Eldar Mahmudovun həbsi üçün yetərli dəlillər toplanıb... - Mədət Quliyevdən sərt üsul-idarə...
Tarix: 5-11-2015, 08:51 |
Çap et
Oktyabrın 17-də vəzifəsini itirən milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsi gün keçdikcə aktuallaşır.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, sabiq nazirin azad olunmasından 3 gün sonra MTN-ə birinci müavin təyin edilən və hazırda nazirin səlahiyyətlərini icra edən general Mədət Quliyevin daxildə apardığı islahat və təftişlər, həmçinin həyata keçirilən çoxsaylı həbslər Eldar Mahmudovun həbsinə zəmin yaradır.
Mia.az-a verilən məlumatda o da bildirilir ki, Eldar Mahmudov hazırda evindədir. Hələlik onunla bağlı hər hansı bir əməliyyat-istintaq tədbirləri həyata keçirlməyib...
Məlumatda o da bildirilir ki, Mədət Quliyevin MTN-ə gəldiyi gündən iş rejimi də dəyişib: "Mədət Quliyev MTN-ə gəldiyi gün xidməti kabinetinə keçməyib. O, nazirliyin bütün vəzifəli şəxslərini uniformada həyətə düşərərək, "şaqat" etdirib. Üstəlik, onların qarşısında çox sərt çıxış edərək, hamısına xəbərdarlıq eləyib. Bundan əlavə, oktyabrın 20-dən MTN-nin vəzifəli şəxslərinin hamısına uniformalarını geyinmələri ilə bağlı göstəriş verib. İndi MTN-çilər əvvəlki kimi istədikləri geyimdə işə gələ bilmirlər...".