Misir Mərdanovun ayağının altını qazıyanlar kimdir? - Keçmiş nazir hələ də təhlükədədir
Tarix: 15-12-2015, 10:19 | Çap et
 Sabiq təhsil naziri Misir Mərdanov uzun fasilədən sonra olduqca maraqlı açıqlamalar verib. "4 ilə yaxndır ki, Novxanıda bağ evində yaşayıram, qışı da, yayı da. Hər cür şərati var. Əvvəl Bakıda 9-cu mikrorayonda yaşayırdım. Bundan əlavə "Sovetski"də yaşamışam, dəniz kənarında da evim var, ancaq orda yaşamıram", - deyə Mərdanov "İnteraz" telekanalında yayımlanan proqramda deyib.
Şəxsi həyatı ilə bağlı geniş danışan keçmiş nazir deyib ki, şəxsi avtomobilini həmişə özü idarə edir: "Şənbə-bazar günləri həmişə şəxsi avtomobilimi özüm idarə edirəm. Sürücüyə deyirəm, get, ailə-uşağının yanına". Radara düşüb-düşməməsinə gəldikdə, M.Mərdanov maraqlı etiraf edib: "Nazir vəzifəsində çalışmasam da, hər kəs mənə hörmət edir, xüsusilə də yol polisi əməkdaşları. Hansısa səbəbdən avtomobili saxlayanda görürlər və "Misir müəlim, sizsiniz, sağ-salamat gedin", deyib yola salırlar. Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiym vaxt və BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. Nə etmişəmsə, onun cavabını alıram". İdmana münasibətindən bəhs edən M.Mərdanov deyib ki, 30 ilə yaxındır, hər gün 3 saat, səhər və axşam üst-üstə 13 km piyada gəzir: "Nə qədər ki, ayağım və başım çalışır, bu, qrafikə əməl edəcəyəm. Çünki məni gümrah saxlayır". "Həyatda həmişə ehtiyatlı adam olmuşam, ona görə də qeyri-adi hadisə ilə qarşılaşmamışam" - deyən M.Mərdanov özünün mənfi xüsusiyyətləri barədə bunları deyib: "İnsanlara tez inanıram. Təəssüf ki, insanlara çox tez inanmışam, etibar emişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm. Rəsmi dövlət adamları gərək inanmaq məsələsində bir az ehtiyatlı olsunlar. Bu gün ayağımın altını qazanlar var, amma gərək adamın amalı saf olsun. Nə qədər qazsalar da, heç vaxt yıxılmamışam". Mərdanovun açıqlamalarının ən ilginc məqamı da məhz budur. O da maraqlıdır ki, söhbət əsnasında verilişin bir müddət əvvəl çəkildiyi ortaya çıxıb. Belə ki, M.Mərdanov ailə üzvləri barədə danışarkən qardaşının nazirlikdə çalışdığını vurğulayıb. Ancaq fakt budur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Mərdanov bir həftə öncə tutduğu vəzifədən azad edilib. Hər halda kifayət qədər maraqlı epizodlarla zəngin olan söhbətin tam həcmdə yalnız indi efirə verilməsi diqqət çəkir. Başqa bir ilginc detal Misir Mərdanovun "hələ də ayağının altını qazanların" varlığından bəhs etdiyi bir vaxtda onun "sağ əli" kimi tanınan İlham Pirməmmədovun da Təhsil Nazirliyindəki postundan kənarlaşdırılmasıdır. Pirməmmədov Mərdanov nazir ikən aparat rəhbəri vəzifəsini tuturdu. O, Misir müəllimin ən inanılmış, yaxın adamı sayılırdı. Mərdanov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Pirməmmədov da postundan çıxarılmış, amma qısa müddət sonra təhsil nazirinin müşaviri təyin edilmişdi. İndi həm onun, həm Mərdanovun qardaşının Təhsil Nazirliyindəki görəvlərindən kənarlaşdırılması, belə bir vaxtda isə sabiq təhsil nazirinin "hələ də ayağının altını qazananların" varlığından danışması ilgincdir. Mümkündürmü ki, hakimiyyət daxilindəki bəzi çevrələr nazir postunu itirdikdən sonra belə Misir Mərdanovla intriqa aparır və onunla hansısa köhnə "haqq-hesabı çürütmək" istəyirlər? Mümkündür ki, Mərdanovun müsahibəsi ilə ona yaxın olan iki şəxsin "vurulmasının" üst-üstə düşməsi tam təsadüfdür. Amma nəzərə alsaq ki, eks-nazir görəvindən kənarlaşdırıldıqdan sonra uzun müddət müxtəlif KİV-lər intensiv şəkildə onun daha sərt formada cəzalandırıla biləcəyi ehtimalından yazırdılar, onda təsadüfdən bəhs etmək də çətinləşir. Hər halda Təhsil Nazirliyinə rəhbərliyi dövründə rüşvət və korrupsiya məsələlərinə görə ağır ittihamların hədəfinə çevrilən Misir Mərdanovla bağlı son gəlişmələr diqqətçəkicidir. Deyəsən, kimlərsə artıq sönmüş ocağın külləri ilə oynamaq istəyirlər. Hər şeyin doğrusunu isə zaman bilir. Odur ki, yaranan suallara ən dəqiq cavab vermək üçün zamanı qabaqlamayaq , hər şeyi vaxtın axışına buraxmaq lazımdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|