Teref.info bir müddət əvvəl "Neftçala rayonunun Xolqarabucaq kəndində bələdiyyə sədrinin müavini qoçuluq edir Tarix: 11-07-2015, 14:55" başlığı altında Neftçala rayonunda Xolqarabucaq kəndində bələdiyyə sədrinin müavininin qanunsuz əməllərindən yazmışdıq. Bu gün daha bir əlil Neftçala rayonunda Xolqarabucaq kəndində bələdiyyə sədrinin müavini Qafarov Qiymət Tahir oğlunun əlilə verilən köməyin ona vermədiyini və mənimsədiyini iddia edir. Əldə etdiyimiz məlumata görə bu bələdiyyə sədrinin arxasında Neftçala İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev durur. Onun bələdiyyə müavini seçilməsində və bələdiyyədə at oynadmağındada isra başçısının rolu var! Araşdırmalarımız davam edir! Bizi izləyin Teref.info olaraq gözdən əlil Nəfəsov Ceyhun İsrafil oğlunun şikayətini sizə təqdim edirik! Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.