Köçəryanın adamları saxlanıldı .....                     İki seçki komissiyasının sədri və bir katibi tutulub .....                     Paşinyan Azərbaycanla sülh prosesindən danışdı .....                     Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox .....                     Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər .....                     Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu .....                     Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib .....                     ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir .....                     Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... .....                     Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... .....                     Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı .....                     Demoqrafik fəlakətə doğru gedirik, .....                     MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! .....                     Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... .....                     Azərbaycanın YAVLİNSKİSİ... .....                     "Məsmə Aslanın oyunu ləzzət elədi..." .....                     Ya intervalı azaldın, YA DA Kİ... .....                     Müharibə əlilinin QANINI BATIRIRLAR .....                     Güney Qafqazda PAŞİNYAN POZASI... .....                     İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... .....                     Zatən adı üstündə... Tramp deyib vaxtında... .....                     Səni pöşələnəsən, ay tarix!.. .....                     Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... .....                     Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                 

İSGƏNDƏR HƏMİDOVU KÖVRƏLDƏN SUAL
Tarix: 10-10-2011, 10:58 | Çap et
İSGƏNDƏR HƏMİDOVU KÖVRƏLDƏN SUAL

В«BİR MİLLƏT ÜÇÜN MÜSTƏQİLLİYİN ÖNƏMİ ƏLAHİDDƏDİRВ»

diaaz.space: - Onu əksəriyyət tanıyır. Ondan narazı qalan da var, onu hələ də lider kimi görən də. Amma onun barəsində ümumi fikir birdir: İsgənər Həmidov Azərbaycan üçün faydalı bir şəxsiyyətdir və istənilən bir ölkə məhz bu kimi vətənsevər liderlərinin sayəsində ucalır.

Bu vaxta qədər daha çox xoş mənada dəliqanlı kimi tanınıb. Hətta yaşının üstünə yaş gəlməsinə baxmayaraq, yenə də dəliqanlılığını qoruyub saxlayıb. Yenə də В«asaram, kəsərəmВ» deyir, yenə də milləti üçün canından keçməyə hazır olduğunu bildirir.

O da Azərbaycanın dövlət müstəqilliyinə səs verən, bu yolda özünü fəda edən istiqlalçı deputatlardan biridir. Azərbaycan müstəqilləşdi, amma o, 9 il məhbəs həyatına layiq görüldü. Deyir ki, yenə də dustaqlığa hazırdır: В«Müstəqillik mənə nə verdi? Yox, incimirəm. Həbsxanada saxlandığıma görə də peşman deyiləm. Əgər Azərbaycan bütövləşərsə, ömrünün qalanını da məhbəsdə keçirməyə hazıram. Mənim üçün şəxsin çıxarım yox, DÖVLƏTİMİN, MİLLƏTİMİN MARAĞI ÜMDƏDİR»…

Biz də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində artıq siyasətdən getdiyin bəyan edən keçmiş daxili işlər naziri İsgəndər Həmidovla siyasətdən və hər şeydən danışdıq. Söhbətimizin maraqlı olduğunu təxmin edib, onu diqqətinizə çatdırırıq.

- Qarşıdan Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü gəlir. 18 Oktyabr tarixi İsgəndər Həmidov üçün - bu müstəqillik uğrunda canını risqə atmış bir millətçi lider üçün hansı anlamı daşıyır?
- Mən ilk növbədə bütün Azərbaycan xalqını, xüsusən də Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın ailələrini bu mübarək tarix münasibətilə təbrik edirəm. Bu tarix, bu ildönüm, bu bayram mənim üçün müqəddəsdir və mənə görə ən gözəl bayramdır.
İstənilən bir millətin ən böyük nailiyyəti onun müstəqil dövlət qurmasıdır. Bu tarix də bizim nailiyyətimizin rəsmiləşdirilməsidir. Bu tarixdə Azərbaycan türkləri tarixi ərazilərinin bir qismini rus işğalından azad edərək, öz dövlət müstəqilliklərini bərpa ediblər. Və mən ona görə xoşbəxtəm ki, Allahın yazısı ilə mən də bu proseslərin içində oldum.
Arxiv sənədləri də durur. Əgər Milli Məclisin sənədlərini qaldırıb baxsanız, görəcəksiniz ki, Azərbaycanın müstəqilləşməsi məsələsini ilk olaraq o zamankı Ali Sovetdə mən qaldırmışam. Həmin vaxtı bizi fitə basan da oldu, bizi yumruqlayan da. Amma biz Azərbaycan xalqının iradəsini ifadə edən deputatlar olaraq bu prosesdən qalib ayrıla bildik.
Azərbaycanın müstəqilləşməsində təbii ki, o zamankı AXC-nin böyük rolu və xidmətləri var. Bunu kimsə inkar edə bilməz. Amma bir məsələnin altını cızaraq vurğulayıram ki, Azərbaycan dövlətinin müstəqilliyinin memarı ayrı-ayrı şəxslər yox, məhz Azərbaycan xalqıdır. Biz orada xalqı təmsil edirdik və xalqın iradəsini ifadə etmişik. Və bu müstəqilliyə xalq nail oldu.
Bu gün Allaha min şükürlər olsun ki, Azərbaycan müstəqildir. Bizi bu müstəqil Azərbaycanımızda döyürlər, söyürlər, həbsxanalara atırlar. Elə son olaraq da 2 aprel məhbuslarına ədalətsiz və biabırçı şəkildə hökm oxudular. Amma yenə də bizim bu gün müstəqillikdən küsməyimiz, bəzən eşidirəm, köhnə sovet rejiminə nostalji duyğulara qapılmağımız ən böyük yanlışdır. Hər halda bir insanın kölə olduğu illərin həsrətini çəkməsindən cılız heç nə ola bilməz.
Bu baxımdan 18 Oktyabr tarixi mən İsgəndər Həmidov üçün heç bir dəyərlə müqayisə oluna bilməyəcək bir müqəddəs tarixdir.

- Belə bir fikir də ara-sıra səsləndirirlər ki, bəs biz bu müstəqilliyi qazanmamışıq. Sadəcə olaraq bir tarixi proses idi. SSRİ dağıldı və biz də sərbəstlik qazandıq. Yəni bu tarix müstəqillik yox, sərbəstlik qazanmağımızın tarixidir. Necə ki, Tacikistan müstəqil oldu, Azərbaycan da eləcə müstəqil olub. Həmin dönəmin ən fəal liderlərindən biri olmuş İsgəndər Həmidovun bu fikrə münasibəti…
- Birincisi, elə yeri gəldiyindən Taciksitanın müstəqilliyinə toxunmaq istəyirəm. Taciklər hələ də müstəqil deyillər və bunun əksini kimsə iddia edə bilməz. Bir dövlətin ki, daxilində zorən başqa bir dövlətin silahlı qüvvələri yerləşdirilə və onun sərhədləri başqa bir ölkənin əsgərləri tərəfindən qoruna, buna necə müstəqillik deyilə bilər? Yəni taciklər günü bu gün də müstəqil deyillər. Ona görə də, Tacikistanla Azərbaycanın müqayisəsi də uğursuzdur.
Gələk sualınızın məğzinə. Əgər kimsə bu fikirdəlirsə ki, Azərbaycan bir imperiyanın təbii çöküşü ilə müstəqillik qazanıb, bu ən böyük yanlışdır və ən azından 20 Yanvar şəhidlərinin ruhunun təhqiridir. Sovet imperiyası özbaşınamı dağıldı? Azərbaycan türkləri Cənubi Qafqazın ən fəal xalqı olaraq o zamanlar Baltikyanı ölkələrdə cərəyan edən olaylarla birgə SSRİ-nin çöküşündə müstəsna rol oynayıb. Bunu kimsə inkar edə, dana bilməz. Biz bu yolda torpaq itkisinə də, insan itkisinə də getdik. Və Azərbaycan müstəqil dövlətə çevrildi. Bu gün Azərbaycan hətta torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanla müqayisədə də müstəqil dövlət siyasətinə malik bir ölkədir. Ən azından rəsmi Moskvaya siyasi uzaqlıq baxımından Azərbaycan Ermənistana nisbətən daha ucqarda yerləşməsilə bunu sübutlayır.
Bu sözlərin müəllifləri Şəhidlər Xiyabanında yatanların ruhundan utanmırlarmı? Neçə-neçə övladımız bu yolda şəhid oldu. Yüzlərlə insan həbsxnalara salındı. Azərbaycan xalqı müstəqilliyini bu əzablı yollrla qazanıb. Kimsə bizə müstəqilliyi xonçada gətirib verməyib. Müstəqillik verilmir, alınır. Və biz bu müstəqilliyi mübarizəmizlə, əzmimizlə qaznmışıq, haqq etmişik.

- Müstəqillik bəlkə İsgəndər Həmidov üçün ona görə əzizdir ki, Azərbaycan azad olanda sonra İsgəndər Həmidov nazir ola bildi. Yəni SSRİ qalsaydı, İsgəndər Həmidov kimi bir vətənsevərin daxili işlər naziri kimi mühüm bir posta təyinatı qeyri-mümkün idi. Belədirmi?
- Əsla. Bildirim ki, mən SSRİ vaxtlarında indikindən qat-qat yaxşı və təminatlı həyat şəraitinə malik idim. Bundan əlavə, o dövr üçün çox samballı vəzifəm də var idi. Mən bir idarənin rəhbəri idim. O zamankı keçmiş В«OBXSВ»in nəzdində mən ilk dəfə olaraq SSRİ əraziisində yaradılan korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsini tutmuşam. İqtisadi cinayətkarlığa qarşı baş idarənin nəzdində korrupsiya ilə mübarizə şöbəsinə rəhbərlik etmişəm. Və dövrünə görə, bu heç də kiçik vəzifə deyildi. Hətta ayrı-ayrı məmurlara, qurumlara nəzarət imkanı da yaradırdı. İndiki dillə desək, çox В«gəlirli bir vəzifəВ» idi.
Bunları ona görə xatırladıram ki, mənim müstəqillik uğrunda mübarizəyə qoşulmğımın madiyyata bağlanılmasının doğru olmadığını diqqətinizə çatdırmaq istəyirəm. Mən müstəqillik dövründə bir il nazir oldum, amma 9 il məhbəs həyatı yaşadım. Buna baxmayaraq yenə də bu tarix mənim üçün müqəddəsdir.
Müstəqil olub ac qalmağa razıyam, vətnimin, millətimin kölə olduğu təqdirdə nazir postunu tutmağa razı deyiləm. Mən o zamankı Ali Sovetdə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə gedən kommunist deputatların В«əgər müstəqil olacağıqsa, Azərbaycan özü özünü təmin edə bilməyəcək, xalqımız acından öləcəkВ» kimi arqumentlərinə də cavab verərkən bildirmişdim ki, müstəqil olub ac qalmağımız, kölə olub qızıl boşqabda yemək yeməkdən daha üstündür. Hətta bu kəlmələrim sonradn Nəriman Həsənzadənin əsərlərindən birində də yer almışdı.
Azadlıq, müstəqillik gözəl bir nemətdir. Elə Corc Amadonun bir əsəri də var: В«Ən gözəl nemət: AZADLIQВ». Mən bu gün müstəqilliyə xor baxanları həmin əsəri oxumağa çağırıram. Hər halda, bir millət üçün müstəqilliyin önəmi əlahiddədir və təsvirolunmazdır.

- Bax, kimsə sizin bu yoldakı fədakarlığınızı inkar etmir. Yəni İsgəndər Həmidov və o zamankı AXC rəhbərliyi, AXC fəalları Azərbaycanın dövlət müstəqilliyi uğrunda həqiqətən də risqli bir mübarizə yolu keçdilər və canlarını belə qurban verənlər oldu. İndi isə tamam fərqli bir həyatı yaşayırsınız. Hətta fəda olduğunuz yolun nəticəsində sizə məhbəsi belə rəva gördülər. Yəni bağbansınız və bir ağac yetişdirirsiniz. Min bir əziyyət çəkirsiniz, onun əzablarına qatlaşırsınız. Yetişəndən sonra isə həmin ağacın budaqları ilə sizi döyürlər. Küsmürsünüz ki?
- (Sual onu düşündürür, kövrəldiyi açıq-aşkar duyulur – M.Ə.) Tam səmimiyəm. Biz Azərbaycanın dövlət müstəqiliyi uğrunda mübarizə aparanda bu yolda hansısa qəniməti əldə edəcəyimizi hədəfləməmişdik. Yəni nə mən, nə də hansısa mübarizə yoldaşım düşünmürdü ki, Azərbaycan müstəqilləşər və biz nazir olarıq və yaxud da hansısa formada bundan faydalanarıq. Burada bizim əsas qazancımız elə hədəfimizə ulaşmağımız oldu. Yəni azərbaycan bir dövlət olaraq müstəqilləşdi. Bundadır məsələ.
Digər tərəfdən, mən yetişdridiyimiz ağacın bəhrəsini dadmışam. 9 il türmədə yatmışam. Mənim üçün MÜSTƏQİL AZƏRBAYCAN MƏHBƏSİNDƏ YATMAQDAN GÖZƏL HEÇ NƏ YOXDUR. O dövrdə bizim hər birimiz bu arzuda idik ki, Azərbaycan müstəqil olsun, bizə nə olursa-olsun…
İndi isə bir arzum var: o taylı-bu taylı Azərbaycan btüöv olsun, birləşsin. Bu nisgilə də son qoyulsun. Azərbaycanımız böyüsün. Mən elə buradan da bəyan edirəm: Əgər Azərbaycan bütövləşərsə, ömrünün qalanını da məhbəsdə keçirməyə hazıram. Mənim üçün şəxsin çıxarım yox, DÖVLƏTİMİN, MİLLƏTİMİN MARAĞI ÜMDƏDİR…
Allah verdiyi ömrün yerdə qalanını da türmədə keçirməyə hazıram. Azərbaycan bir olsun. Budur hədəf…

Davamı var

Hazırladı: Murad ƏLİBƏYLİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın adamları saxlanıldı
Bu gün, 11:48
İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Bu gün, 11:46
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Bu gün, 11:15
Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Bu gün, 09:46
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Bu gün, 09:42
Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Bu gün, 09:39
ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Bu gün, 08:42
Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Bu gün, 08:38
Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Bu gün, 08:29
Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Bu gün, 08:22
Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Bu gün, 08:19
MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Bu gün, 08:14
Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Bu gün, 08:04
Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Bu gün, 07:51
"Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Bu gün, 07:37
Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Bu gün, 07:18
Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Bu gün, 07:09
İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Bu gün, 07:04
Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Bu gün, 06:52
Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Bu gün, 06:43
Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Bu gün, 06:40
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Bu gün, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Dünən, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Dünən, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Dünən, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Dünən, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Dünən, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Dünən, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Dünən, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
Dünən, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Dünən, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Dünən, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Dünən, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Dünən, 16:35
Tramp Maskla barışıb
Dünən, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Dünən, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Dünən, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Dünən, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Dünən, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Dünən, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Dünən, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Dünən, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Dünən, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Dünən, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Dünən, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru