tutan milli kimliyimiz və bu kimliyi təşkil edən dəyərlərdir. Düşmənlə döyüş üçün məkan da var, imkan da. Əgər bir erməni sənin ayağına gəlib yanlış yolda olduğunu etiraf edirsə, onun hərəkətini təqdir etmək lazımdır ki, öz mövqeyini ifadə etməkdən çəkinən digərləri eyni addımları ata bilsinlər. Onlara qarşı pis münasibət isə işğalçı rejimin təbliğatına xidmət edir. 1-2 erməninin Bakıya gəlib Ermənistanın səhv yolda olduğunu etiraf etməsi bəzilərinin dediyi kimi, şəhidlərin ruhuna sayğısızlıq deyil. Şəhidlərimizin qanını yerdə qoymamaq, Qarabağı azad etmək üçün isə hər kəs sözün yox, bacardığı işin qulpundan yapışmalıdır. Hərbçi səngərdə, jurnalist KİV-də, QHT nümayəndəsi fəaliyyət göstərdiyi sektorda... üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İş! İş! Yenə də İş!”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19 |
|
|
|
| • "Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15 |
|
|
|
| • İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11 |
|
|
|
| • Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08 |
|
|
|
| • Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02 |
|
|
|
| • Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59 |
|
|
|
| • Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56 |
|
|
|
| • Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49 |
|
|
|
| • QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46 |
|
|
|
| • 16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39 |
|
|
|
| • Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
| • Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14 |
|
|
|
| • Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05 |
|
|
|
| • Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01 |
|
|
|
| • Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59 |
|
|
|
| • "BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
| • Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40 |
|
|
|
| • Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31 |
|
|
|
| • Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25 |
|
|
|
| • Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22 |
|
|
|
| • Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14 |
|
|
|
| • Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13 |
|
|
|
| • ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06 |
|
|
|
| • “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59 |
|
|
|
| • Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53 |
|
|
|
| • Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44 |
|
|
|
| • "Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36 |
|
|
|
| • Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16 |
|
|
|
| • Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04 |
|
|
|
| • 100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57 |
|
|
|
| • "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55 |
|
|
|
| • “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53 |
|
|
|
| • Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50 |
|
|
|
| • Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48 |
|
|
|
| • Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43 |
|
|
|
| • Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40 |
|
|
|
| • Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31 |
|
|
|
| • 200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26 |
|
|
|
| • "Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21 |
|
|
|
| • Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11 |
|
|
|
| • Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03 |
|
|
|
| • "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59 |
|
|
|
| • AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
| • Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48 |
|
|
|
| • Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37 |
|
|
|
| • Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31 |
|
|
|
|