"Bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü"
Tarix: 26-03-2016, 10:34 |
Çap et
Milli Şura sədri Cəmil Həsənlinin və qurumun koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevin Maqsud İbrahimbəyovun yasında iştirak etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
dia-az.life xəbər verir ki, Moderator.az -a açıqlamasında Eldəniz Quliyev bildirdi ki, onların Rüstəm İbrahimbəyovla görüşlərinə irad tutanlar, Maqsud İbrahimbəyovun yasında iştirak etmələrini qınayanlar qələt edir:
"Rüstəm İbrahimbəyov qardaşının yası ilə əlaqədar olaraq Bakıya gəlib. Milli Şuradan mən və Cəmil Həsənli Rüstəm müəllimlə görüşdük. Biz həmçinin Maqsud İbrahimbəyovun dəfn mərasimində də iştirak etdik. Bəzi gənclər buna etiraz edir. Mən Maqsud İbrahimbəyovla bir yerdə işləyəndə indi bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü. Sözsüz ki, bu adamın səhvləri olub. Biz bunları sağ ikən demişik. İndi Maqsud İbrahimbəyov ölüb. Ölən şəxsin arxasınca danışmaq etik deyil.
Bizi qınayanlara gəldikdə isə bu insanlar qələt edirlər.”