Mətbuatın verdiyi məlumata görə, S.Məmmədov işdən azad edildikdən sonra, daha doğrusu Agetliyin adını dəyişib, onu "oyundankənar" vəziyyətə salandan sonara Hesablama Palatası Agentlikdə maliyyə yoxlamaları aparıb. Məlum oldu ki, bu adlı-sanlı, şanlı-şöhrətli adam 1 milyard manatdan artıq dövlət vəsaitini mənimsəyib. İndi də bu sualı verənlərə ki, bəs həmin 1 milyard manatdan artıq vəsaitin aqibəti necə oldu, təxminən belə cavab verirlər ki, bu sizin biləcəyiniz məsələ deyil, hüquq-mühafizə orqanları bununla məşğuldur.
Bəs necə olur ki, bir şəxs bu miqyasda korrupsiya ilə məşğul olduğu halda, hüquq-mühafizə orqanları, eləcə də Agentliyi hər il yoxlayan müvafiq təftiş və nəzarət qurumları bundan "xəbərsiz" olublar? Axı bu qədər dövlət vəsaiti bir gündə mənimsənilməyib.
Əgər doğrudan da xəbərləri olmayıbsa, deməli, öz işlərini lazımi səviyyədə yerinə yetirməyiblər. Yox, əgər xəbərləri olub və buna göz yumublarsa, o zaman onların da bu işdə maraqlarının olduğu, cinayətin ört-basdır edilməsində iştirak etdikləri barədə suallar yaranır.
Bəs nə üçün Agentliyin sabiq sədri ilə yanaşı, vəzifə borcunu yerinə yetirməyən və ya qanunsuzluqlara göz yuman həmin şəxslər də indiyə qədər məsuliyyətə cəlb edilməyib və dövlət vəsaitinin geri qaytarılması istiqamətində tədbir görülməyib?
Görünür Saleh müəllim, yazanda belə adama vahiməli görünən o qədər böyük həcmdə olan vəsaiti tək yeməyib, həm də "yedizdirib".
Yazıq ölkə... Səni nə qədər üzü maskalı, əli baltalı talayanlar var...
Müəllif: Qadir Həzi - "DİA-AZ"








