Elm və təhsil naziri Emin Əmirullayev ADA Universitetində tələbələrlə görüş keçirib.
Gununsesi.info xəbər verir ki, görüş zamanı universitetin rektoru, akademik Hafiz Paşayev sözü nazirə təqdim edərkən zarafatla maraqlı fikir səsləndirib.
“Sizinlə birlikdə oturub sualları cavablandırmaq mənim üçün də xoşdur. Televizorda suallara verdiyiniz cavabları izləyirəm. Hərdən heç mən də başa düşmürəm nə deyirsiniz”, – deyə Hafiz Paşayev bildirib.
Bu sözlər zalda gülüş doğurub.








