Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                 

“Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar - Etibar Məmmədov
Tarix: 3-05-2016, 08:30 | Çap et
“Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar
AMİP lideri Etibar Məmmədov uzun fasilədən sonra “Yeni Müsavat” qəzetinə müsahibə verib. Qarabağ ətrafında baş verənlərdən bəhs edən söhbətimizi təqdim edirik:

- Etibar bəy, Qarabağ cəbhəsində baş verən aprel toqquşmalarından sonra “nə hərb, nə sülh” vəziyyəti mövcud olsa da, hesab olunur ki, qarşıdakı günlərdə vəziyyət yenidən gərginləşə bilər. Siz nə gözləyirsiniz?

- Hərbi əməliyyatlar hər an başlaya bilər və realdır. Bunu həmişə gözləmək lazımdır. Aprel ayında ümumi situasiyada bir dönüş yarandı. Çünki 1994-cü ildən sonra heç vaxt belə ciddi əməliyyat keçirilməmişdi və ancaq cavab tədbirləri görülürdü. 2 apreldə isə ilk dəfə hərəkət oldu və həmin miqyasdakı hərəkətin nəticəsində uğurlar əldə olunub. Ancaq bunun hərbi əhəmiyyətindən başqa siyasi əhəmiyyəti böyük oldu. Çünki Azərbaycan, nəhayət, qəti şəkildə bildirdi ki, yaranmış status-kvo vəziyyəti ilə barışmaq fikrində deyil və hərəkət etmək iqtidarındadır, buna hazırlığı, imkanları da var. İndi belə bir vəziyyət yaranıb ki, indiyədək Ermənistanı müdafiə edən, bu status-kvonun uzanmasının tərəfdarı olan qüvvələr də başa düşürlər ki, nə isə dəyişməlidir. Ermənistan da bunu başa düşür. Ola bilsin ki, yaxın zamanda vəziyyəti öz xeyrinə dəyişmək üçün nə isə hərəkət etsin. Bununla demək istəyəcək ki, hərbi baxımdan onu heç nəyə məcbur etmək olmaz və havadarları da onlara kömək edə bilər. Mənim fikrim odur ki, elə vəziyyət yaransa, bu dəfə daha çox irəliləmək lazımdır. Ən əsası isə hesab edirəm ki, İranla sərhədi bağlamaq lazımdır. Azərbaycanın İranla sərhədindəki ərazilər erməni işğalından azad olunmalıdır ki, İranla Dağlıq Qarabağın əlaqəsi kəsilsin.

- İddialar və xəbərlər var ki, Şuşanın işğal günü böyük savaş başlaya bilər. Adətən ermənilər həmin günü bayram edir, Azərbaycanın bu situasiyanı, sadəcə, müşahidə edəcəyi real görünmür...

- Həmin günlər var ki, məsələn, aprelin 23-dən sonra, mayın əvvəllərində bunlar nə isə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri belə hərəkətlərə qarşı həmişə hazır olmalıdır. Mənim fikrimcə, hazırdırlar da. Ancaq bundan daha qətiyyətli mövqeni siyasətçilər tutmalıdır. Bizim hərbçilərimiz onsuz da qətiyyətlidir.

- Rusiya atəşkəsə nail olsa da, tərəfləri masa arxasında oturtmaq üçün israrlı mövqe nümayiş etdirmir. Görünən budur ki, Kremli Azərbaycanın Gömrük İttifaqına qoşulması daha çox maraqlandırır, nəinki işğal altındakı ərazilərin azad olunması. Şimal qonşumuzun Qarabağ siyasəti ilə bağlı nə deyə bilərsiniz?

- Yox, Azərbaycanın Gömrük İttifaqına qoşulması real məsələ deyil, Rusiya da bunu çox yaxşı bilir və onu istəmir də. Ən əsas məsələ odur ki, Rusiya “həlledici qüvvə olduğunu” hamıya göstərmək istəyir. Bunun da əsasında özünün silahlı qüvvələrini “sülhməramlı” adı altında yeritmək istəyir.

- Nəyin müqabilində? Ətraf rayonların azad olunması nəticəsində?

- Sülhməramlıların yerləşdirilməsi qarşılığında Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması Azərbaycana ciddi heç nə vəd etmir. Çünki Rusiya qoşunlarının yeridilməsi o deməkdir ki, Azərbaycan ərazilərinin qalan hissəsindən birdəfəlik gözünü çəkməlidir. Azərbaycan tərəfi buna heç vaxt razı ola bilməz.

- Keçmiş prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəldi. Sizcə, ermənilərin planı nədir?

- Gəlib, görünür, nə isə eləmək istəyirlər. Vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

- Ermənilər güzəştə gedə bilərmi?

- İnanmıram güzəştə getsinlər.

- Qərbin baş verənlərlə bağlı hazırkı mövqeyini qənaətbəxş saymaq olarmı?

- Qərb adətən bir həftə kart-blanş verir ki, nə bacarırsınızsa, edin! Daha sonra isə təzyiqlərə başlayırlar.

- Necə bilirsiniz, növbəti dəfə böyük hərbi toqquşmalar baş verərsə, Rusiya və Qərb yenə də susacaqmı?

- Yox, onlar heç vaxt susmayacaqlar. Amma onların susub-susmamağına baxmağa da ehtiyac yoxdur.

- Etibar bəy, sizcə, Azərbaycanın siyasi qüvvələri hazırkı situasiyada nə etməlidirlər? Məsələn, siz 90-cı illərin əvvəllərində olduğu kimi, cəbhə bölgəsinə getmək, azad olunmuş Lələtəpə yüksəkliyində olmaq istəyirsinizmi?

- Yox. Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar. Özü də təkcə mənim deyil, ümumiyyətlə... İndiki vəziyyətin 90-cı illərin əvvəllərindən fərqi odur ki, indi könüllülər yox, rəsmi qüvvələr ön xətdədir. Məncə, hərbi ilə hərbçilər məşğul olmalıdır, siyasətçilərin işini isə hakimiyyətdə olanlar görməlidir. Digərləri ancaq Azərbaycanın milli mövqeyindən çıxış etməli və ruh verməlidir.

- Xalqın orduya dəstəyini, dünyaya mesajını çatdırmaq üçün çoxminli Qarabağ mitinqinin keçirilməsinə zərurət varmı?

- Siz gördünüz ki, ehtiyac olan anda bizim gənclərimiz heç kəsdən icazə almadan öz mövqeyini bildirdi və bu, kütləvi hal aldı, heç kəsi də narahat eləmədilər.
- Bu arada qısa müddət ərzində torpaqları tərk etmək üçün Ermənistana ultimatum verməyi təklif edənlər də var...

- Yox. Kənardan çox təklif vermək, fikir söyləmək mümkündür. Kimin ki, əlində vəzifə səlahiyyətləri var, onlar situasiyanı daha yaxşı bilirlər. Nəyisə etmək üçün də ultimatuma ehtiyac qalmır.

- Etibar bəy, bugünlərdə sosial şəbəkələrdə 90-cı illərin əvvəlləri ilə bağlı bir videokadrlar yayıldı. Türkiyənin indiki prezidenti, keçmiş müxalifət partiyası sədri Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan geri dönəndən sonra etdiyi çıxışdan söhbət gedir. Yəqin izləmisiniz...

- Bəli, görmüşəm. O vaxt belə bir şey olmuşdu. Türkiyənin o zamankı hakimiyyəti Ermənistana yardım etmişdi. Həmin 100 min ton taxıl real məsələ idi. Ona görə də hakimiyyətin bu addımı həm Azərbaycan tərəfdən, həm də Türkiyənin xalqı tərəfindən ciddi tənqidlərə məruz qalmışdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru