Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     “Dəmirçi ailəsi” niyə susur? .....                     Ermənistan müdafiə nazirinin müavini: .....                     Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... .....                     Nabranda qiymətlər FONTAN VURUR... .....                     Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək .....                     Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib .....                     Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb .....                     Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... .....                     Bir şərəfsiz sürü ilə üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                     “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər .....                     Rektor özünə köməkçi və müşavirlər təyin etdi .....                     Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış .....                     `Azercell` bizi heyrətləndirir... .....                     Rusiya Türk dünyasından asılı vəziyyətə düşür .....                     10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... .....                     Pekində ortadan bölünən DÜNYA... .....                     Bağlı qapılar arxasında Zəngəzur danışıqları .....                     Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? .....                     Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək .....                     İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır .....                     Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir .....                     Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü .....                     Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? .....                     Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." .....                     Adəm Məmmədov həbsdən çıxdı .....                     Azərbaycanda gəlinini döyən qayınana .....                     Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub .....                     Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı .....                     VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? .....                     Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı .....                     Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib .....                     “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” .....                     Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... .....                     ABŞ şirkətləri Ermənistana axışır .....                     Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək .....                     Müşavir-müşavir oyunbazlığı... .....                 

ABŞ-IN AZƏRBAYCANDA İNQİLAB PLANI
Tarix: 12-10-2011, 10:59 | Çap et
ABŞ-IN AZƏRBAYCANDA İNQİLAB PLANI

METYU BRAYZA BAKIYA NİYƏ GÖNDƏRİLİB?

2-ci hissə


Brayzanın antierməni imicinin 3 mühüm faktoru

İndi isə Metyu Brayzanın ermənilər tərəfindən sevilməməsinin üç əsas səbəbinə gələk. Bu barədə apardığımız araşdırmalar da təsdiqləyir ki, əslində Metyu Brayza ermənilərin həm də strateji düşmənidir. Çünki onun təhkim olunduğu istiqamət birbaşa olaraq ermənilərin dünya düzənindəki maraqlarını hədəfləyir. Və bu da nəticədə Brayzanın Azərbaycana səfir kimi təyin edilməsində ABŞ-dakı erməni lobbisinin əleyhdar kimi çıxış etməsini stimullaşdırıb.

Ermənilər artıq yaxşı anlayırlar ki, Metyu Brayza Azərbaycana təsadüfən təyin edilməyib və o, burada konkret olaraq bu vaxta qədərki fəaliyyətinin ən yüksək mərhələsini həyata keçirməlidir. Yəni əgər dünənə qədər Metyu Brayza hansısa prosesdə yardımçı funksiyanı həyata keçirirdisə, artıq Bakıda o, tam olaraq bir görəv sahibidir və onun yardımçıları var.

Belə bir mərhələyə yetişmiş Brayzanın Bakıdakı missiyasının özəlliyindən tam olaraq xəbərdar olan ermənilərin ABŞ lojaları 2 il ərzində bu təyinatı gecikdirə bilsələr də, bunun birdəfəlik olaraq durdurulmasına nail ola bilmədilər.

İndi isə Brayzanın ermənilər tərəfindən sevilməməsini şərtləşdirən 3 əsas şərtə diqqət yetirək.

Hələ Metyu Brayza ABŞ-ın Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini vəzifəsini tutarkən Vaşinqtondan Türkiyənin В«HürriyyətВ» qəzetinə belə bir açıqlama vermişdi: В«Türkiyə Amerika üçün strateji bir əhəmiyyətə malik olan müttəfiqdir. Çünki Türkiyə kimi əhalisinin böyük hissəsi müsəlman olan bir ölkədə layiqliyin, demokratiyanın baltalanması bizim maraqlarımızla ziddiyyət təşkil edir və bizim çıxarlarımıza tərs düşürВ».

Brayza PKK terror təşkilatının qardaş Türkiyəni təhdid etməsinin qarşısının alınması məqsədilə Avropa, Türkiyə və İraqdakı mövqelərlə bağlı 3-lü fəaliyyət planını icra etdiklərini də etiraf edib. O, bildirib ki, Amerika hətta İraqdakı hakimiyyəti belə Türkiyəyə qarşı təhlükə hesab olunan PKK-nın dayaqlarının sarsıdılması üçün fəaliyyətə gəlb edib. Elə bunun nəticəsidir ki, bu gün qardaş Türkiyə istədiyi zaman İraqın şimal hissəsində antiterror əməliyyatlarını keçirməkdə sərbəstdir. Doğrudur, son zamanlar rəsm Bağdad qardaş Türkiyə iqtidarına əməliyyatların məhdudlaşdırılması ilə bağlı xəbərdarlıqlar edib. Amma yenə də Türkiyə istədiyi zaman, təhlükə hiss etdiyi an məhz Amerikanın dəstəyilə İraqın şimalında sərbəst şəkildə hərbi əməliyyatlar düzənləyə bilir.

Türkiyəyə məlumat paylaşımı yoluyla PKK-ya qarşı əməliyyatlarda dəstək verdiklərini anladan Metyu Brayza bildirir ki, paralel olaraq rəsmi Vaşinqton PKK-nın Avropadakı dayaqlarının da çökərdilməsi üçün konkret planların icrası ilə məşğuldur.

Brayzanın ermənilər tərəfindən sevilməməsinin ikinci səbəbi onun Qarabağ probleminə və qondarma erməni soyqırımına baxışlarıdır. Bu barədə Metyu Brayza öz fikirlərini çəkinmədən və açıq şəkildə dəfələrlə ifadə edib. Brayza ABŞ Dövlət konqressində qondarma erməni soyqırımının tanınması iddialarının rəsmiləşdirilməsinin əleyhinə olduğunu bildirib.

O bildirib ki, 1915-ci ildə nələrin yaşandığı tarixçilərin, sosial elmlərlə məşğul olanların işidir və bu fəaliyyətin siyasilər tərəfindən tamamlanması heç də doğru deyil. Təsadüfi deyil ki, Amerikanın dövlət başçıları da hər zaman 24 aprellə bağlı çıxışlarında bu məsələyə xüsusi olaraq diqqət yetiriblər.

Amma buna baxmayaraq Brayzanın ermənilərə məsləhətləri də var. O bildirib ki, Türkiyə ilə Ermənistanın sərhədlər açılmalı, Ermənistan Azərbaycanla da münasibətlərini qaydaya salaraq, normal dövlət əlaqələri yaratmalıdır. Bunun üçün isə Qarabağ probleminin həllində Ermənistan maraqlı olduğunu ortaya qoymalıdır.

Əslində diplomatik şəkildə ifadə olunan bu çağırışda açıq bir fikir var ki, Metyu Brayza ermənilərdən Qarabağa olan iddialarından vaz keçmələrini istəyir. Və ermənilərə anladır ki, onlar əks halda Azərbaycan və Türkiyə kimi regionun iki mühüm dövləti ilə əlaqələrdən vaz keçmiş olur. Hər halda, bu əlaqələrin Ermənistan üçün vacibliyini açıqlamaq yersizdir.

Metyu Brayzanın ermənilər tərəfindən sevilməməsinin iki əsas şərti ilə tanı olduq. Yəni ümumi anlamda ermənilər həm Türkiyəyə və həm də Azərbaycana qarşı istifadə etdikləri kartlarında Brayza ilə dil tapa bilmədiklərinin fərqindədirlər. Əsas olanı isə üçüncü şərtdir ki, burada da Ermənistandan öncə Azərbaycanın inkişafı və demokratikləşdirilməsi planının icrası yer almaqdadır.

Bu barədə apardığımız araşdırmaların yekununda ortaya çox ciddi faktlar çıxır. məlum olur ki, Metyu Brayza əslində Azərbaycana elə Enn Dörsinin diplomatik missiyasının bitməsinin ardından dərhal təyin edilməli imiş. Lakin bu təyinata qarşı məlum olduğu kimi güclü erməni lobbisi tərəfindən ciddi basqılar baş qaldırır.

Metyu Brayza Azərbaycana inqilab etmək üçün gəlib

Bunu isə redaksiyamıza diplomatik qaynaqlar ötürüb. Xatırladaq ki, bu barədə hələ əvvəllər də məlumatlar vermişdik və bildirmişdik ki, Metyu Brayzanın Ərəb Baharı ərəfəsində Bakıya gəlişi təsadüfi deyil və azərbaycan müxalifətinin tələm-tələsik şəkildə, heç bir hazırlıq olmadan, hətta ictimai rəyin tədarüklü olması belə nəzərə alınmadan meydana atılması əslində bu faktların təsdiqi kimi qəbul olunmalıdır.

Mənbələr bildirir ki, Bakıda yalnız rəsmən ABŞ-ı təmsil etməsinə baxmayaraq məhz dünya dərin dövlətinin 33 məşhur agentindən biri olması səbəbindən həm də paralel olaraq Azərbaycandakı Avropa ölkələrinin də səfirliklərini yönəltmə iqtidarına malik olan Metyu Brayzanın bu rıçaqlar hesabına Azərbaycanda çox ciddi işlərə görəvləndirildiyi faktdır.

Məlumatlarda bildirilir ki, Metyu Brayza əgər vaxtında Azərbaycana yetişə bilsəydi, o zaman proseslər tamam fərqli şəkildə olacaqdı. Bu barədə redaksiyamıa diplomatik qaynaqlardan sızan bilgilərdə deyilir:

В«Plana görə, Misirdəi proseslərə paralel olaraq Azərbaycanda da dəyişiklik həyata keçirilməli idi. Yəni Tunisin ardından sıra Azərbaycan və Misirdə idi. Lakin yetərincə hazırlığın olmaması son nəticədə Azərbaycanda məxməri inqilab projesinin iflasa uğramıs ilə nəticələndi. Amma bu da o demək deyil ki, sözügedən layihədən vaz keçilib. Əksinə, layihə qüvvəsindədir və Metyu Brayzanın səfir kimi birdəfəlik təsdiqlənməsinin ardından Azərbaycada çox mühüm proseslərin start düyməsi basılacaq. Artıq bunun ilkin hazırlıqları da müşahidə olunmaqdadır. Bu gün Qərbə lazım olanı müxalifətin əsas nüvəsinin zədələnməməsidir. Bu nüvəni isə Müsavat və AXCP təşkil edirВ».

Məhz bu səbəbdən ermənilərin Metyu Brayzaya qarşı olduğu iddia olunur. Yəni Metyu Brayzanın görəvləndirildiyi missiya diqtə edir ki, Azərbaycan Ermənistandan əvvəl demokratikləşsin. Azərbaycan demokratikləşərsə, bu həm də ölkəmizin tam mənada güclənməsinə və inkişafına nədən olacaq. Belə qüdrətli Azərbaycan isə ermənilərin heç də marağında deyil.

Çünki Azərbaycanı inkişafdan durduran təbii ki, mövcud avtoritar rejimdir. Bu rejim dəyişikliyi baş verərsə, o zaman hər bir potensiala malik olan Azərbaycan hətta Qarabağı həqiqətən də söhbət yolu ilə ala biləcək qüdrətə qədər inkişaf yolunu qısa müddət ərzində keçmə fürsətinə malikdir. Yəni inkişafın elə bir mərhələsi yetişəcək ki, Ermənistan Qarabağa olan iddialarından bir güllə səsi eşidilmədən vaz keçə bilər.

Əldə etdiyimiz faktlar həm də bəlli edir ki, Metyu Brayzanın rəhbərliyi ilə təşkil olunacaq müqavimət hərəkatının rüşeymləri uzun illərdir ki, Azərbaycanda formalaşdırılmaqdadır: В«Ola bilsin ki, bu rüşeym bu gün üzdə görünmür. Və bu gün üzdə olan şəxsləri gələcək Azərbaycan inqilabının aparıcı fiqurları kimi də bilmərrə olaraq qəbul etmək doğru deyil. Hər şey ola bilər. Yəni ABŞ-ın kimin üzərində dayanaağını zaman göstərəcək. Tək qəti olanı isə odur ki, ABŞ Azəorbaycanda dəyişiklikdə tam maraqlıdırВ».

Bu dəyişikliyin ABŞ-ın həm regiondakı enerji maraqları ilə, həm də İranla bağlı siyasətində vacib olduğunu bildirən mənbəmiz vurğulayır ki, əslində Metyu Brayzanın rəhbərlik edəcəyi hərəkətlənmənin yubanması ABŞ-ın dövlət maraqlarının da zaman məsələsində problemlə üzləşməsinə nədən olub.

Nə NABUCCO, nə də İran məsələsində ABŞ-ın yanında olmayan rəsm Bakının yeni bir ideya ilə əvəzlənəcəyi günün konkret hansı tarixdə baş verəcəyi konusunda da dəqiq məlumatlar yoxdur: В«Dəqiq tarix də məlum deyil. Amma məlumdur ki, bu gün Avropa da, ABŞ da gözləmək fikrindən uzaqdır. Azərbaycan hakimiyyəti isə hər zaman vaxt qazanmağa çalışır. Bu vaxtın bitdiyi zaman belə Qərbin maraqlarının təmin olunmaması artıq ABŞ və Avropanın səbr kasasını daşırdıbВ».

Araşdırmalarımız davam edir…

В«DünyaВ» Strateji araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Salyan İcra Hakimiyyəti 8 ayda 3.5 milyonu nəyə xərcləyib? - İLGİNC
Bu gün, 15:30
Azərbaycanda ət niyə bahalaşır? – Xəbərdarlıq edildi
Bu gün, 15:07
“Dəmirçi ailəsi” niyə susur? - BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR
Bu gün, 15:04
Ermənistan müdafiə nazirinin müavini: - Azərbaycan bizdən çox öndədir
Bu gün, 15:02
Mollayevin köhnə halı: YENƏ DƏ MAAŞLAR YUBANIR, İŞÇİ DARDA... - ETİRAZ VAR!
Bu gün, 14:27
Nabranda qiymətlər FONTAN VURUR... - "Bunun adı soyğunçuluqdur!"
Bu gün, 14:20
Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
Bu gün, 14:15
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib - DİPLOMATİK MƏNBƏ
Bu gün, 14:08
Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
Bu gün, 13:35
Minaaxtaran itlərə BELƏ QULLUQ EDİRİK: daraq... əlcək... corab... - DETALLAR
Bu gün, 13:28
Bir şərəfsiz sürü ilə üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04
İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır - KİV
Bu gün, 11:54
Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir - ŞƏRH
Bu gün, 11:50
Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü
Bu gün, 11:48
Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - SİYAHI
Bu gün, 11:44
Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." - Bakı BU TƏLƏBİ QƏBUL ETMƏDİ...
Bu gün, 11:42
Adəm Məmmədov həbsdən çıxdı
Bu gün, 11:40
Azərbaycanda gəlinini döyən qayınana CƏRİMƏLƏNDİ
Bu gün, 11:32
Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 11:26
Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24
VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? – Kremldən növbəti çirkin təbliğat “tryuku”
Bu gün, 11:18
Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 11:08
Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
Bu gün, 11:00
“Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” - ŞƏRH
Bu gün, 10:57
Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42
ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35
Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34
Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32
“Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22
Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13
İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11
Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58
Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56
Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43
Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru