Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

Quba rayon məhkəməsində hansı qanunlara söykənib qərar çıxarırlar... - NARAZILIQ VAR
Tarix: 7-05-2015, 11:12 | Çap et
Quba rayon məhkəməsində hansı qanunlara söykənib qərar çıxarırlar...
Məhkəmə hakimi ədalətli olmalı, icraatında olan işə baxarkən tərəflərdən birinin fəhlə, digərinin isə məmur, vəzifə sahibi olmasına önəm verməməlidir. Yəni hakim adını daşıyan şəxs nə cavabdehin, nə iddiaçı tərəfin vəkili rolunda çıxış etməməlidir. Hakimin gözündə hər kəs eyni statusa sahib olmalıdır. Əgər bu baş verməzsə, o zaman ədalət bərqərar olmaz, femidanın tərəzisi əyilər, sonda isə haqlı haqsız, haqsız isə haqlı çıxa bilər.

Odur ki, hər bir hakim, məhkəmə sədri hər şeydən öncə Azərbaycan Respublikasının adından qərar çıxardığının fərqinə varıb haqqı nahaqqa qurban verməməlidir. Əfsus, bu gün bu cür hakimlərin sayı barmaqla sayılacaq qədərdir. Çünki hakimlərin bir çoxu müəyyən maraqların təmin olunması və ya verilən sifarişi "layiqincə" icra etmək naminə ədalətsiz qərar çıxarırlar. Misal kimi, Füzuli Novruzəli oğlu Pənahovun sədri olduğu Quba Rayon Məhkəməsini göstərmək olar. Belə ki, adıçəkilən məhkəmədə bu cür halların mütəmadi baş verdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Quba sakinləri Füzuli Pənahovun və məhkəmənin digər hakimlərinin əməlindən təngə gəliblər: "İlk öncə onu nəzərinizə çatdırım ki, 1959-cu il təvəllüdlü Füzuli Pənahov 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti-red.) hüquq fakültəsini bitirib. O, 1985-1990-cı illərdə Saatlı rayonu "Ulduz" kolxozunda hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1990-2000-ci illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə isə Astara Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. Füzuli Pənahov 2007-ci ildən bu günədək Quba Rayon Məhkəməsinin sədri postunda təmsil olunur. Deyilənlərə görə, Füzuli Pənahov Zəngilan Rayon Məhkəməsini hakimi vəzifəsində çalışdığı dönəmlərdə şəxsi maraqlarının təmin olunması üçün bir sıra əməllərə qol qoyub. Belə ki, Zəngilan Rayon Məhkəməsindəki 10 illik fəaliyyəti ərzində demək olar ki, heç bir ədalətli qərar çıxarmayan Füzuli Pənahov özünə qarşı antipatiya qazanıb. Deyilənlərə görə, o, Zəngilanda 7 nəfərin hər birindən 65 min dollar "şirinlik" alıb. İmişlidə polis rəisi işləyən Məcnun müəllimin işçisi olan İlham adında şəxs cinayətdə təqsirləndirilənlərin hər birindən 10 min dollar alaraq 88.1 maddəsini 83.3-ə dəyişib. Həmin vaxt Zəngilan Rayon Məhkəməsinin hakimi olan Füzuli Pənahov isə öz növbəsində günahsız yerə həbs edilən şəxslərdən 65 min alaraq onların cəzasını yüngülləşdirib".

Füzuli Pənahovun Zəngilan və Astara rayonlarında çalışdığı dönəmlərdə femidanın tərəzisini əməlli-başlı əydiyini vurğulayan məlumatlı şəxs bildirir ki, məhkəmə sədri bu gün Quba rayonunda da eyni əməlləri təkrarlamaqdadır: "Yəni o, Quba Rayon Məhkəməsinin sədri kimi məhkəməyə daxil olan işlərin ədalətli şəkildə araşdırılmasını təmin etməkdə maraqlı görünmür. Bu səbəbdən də Füzuli Pənahovun vətəndaşlara onların hüquqlarını izah etmədən, inzibati icraat qaydalarına zidd olaraq, inzibati işlərə baxarkən onları vəkillə təmin etməməsindən, haqqını tələb edən vətəndaşlara, ondan şikayət edən insanlara istədiyi vaxt bir bəhanə ilə inzibati qaydada protokol tərtib etdirərək barəsində digər tədbir seçməsindən və s. şikayətlər diqqəti cəlb edir. Deyilənlərə görə, Quba Rayon Məhkəməsinin sədri "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələblərini pozaraq icraatında olan mülki, eləcə də cinayət işləri ilə əlaqədar proses iştirakçılarını və ya onların qohumlarını öz iş otağında qəbul edir və bu "görüş"ün nəticəsindən asılı olaraq bəzi işlərə darhal baxıb həll edir, digərləri isə əsassız yerə yubadılır. Bir sözlə, hazırda Quba Rayon Məhkəməsi elə bir vəziyyətdədir ki, az qala hakimləri bir günün içində yol verdikləri qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edib, fəaliyyətlərinə xitam vermək olar. Çünki Füzuli Pənahov başda olmaqla, Quba Rayon Məhkəməsinin hakimləri onlara verilən sifariş əsasında, yaxud da digər səbəblərdən ədalətsiz qərarlar qəbul edirlər. Əgər Məhkəmə-Hüquq Şurası Füzuli Pənahovun sədri olduğu məhkəmənin fəaliyyətini obyektiv şəkildə araşdırsa, o zaman bəzi mətləblərə aydınlıq gətirilə bilər…"
\\ "Gündəlik Bakı" \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru