Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                 

“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:04 | Çap et

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədə təqsirləndirilən Aslan Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Aslan Babayev “TikTok” sosial şəbəkəsində şəxsiyyətini gizlətmək məqsədilə “Aylin Qurbanova” adlı saxta profil yaradaraq özünü qadın kimi təqdim edib. O, həmin profil vasitəsilə tanış olduğu zərərçəkmiş B.B.-nin (adı, soyadı şərtidir) fotoşəkillərini əldə etdikdən sonra şəkillərdən birinin üzərinə təhqiramiz məzmunlu “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsini yazıb.

Bundan sonra, o, 2025-ci ildə Saatlı şəhəri ərazisində yerləşən evində olarkən həmin saxta profildən istifadə etməklə hazırladığı görüntünü “TikTok”da paylaşaraq zərərçəkmiş şəxsi təhqir edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək zərərçəkmiş şəxslərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edib.

Belə ki, o, Oğuz rayonunda yaşayan digər zərərçəkmiş H.H (adı, soyadı şərtidir) ilə də sosial şəbəkə vasitəsilə tanış olub, onun fotoşəkillərini əldə etdikdən sonra həmin şəkillərin üzərinə nalayiq ifadələr yazaraq internetdə yayacağını bildirib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib.

Belə ki, Aslan Babayev həmin şəxsdən ümumilikdə 500 manat məbləğində pul vəsaitini müxtəlif bank kartlarına köçürtdürüb. Əldə etdiyi vəsaiti isə qanunsuz mərc oyunlarında istifadə edib.

Bundan başqa, o, “Müəllimə” adlı digər saxta profil yaradaraq daha bir şəxslə əlaqə saxlayıb, onun da fotoşəkillərini yaymaqla hədələyib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib. Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 200 manat pul vəsaiti təqsirləndirilən şəxsin göstərdiyi bank hesablarına göndərilib.

Məhkəmə iclasında dindirilən Aslan Babayev Cinayət Məcəlləsinin 148-1 və 182.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində deyib ki, “TikTok” sosial şəbəkəsində qadın adı ilə qeydiyyatdan keçərək müxtəlif şəxslərlə yazışıb və əsas məqsədi zərərçəkmiş B.B.-dən 500 manat pul almaq olub. Təqsirləndirilən şəxs qeyd edib ki, “Aylin Qurbanova” və “Müəllimə” adlı profillərdən istifadə edib, profillərdə yerləşdirdiyi qadın şəkillərini isə internetdən götürüb.

Aslan Babayevin sözlərinə görə, mərc oyunlarında böyük məbləğdə pul uduzub. Onun pula ehtiyacı yaranıb və zərərçəkmiş şəxslərdən aldığı vəsaiti də məhz həmin oyunlarda istifadə etdiyini vurğulayıb.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımayıb, onlarla yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb. O, fotoşəkillərin üzərinə hansı ifadələri yazdığını dəqiq xatırlamadığını, lakin ittiham aktında göstərilən halların doğru olduğunu etiraf edib.

Həmçinin məhkəmədə deyib ki, vurulmuş maddi ziyan anası tərəfindən ödənilib və zərərçəkmiş şəxslərlə barışıq əldə olunub.

Aslan Babayev son sözündə törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru