Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                 

"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük" - Şəhid əmisi Sərdar Cəlaloğlu
Tarix: 15-04-2016, 08:33 | Çap et
"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük"
2-5 aprel tarixlərində erməni təxribatının qarşısını olan zaman şəhid olan hərbiçilərimizin xatirəsi xalqımız tərəfindən qürur hissi ilə yad edilir. Bu gün Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbə vuran və qəhrəmancasına şəhid olan ADP sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədovun anım mərasimi keçirildi.

Qeyd edək ki, 3 aprel tarixində şəhid olan mayor Rasim Məmmədov aprelin 5-də Naxçıvanda torpağa tapşırılıb. Şəhidin dəfn mərasiminə 10 mindən çox adam qatılıb. Şəhid R.Məmmədovun Naxçıvanda olan yas mərasiminə qatıla bilməyənlər üçün isə Bakıda yerləşən mərasim zallarının birində anım mərasimi təşkil olunub.

Mərasimə biz də qatıldıq və şahidi olduq ki, bu, təkcə Rasim Məmmədovun xatirəsinə deyil, bütün şəhidlərimizi yad etmək istəyənlər üçün təşkil olunan mərasimdir. Mərasimdə bir sıra ictimai xadimlər, partiya sədrləri və sıravi vətəndaşlar iştirak edirdilər. Hər kəs şəhidlərimizlə qürur hissi keçirdiyini söyləyib, onların xatirələrinə dualar oxuyurdular.

Şəhidin əmisi, ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu gün onlar qürur hissi keçirirlər: “Şəhidimizlə bağlı təşkil olunan yas mərasiminə Naxçıvanda da həddindən artıq çox insan qatıldı. Bakıdan da insanlar yas mərasimində iştirak etmək arzularını bildirdilər. Lakin məsafə uzaq olduğu üçün biz buna razı olmadıq. Ona görə də nəzərdə tutduq ki, bir gün də Bakıda yas saxlayaq. Əslində biz bu mərasimi Rasim üçün təşkil etməmişik. Mərasim zalının divarına bütün şəhidlərimizin şəkillərini vurmuşuq. Məclisdə də elan etdik ki, bu, Azərbaycan şəhidləri üçün təşkil olunan anım mərasimidir. Kimsə hansısa rayona şəhid yasına gedə bilməyibsə, buranı ziyarət edə bilər. Bizim üçün fərqi yoxdur. Şəhidlərimizin hamısı xalqımızın, millətimizindir. Ailənin şəhidi ola bilməz. Ailəninki bir can itkisi ola bilər. Biz Naxçıvanda olduğumuz zaman Türkiyənin İğdır vilayətinin rəhbərləri özləri ilə gətirdikləri din xadimləri ilə birlikdə yas mərasimində iştirak etdilər. Türkiyənin vətəndaşları adından başsağlıqlarını bildirdilər. Eyni zamanda Türkiyə səfiri də şəxsən mənə zəng edərək, öz başsağlığını verib. Yəni bu hal artıq şəhidlikdən çıxıb, böyük hadisəyə dönüb”.

S.Cəlaloğlu bildirdi ki, son hadisələr Azərbaycan xalqının qüdrətini ortaya qoydu: “Biz əvvəllər siyasi nümayəndə heyəti kimi xarici ölkələrdə olduğumuz zaman yüksək rütbəli adamlarla görüşürdük. Qarabağla bağlı Azərbaycana kömək istədiyimiz zaman bizə bir cavab verirdilər ki, sizin xalq döyüşmək istəmir və siz öz torpaqlarınızı almaq istəmirsiz. Lakin son hadisələr göstərdi ki, Azərbaycan xalqı öz torpağını qorumaq üçün hər şeyə hazırdır. Xalqda çox qeyri-adi ruh yüksəkliyi var. Çox maraqlı bir məlumat əldə etdim ki, insanlar könüllü şəkildə orduya getmək üçün adlarını yazdırıblar. Bu zaman içərilərində bir nəfər də hərbiyə yararsız şəxs olub. Ona deyiblər ki, sən hərbiyə yararsızsan, sənin adını yaza bilmərik. Həmin şəxs bildirib ki, döyüşməyə yararsızamsa, yük daşımağa, əsgərlərimizə digər bu kimi yardım etməyə yararlıyam. Adımı yazın. Açığı, bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük. Bizə elə gəlirdi ki, gənclərimizdə vətənpərvərlik hissi yoxdur. Ancaq indi bunun əksinin şahidi olduq. Naxçıvanda Rasim Məmmədovun tabutuna əlimizi vura və dəfn mərasimində insan çoxluğundan ona yaxınlaşa bilmədik. Gənclərin də demək olar ki, hamısı həqiqətən ölümə getməyə hazır idi. İndi dünya deyir ki, Azərbaycan istəsə, gedib İrəvanı da tutar. Bu, artıq danışıqlarda status-kvonun dəyişməsi deməkdir. Erməni başa düşür ki, torpaqların müharibə yolu ilə qaytarılması, Ermənistanın süqutuna səbəb ola bilər. Eyni zamanda artıq Rusiya da gördü ki, dünyanın bir çox ölkələri Azərbaycanın tərəfindədir və müharibənin başlaması onların da xeyrinə olmayacaq. İndi növbə Azərbaycan diplomatiyasının, siyasətinindir. Əgər biz, cəbhədə hərbiçilərimizin əldə etdikləri bu nailiyyəti, siyasi və diplomatik nailiyyətə çevirə bilməsək, millət kimi uduzacağıq. Çevirərsək, irəliyə doğru nəhəng bir addım atmış olacağıq”.

