Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi satışa çıxarılıb.
Axar.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır.
Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir. “İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada 200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.
Ticarət mərkəzinin son dönəmlərdə həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.