Nəqliyyat naziri Ziya Məmmədova məxsus restoran satışa çıxarılıb. Bu barədə istiqlal.az-a məlumatlı mənbələrdən xəbər daxil olub.
Mənbənin sözlərinə görə, restoran təzə Avtovagzal ilə üzbəüz 10 sotun icində tikilib. Obyekt xususi zövq və dizaynla təmir olunub. Umumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti , həyətdə 4 kabineti və acıq verandası var.
Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib. (http://shop.az/11415-dashinmaz-emlak-obyektler-ve-ofisler-satish-restoran-satilir-teze-avtovagzal-ile-uzbeuz)