Sərdar Cəlaloğlu indiki halda iqtidar-müxalifət münasibətlərinin gərginləşməsinin əleyhinə olduğunu da söylədi: “İqtidarı hansısa xəyanətdə ittiham etmək, kiminsə evinin qarşısında aksiya keçirmək tamam yanlışdır. Baxın, İraq-İran müharibəsində 1 milyon adam öldü. Müharibənin sonunda hər iki dövlət öz sərhədində qaldı. Ancaq heç kim bu iki dövlətə demədi ki, 1 milyon əsgər öldü, bəs, niyə nailiyyət əldə olunmadı. Çünki müharibədə yalnız qələbə olmur. Ona görə də bizdə də indi hər məsələyə ləkə atmaq lazım deyil. Ordu bu xalqın, dövlətindir. Ordunun hakimiyyətə aidiyyəti yoxdur. Xalqın ruhunu qırmaq, ordunun nailiyyətinə kölgə salmaq olmaz. Ermənilər, Rusiya etiraf edir ki, Azərbaycan Ermənistandan bir çox məsələlərdə qat-qat üstündür. Ona görə də şəxsən mən bir şəhid ailəsi kimi qürur hissi keçirib, fəxr edirəm. Heç kəsə də şəhid verdiyimizə görə nə minnət edirik, nə də irad tuturuq. Məncə başqa şəhid ailələri də bu cür düşünür. Çünki biz övladımızı vətən üçün böyütmüşük. Vətənin torpağı ilə böyüyüb, vətənə də qurban gediblər. Burada qeyri-adi heç nə yoxdur”.

S.Cəlaloğlu bildirib ki, şəhidlərimizin 30 faizinin zabit olması bir məqama diqqəti çəkir: “Əvvəla deyim ki, mənim qardaşım oğlu da daxil olmaqla, digər zabitlərimiz də könüllü şəkildə irəli atılıblar. Ola bilər ki, ilk baxışda bizə bu, yanlış kimi gələ bilər. Lakin burada məhz zabitlər nümunə göstəriblər. O nümunə əsasında əsgərləri irəli aparıblar. Bir çox yerlərdə bu adamlar bildiriblər ki, əsgərlər geri çəkilsin, biz döyüşəcəyik. Şəxsən Rasim Məmmədov irəliyə atılanlardan olub. Elə birinci də o şəhid olub. Bu, onu göstərir ki, ordunun özündə münasibətlər artıq tamam fərqlidir. Bundan öncə belə bir münasibət var idi ki, əsgəri verirlər qabağa və ölən də o olur. Ancaq indi tam fərqli mənzərənin şahidi olduq və artıq düşüncələr də dəyişdi. Rasim Məmmədov tabor komandiri olub. Tabeliyində 500-ə yaxın hərbi qulluqçu olub. Bu adamın özünün qabağa getməsi artıq onu göstərir ki, bizim ordumuzda da Türkiyə ordusunda olduğu kimi, zabitlər öndə gedirlər. Hər birimizdə bir məğlubiyyət kompleksi var idi. Artıq o yoxdur”.

S.Cəlaloğlu Rasim Məmmədovun ölümündən 4 saat əvvəl ailəsinə telefon açaraq, söylədiyi fikirlər barəsində də danışıb: “Rasimin atası da birinci qrup əlildir. O da tabor komandiri olub. Hətta Heydər Əliyev ona milli qəhrəman adı da vermişdi. O zamanlar Ali Sovetdə onun sənədlərini itirdilər. Rasim hələ 6-7-ci sinifdə oxuduğu zaman atası yaralanmışdı. Hərbçinin həyatının necə olması ona bəlli idi. Lakin buna baxmayaraq o, Hərbi Akademiyaya qəbul olub, hərbçi oldu. Hərbi xidmətinin 90 faizini ön cəbhədə keçirdi. Onu da qeyd edim ki, ailəmizdə 3 zabit, bir əsgər cəbhədədir. Vətən uğrunda ölməsək, ölümə razı olmasaq, bu itkilərdən narahat olsaq, heç zaman Qarabağı azad edə bilməyəcəyik. Rasim şəhid olmadan öncə gedib, atası ilə görüşüb. Atasına deyib ki, mən səndən də 1 mərtəbə yuxarı çıxacağam. Bu isə onun şəhid olmaq istəyinin göstəricisidir. Ölümündən bir neçə gün əvvəl isə həyat yoldaşına zəng edib, bildirmişdi ki, mən ad günümə şəhid kimi gələcəyəm. 2-3 gün sonra onun ad günüdür. Rasim şəhid olduqdan sonra ailə üzvlərimizdən heç birimizdə ruh düşkünlüyü yoxdur. Əksinə, cəbhədə olan qohumlarımız daha da mübariz formada xidmətlərini davam etdirirlər. Rasim ölümündən 4 saat öncə ailəsi ilə telefonla danışıb. O, bildirib ki, ermənilərə elə “turp əkdim” ki, bir daha özlərinə gələ bilməyəcəklər. Atasına da deyib ki, sənin intiqamını aldım. 4 saat ondan sonra şəhid olmuşdu. Hər baxımdan qəlbimiz sakitdir. O, ölümündən öncə öz qisasını da almışdı. Hər birimiz öləcəyik. Ancaq şəhid kimi ölmək başqadır. Hesab edirəm ki, Azərbaycan xalqı şəhidlərə borcludur. Şəhidlər bizim bayrağımız kimi bir atributumuzdur. Onları çox yüksək tutmalıyıq. Bu ruhda xalqı tərbiyə etsək, tezliklə Qarabağı da alacağıq. Əsas olan ruh yüksəkliyidir. Ruhumuz sınmasa, özümüzdən qat-qat güclü dövlətin də qarşısında əyilmədən dayana biləcəyik”.(musavat.com)

"Bu cür ruh yüksəkliyini uzun illər idi ki, Azərbaycanda görmürdük"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru