Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

“Gəncədə mənəm, Bağdadda kor xəlifə” deyən “MERO” rəisi... - Ramiz Zeynalov onun adından sui-istifadə edən rəisi cəzalandıracaqmı?
Tarix: 25-07-2015, 10:22 | Çap et
“Gəncədə mənəm, Bağdadda kor xəlifə” deyən “MERO” rəisi...
Şəhərimizdə gözəl villalar, imarətlər görəndə "sağlıqla işlədəsiniz" deyirik. Amma burda bir incə məqam var. Bu cah-cəlal, bu zənginlik alın təri, zəhmət hesabına qazanılıb, yoxsa narkotik alveri, rüşvət, korrupsiya, qadın alveri, uşaq alveri, ciyər, ürək və s. alveri hesabına əldə olunub? Bəlkə qaçqınlara ayrılan humanitar yardımların hesabına başa gəlib bu saraylar? Bəlkə şəhid uşaqlarına, veteran ailələrinə ayrılan pullardan kəsilərək tikilib bu "quşqonmaz"lar? Söhbət halal, yoxsa haram yolla qazanılmış pullardan gedir. Halal-haram məsələsi isə, bizim uydurmamız-zadımız deyil, dünyanın 4 müqəddəs kitabında əsas dəyər kimi qəbul edilib. Düzdür, bu gün əksər xristian-Avropa ölkəsində məmurdan öz gəlirləri ilə bağlı dəqiq deklarasiya tələb edilir ki, pulun mənbəyi nədir? Bu elə halalıq deməkdir.
Bizdə isə 5 ildir məmurların gəlirləri ilə bağlı qanun qəbul edilib, amma nəinki iri, heç xırda məmurlardan da hesabat tələb edən yoxdur. Hesabat olmayan yerdə isə halallıqdan, ədalətdən, inkişafdan danışmaq mənasızdır. Bəli 5-10, lap 100, hətta 1000 nəfər əla dolana, cənnət əhli kimi yaşaya bilər, ancaq bu 5-10, hətta 1000 nəfər millət demək deyil. 5-10 nəfər Tariyel deməkdir...tariyellər isə xalq demək deyil. Bizim istədiyimiz odur ki, ölkəni 5-10 nəfər yırtıcı kimi daraşıb yeməsin. Axı Tariyeldən soruşan yoxdur ki, sən dövlət məmurusan, poils sistemində çalışırsan, dövlətdən bəlli-konkret-300-400 manat maaş alırsan...bəs bu boyda imarətlər, villalar, mülklər, xarici maşınlar səndə haradandır? Axı miqyası milyonlarla ölçülən bu sərvətin bir mənbəyi olmalıdır. Axı dövlət məmurunun biznes fəaliyyəti ilə məşğul olması cinayətdir.
Tariyel Məmmədov kimin dostudur? Tariyel Məmmədov hələ SSRİ vaxtında Daxili İşlər orqanlarında xidmətə qəbul olunub. Bir müddət sonra Azərbaycan Respublikasının Daxili İşlər orqanlarına xidməti iş yerini dəyişdirib və ölkənin ikinci paytaxtı adlanan Gəncə şəhərində DYPX-də xidmətini davam etdirib. Sonra Tariyel Məmmədov yenidən xidməti iş yerini DYPX-dən, Bas Dövlət Yol Polis idarəsinin Gəncə şəhərində yerləşən, 9 saylı Rayonlararası Qeydiyyat İmtahan Şöbəsinə- "MERO"-ya dəyişib və sürücülük vəsiqəsi verilən qrupa rəhbər təyin olunub. Onu da qeyd edək ki, həmin vaxtlar 9 saylı "MERO"-nun rəisi Oktay Xasıyev idi. Tariyel Məmmədov həmən vəzifəyə təyin olunan gündən Gəncəbasar zonasının, daha dəqiq desək, Xanlar (indiki Göygöl), Samux, Daşkəsən, Naftalan rayonlarının sürücülərinin qara günləri başlayıb. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər Tariyel Məmmədovun yanına gedərkən, onlara sürücülük vəsiqəsinin dövlət rüsumundan 10 dəfə artıq qiymət-rüşvət tələb edilirdi. Vətandaşların narazılığını T.Məmmədov belə cavablandırırdı ki, bu qiyməti mən yox, MERO-nun rəisi Oktay Xasıyev qoyub və bütün bu rüşvət rəisin cibinə gedir. Tariyel Məmmədov narazı olanlara bildirirdi ki, kimin nə iradı var buyursun Xasıyevin mənim otağımla üzbəüz olan kabinetinə, sözünü ona desin. Beləliklə Tariyel Məmmədov bütün narazılıqları öz rəisinin üzərinə yönəldirdi. Oqtay Xasıyev yatsa yuxusuna da girməzdi ki, Natiq Əfəndiyev, Qərib Həsənov kimi rəislər onu yerindən tərpədə bilmədilər, lakin Tariyel Məmmədov çox böyük özünəməxsus hiyləgərliklə Oqtay Xasıyevi aşırdıb onun yerinə rəis keçdi. Bundan sonra Gəncəbasar zonasının sürücülərinin problemləri birə yüz artdı. Tariyel Məmmədov öz tabeçiliyində olan şəxsi heyət ilə görüşərək bir məşhur nitq söylədi: Mən bu vəzifəyə təyin olunmaq ücün Ramiz Zeynalova 750.000 dollar pul vermişəm və bu gündən yeni tariflər təyin olunacaq. Hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov, bu pulun guya 650 AZN yuxarı çatacağını, qalan 150 AZN-in isə dədə malı kimi kollektiv arasında bölünəcəyini bilidirib. Bununla da Tariyel Məmmədov özünə yeni üsul icad elədi ki, kar, kor sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz. Tariyel Məmmədov öz işçilərinə tapşırır ki, hər cür vasitə ilə vətandaş imtahandan kəsilməlidir, əks halda səxsi heyət öz cibindən "katyol"a pul atmalıdır. Bu qayda ilə Tariyel Məmmədov "MERO"-nun tarixində yeni eranın əsasını qoydu. Baxmayaraq ki, MERO xətti T.Məmmədovun maddi durumunu zənginləşdirmişdir, rəis təyin olunan gündən T.Məmmədovun maddi durumu sürətlə artmaqdadır. Ancaq ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş Tariyel Məmmədovu qane etmir. Vətandaşlar ona narazılıqların bildirəndə, o vətəndaşları otağından qovaraq söyləyir ki, istəyirsiz gedin prezidentə sikayət edin, mənim ücün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm. Son vaxtlar isə bir çox yerlərdə söyləyir ki, yaxın zamanlarda Ramiz Zeynalovun yerinə özüm təyin olunacam. Bu arxayınlıq ondan yaranıb ki, Tariyel Məmmədov hər yerdə söyləyir ki, guya daxili işlər nazirinin müavini Vilayət Eyvazov onun yaxın dostudur, arxasıdır və sübut kimi də onu gətirir ki, guya hörmətli Vilayət Eyvazov Gəncə şəhərində iclas kecirərkən, tapşırıq verib ki, Tariyel Məmmədovu çağırın mənim yanımda olsun. Amma Tariyel Məmmədov bir məsələni unudur ki, hörmətli nazir müavini tabeçiliyndə olan hər bir polis əməkdaşını yanına çağırtdıra bilər və bu dostluq demək deyil. Bu gün Tariyel Məmmədov özünə yeni ləqəb qazanıb: oliqarx - sahibkar - rəis Azərbaycan Respublikasinda yaranan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Respublika Bas Prokurorluğunda yaranan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, hörmətli daxili işlər naziri Ramil Usubov və onun tabeçiliyində olan aidiyyəti idarələr, Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 160.000 dollar qiymətində olan BMV X6 markalı CİP, Torqovı küçəsində yerləşən ADİDAS dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA binası ilə üzbəüz yerləşən binada 1.250.000 manatliq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan Ciko adlanan geyim mağazası, Axundov bağının ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, İçəri-şəhər metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 10.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan yaşadığı villası. Bununla Tariyel Məmmədovun var-dövlətinin siyahısı bitmir, sadəcə, əgər siyahını davam etsək, qəzetimizin səhifəsində yer qalmaz. Əgər hüquq-mühafizə orqanlarının bizim dərc etdiyimiz siyahıya sübhələri varsa, başda Tariyel Məmmədov olmaqla biz bu mülkiyyətlərin rəsmi ünvanlarını, şəkillərini dərc edə bilərik. Onu da qeyd edək ki, T.Məmmədov özünə məxsus siyasət işlədib, bütün bu milyonlarla var-dövləti yaxın qohumlarının adına rəsmiləşdirib. Biz bir mətbuat vasitəsi olaraq daxil olan bu müdhiş informasiyanı cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırmaqla öz funksiyamızı yerinə yetirdik. Bunları araşdırmaq isə dövlət qurumlarının vəzifə borcudur. Amcaq onu bildirmək istəyirik ki, nikahı pozmaqla cinayətdən qaçmaq gülüncdür. Tariyel Məmmədovun sevimli bir şüarı var: Kim deyir, bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al. Ancaq bizə elə gəlir ki, bu dəfə Tariyel Məmmədovun sevimli şüarı onun köməyinə çatmayacaq. Qarşı tərəfin də söz demək haqqını qəbul edirik. P.S. Bu mövzuya yenidən qayıtmağımızın bir səbəbi var. Bu gün ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizədən danışılsa da, görünür, bu söz-söhbətlər Gəncəyə çatmayıb. Tariyel Məmmədovun rəhbərlik elədiyi qurumda rüşvət və korrupsiya nəinki yığışdırılmayıb, əksinə qiymətlərdə şok qaldırımlar var. Bu barədə geniş reportajı növbəti sayımızda oxuya biləcəksiniz. Bizi izləyin.(Reportyor.TV)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru