İyulun 1-dən başlayaraq Mingəçevir şəhərində fəaliyyət göstərən Yaşıllaşdırma və Sanitar İdarəsindən fəhlə, bağban, süpürgəçi olmaqla 50 nəfər işçisinin ixtisar ediləcək siyahısı gəlib. Bu barədə "DİA-AZ"a sakinlər məlumat verib.
Azərbaycanda 2026-cı ildə yeni ixtisar dalğasının başlayacağı barədə iddialar deyəsən öz təsdiqini tapmaqdadır. İddialar real olarsa, hökumət yaranmaqda olan yeni işsizlər “ordu”su ilə bağlı hansı addımları atacaq?
Axı ölkədə işsizlik probleminin olduğunu dövlət qurumları da etiraf edirlər:
“Yeni iş yerlərinin yaradılması hökumət üçün əsas prioritet istiqamətlərdən biri olmalıdır. Əgər müəyyən ixtisarlar nəzərdə tutulursa, onların mümkün sosial-iqtisadi fəsadlarının qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hökumət məqsədyönlü proqramlar hazırlamalı və icra etməlidir. Yeni işsizlər “ordu”sunun formalaşması, təbii ki, arzuolunan mənzərə deyil. Buna görə də ilk növbədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Sahibkarlara və iş adamlarına vergi və inzibati güzəştlər təqdim edilməklə, yeni iş yerlərinin açılması üçün şərait yaradılmalıdır”.
İndi isə aydın olur ki, Mingəçevirdə yeni ixtisar dalğası planlanır və bu əslində əyalətdən paytaxta köçü tətikləyən mühüm faktorların başında gələn amildir. YƏNİ İŞSİZLİK...
Belə görünür ki, paytaxtı boşaltmağa çalışan rəsmilər və yaxud belə bir niyyətdə olduğunu elan edən rəsmilər realda tamam əks xasrakterli addımları atmaqdadırlar...
Belə görünür ki, paytaxtı boşaltmağa çalışan rəsmilər və yaxud belə bir niyyətdə olduğunu elan edən rəsmilər realda tamam əks xasrakterli addımları atmaqdadırlar...








