DƏRMAN MAFİYASI İLƏ BAĞLI ŞOK FAKT
Tarix: 13-04-2012, 11:24 | Çap et
OQTAY ŞİRƏLİYEVİN NAZİRLİYİNDƏ GİZLİ DƏRMAN DEPOSU FƏALİYYƏTDƏDİR
DİA.AZ: - Məlum olduğu kimi Səhiyyə Nazirliyi Hindistandan idxal edilən dərmanların qeydiyyat məsələsinə yenidən baxacağını bildirdi. Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov açıqlama vermişdi.
Onun sözlərinə belə aydın olurdu ki, Hindistan preparatları hazırda Azərbaycanın dərman bazarının 6 faizini təşkil edir: “2007-ci ildə bu dərmanlar ölkənin əczaçılıq bazarının 40 faizini təşkil edirdi. Görülən tədbirlər nəticəsində bu göstərici 6 faizə enib”.
P. Əzizbəyov demişdi ki, Azərbaycana idxal edilən Hindistan dərmanlarının qeydiyyat sənədlərinin müddəti bitdikdən onların qeydiyyatı məsələsinə yenidən baxılacaq.
Onu da bildirək ki, Hindistandan dərman idxalı В«RiyadFarmВ»ın inhisarı altındadır. Bu əczaçılıq şirkətinin isə kimə məxsus olduğu hər kəsə aydındır. Onu da bildirək ki, ümumiyyətlə, prezident İlham Əliyevin yaxın qohumu olan İlqar Əliyevin rəhbərlik etdiyi В«Riyad FarmВ» son illər dərman bazarından əməlli-başlı sıxışdırılıb. Və bunun əvəzində arxasında birbaşa olaraq səhiyyə naziri Oqtay Şirəliyevin dayandığı və deputat Cavanşir Feyziyevin rəhbərlik etdiyi В«AvromedВ» şirkətinə geniş imkanlar tanınıb.
İndi isə aydın olur ki, Oqtay Şirəliyev İlqar Əliyevin bütünlükdə olaraq dərman bazarından çıxarılması üçün həlledici addımını atır. Məlumatlı mənbələrin bildirdiyinə görə, bu gün dərman bazarında cəmi-cümlətanı 20 faizlik payını zar-zor saxlamağa müvəffəq olmuş В«RiyadFarmВ»ın Hindistan idxalına qadağa qoyularsa, o zaman şirkət ciddi maliyyə böhranı ilə üzləşə bilər.
Şirkətdəki qaynaqların bildirdiyinə görə, onsuz da В«Riyad FarmВ»da son zamanlar ciddi maliyyə böhranı yaşanır və səhiyyə naziri Oqtay Şirəliyevin bu addımı da şirkət üçün çox ciddi zərbə rolunu oynaya bilər və hətta В«Riyad FarmВ»ın özünü buraxması, müflis elan etməsi də gündəmə gələ bilər.
Bildirək ki, redaksiyamıza dərman biznesi ilə bağlı yeni faktlar da daxil olub. Bakı şəhərində çalışan əczaçılardan biri DİA.AZ-a çox ilginc faktlar açıqlayıb və bu faktların özündən belə məlum olur ki, səhiyyə nazirliyində əməlli-başlı dərman mafiyası formalaşıb və həmin mafiya bu gün milyonları dövlət büdcəsindən oğurlamaqla məşğuldur.
Mənbəmizin söylədiklərindən belə aydın olur ki, dərman bazarında hazırda bir neçə işbaz qrup fəaliyyətdədir: В«Səhiyyə Nazirliyi adından bütün apteklərdən və dərman depolarından rüşvət yığılır və bu proses aşkar surətdə davam etdirilir. Sanki hakimiyyətin elan etdiyi antikorrupsiya siyasətinin səhiyyə sisteminə heç bir aidiyyatı yoxur. Kimsədən ehtiyat etmədən açıq şəkildə tələb etdikləri məbləği elan edir, bazarlaşırlarВ».
Bu prosesə isə səiyyə sisitemində əsas üç simanın rəhbərlik etdiyini bildirən mənbəmiz vurğulayır ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru Əbülfəz Abdullazadənin korrupsiya komandasında birlik rəhbəri Rüstəm və anbarın müdiri Fərhad əsas simalardır:
В«Müxtəlif təhdid və hədələr hesabına hər bir əczaçını onlarla hesablaşmağa vadar edirlər və nəticədə rüşvət toplanılır. Kimsə də bu prosesin qarşısını alacaq gücdə deyilВ».
Onu da bildirək ki, bu arada mənbəmiz dərman mafiyası ilə bağlı daha bir şok faktı da açıqladı: В«Respublikanın bütün müalicə müəssisələri üçün dərmana ayrılan pullar məcburi olaraq innovasiya idarəsinin anbarının və Oqtay Şirəliyevə yaxın olan dərman depolarının bank hesablarına köçürülür. Bundan sonra formal qaydada hesab-fakturalar yazılır, alınmayan dərmanların əvəzinə sıfır faizlə pul ödənilir, dərmanlar isə satışa çıxarılırВ».
Mənbəmiz bildirir ki, səhiyyə nazirliyinin innovasiya və tibb anbarında hal-hazırda böyük dərman çatışmamazlığı var: В«İstənilən dərman nağd pula satılır. Amma bunun əvəzində nazirliyin anbarının içində gizli şəkildə dərman deposu da fəaliyyət göstərir ki, əsas fırıldaq işləri də bu yolla həyata keçirilir.
Onu da bildirək ki, mənbəmiz vəziyyətin bu şəkildə davam etdirilməsinin mümkünsüzlüyünü də vurğulamaqla yanaşı, əks halda səhiyyə sisteminin dərman sahəsinin çökə biləcəyini də vurğuladı: В«Çünki tam olaraq özbaşınalıq mühiti hökm sürməkdədir. kim nə istəyir, onu da edir. Təki rüşvət yığılsınВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30 |
|
|
|
| • Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27 |
|
|
|
| • Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25 |
|
|
|
| • Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23 |
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
|