Nazirliyin sənəd-sünəd işində problemmi var? - Daha bir hərbçi arayış ala bilmir...
Tarix: 25-12-2015, 09:40 |
Çap et
Ehtiyyatda olan zabit Niyazi Salahovdan saytımızın elektron poçtuna bir məktub daxil olub.
Məktub müəllifi müdafiə naziri Zakir Həsənovdan aşağıdakı xahişdə bulunub:
"Mən ehtiyyatda olan zabit Salahov Niyazi Dərdayıl oğlu Moderator.az saytı vasitəsi ilə AR Müdafiə Nazirinə mənim şikayətimi çatdırmağınızı xahiş edirəm.
Cənab Nazir!
Mən Qarabağ müharibəsi veteranı ehtiyyatda olan Salahov N. D yazıb Sizə bildirirəm ki, 707 saylı hərbi hissədə Bölük komandiri vəzifəsini yerinə yetirərkən 22.01.1999-cu il tarixdə travma almışam, 22.01.1999-cu il tarixdə hərbi hospitala təxliyə edilmişəm. Bu günə qədər aldığım travmanı hansı şəraitdə almağım barədə tibbi arayış ala bilməmişəm. Sizdən xahiş edirəm mənə tibbi arayışın verilməsinə müvafiq göstərişlər verəsiniz."