Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                 

Bakı sakini qardaşının erməni əsilli ögey qızı ilə məhkəmə çəkişməsində - Ev qalmaqalı “qohumları” üz-üzə qoydu…
Tarix: 1-05-2015, 11:17 | Çap et
Bakı sakini qardaşının erməni əsilli ögey qızı ilə məhkəmə çəkişməsində
DİA.AZ: - Bakı şəhəri, Xətai rayonun Rahib Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanda yaşayan Əhmədov Rafiq Bəbir oğlu tərəfindən DİA.AZ-a bir müraciət ünvanlanıb. Qeyd edək ki, Müraciət müəllifinin yolladığı vəsatət mətnində “Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmış Rusiya Federasiyasının vətəndaşı Əvmədova Rəqsanə Ramizovnanın əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığından xaric edilməsi” niyyəti yer alıb.

DİA.AZ olaraq eyni zamanda bir neçə dövlət qurumuna da ünvanlanmış vəsatəti diqqətinizə təqdim edirik:

“Mən doğma qardaşım Ramiz Əhmədovla o vaxt birlikdə yaşadığımız Ermənistan SSR-nin Amasiya rayonu, Güllübulaq kəndindəki 36 kv.m sahəsi olan ata yurdumuzu ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi ərəfəsində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 16, mən.,40-da( 32 kv.m sahəsi olan mənzil) yaşayan Qazarova Vera adlı şəxslə razılıq əsasında dəyişmişik. Bu mənzilin kirayəçisi 24.08.1989-cü il tarixli, 105424 saylı dəyişmə orderinə əsasən Əhmədov Ramiz Bəbir oğlunun adına rəsmiləşmişdir. Həmin orderdə digər şəxs kimi qardaş olaraq mənim adım da qeyd edilmişdir. ( Evin dəyişilməsi üçün Amasiya rayonun, Güllübulaq qəsəbə sovet sədri tərəfindən təsdiq edilmiş 24 iyul 1989-cu il tarixli arayışlarında da mən və qardaşım Ramizin ata mülkünün sahibləri kimi adlarımız qeyd edilmişdir) Lakin 1989-cu ildən indiyədək həmin mənzildə faktiki olaraq mən ailəmlə birlikdə yaşamışam. Faktiki olaraq Naxçivan şəhərində yaşayan qardaşım Ramiz 16.12.1992-ci ildə vəfat etmişdir. (AZ-I seriyalı, 4336658 nömrəli “Ölüm haqqında şəhadətnamə”) Ramiz qardaşım vəfat etməmişdən əvvəl,yəni 1991-ci ilin yanvarın 31-də Bakı şəhərində xəstəliyilə əlaqədar digər qardaşım Əhmədov Rəfail Bəbir oğlunu razılığı əsasında həmin evə pasport qeydiyyatına saldırmışdır.Lakin o ailəsilə birlikdə digər mənzildə yaşamışdır.2012-ci ildə mən qardaşım Əhmədov Rəfaildən xahiş etdim ki, 1992-ci ildən, Ramizin vəfatından sonra, 20 il ərzində mənzilin yeni kirayəçisi səhlənkarlıq ucbatından bizim heç birimizlə əvəzlənməmişdir,

Bu arada qardaşım Rəfail Əhmədov digər qardaşım Ramizin qızı adlanan Əhmədova Rəqsanə Ramizovnanı Rusiya Federasiyasının Ulyanovsk şəhərindən Bakıya gəlməyi dəvət edir ki, yazıqdır, gəlib Bakıda təhsil alsın, işləsin. Ramizin övladı olmasında şübhəli bildiyimiz bu şəxs 1986-cı ildə Özbəkistan Respublikasında Şaqinyan Qalina adlı milliyəti dəqiq bilinməyən, lakin əvvəlki rəsmi nikahı erməni kiçisilə olan bir xanımla nikahdan kənar dünyaya gəlmişdir. Sonradan Qalinanın xahişilə nikahdankənar doğulmuş Rəqsanə üçün doğum haqqında şəhadətnamə yazılarkən atası qrafasında Ramizin adını göstərilməsini xahiş etmişdir. Ramiz Qalinaya o halda razılıq verir ki, o da əvvəlki qızlıq soyadını sənədə yazdırsın. Razılaşma əsasında Özbəkistan Respublikasının Fərqanə vilayətininVVAQ şöbəsində 14.05.1986-cı ildə anadan olmasını və valideynlərin kimliyini təsdiq edən sənəd rəsmiləşdirilir. Fərqanə hadisələrindən sonra 3 yaşlı Rəqsanə anasılə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasının Ulyanovsk vilayətində qohumlarının( ola bilsin ki, əvvəllər rəsmi nikahda olduğu əri Şaqinyanın və ondan olmuş birinci oğul övladının -13 il həbsxanada cəza çəkmiş) evində 2002-ci ilədək yaşamağa başlamışdır. Ramiz isə 1989-cu ildən qeyri-rəsmi yaşadığı ailəsindən birdəfəlik ayrılaraq daimi yaşamaq üçün Azərbaycana qayıtmışdır. Beləliklə, biz Ramizlə ata yurdumuz olan 36 kv.m sahəli mənzilimizi Bakıdakı R.Məmmədov küçəsi ev 16, mənzil 40 –la dəyişmiş və orderdə hər ikimizin adı yazılmaqla mənzilə kirayə müqaviləsini Ramizin adına rəsmiləşdirdik. Əvvəl hər ikimiz həmin mənzildə yaşadıq. Sonra Ramiz xəstəliyilə əlaqədar Naxçivan şəhərinə qayıtdı və 16.12.1992-ci ildə orda vəfat etdi. 1993-cü ildə mən ailə həyatı qurdum və Bakıda həmin mənzildə bu günədək yaşamağımı davam etdirdim. Azərbaycan Respublikası Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

Ona görə də 24.08.1989-cu il tarixli, 105424 saylı orderində qardaş olaraq mənim adımın qeyd edilməsini və həmin mənzilin dəyişilməsi üçün 24 iyul 1989-cu il tarixində verilmiş arayışlara və R.Məmmədov küçəsi, ev 16, mənzil 40-da 25 ildir ki, 1993-cü ildə qurduğum ailəmlə birlikdə faktiki yaşamağımı,eyni zamanda mənzilın kirayə müqaviləsinə əsasən ödənclərin, mənzilin bütün kommunal xərclərinin şəxsən mənim tərəfimdən 25 ilə yaxın bir müddətdə ödənməsi mənim mənzilə olan hüququmu rəsmiləşdirir. Bu günün tələbi bundan ibarətdir ki, Mənzilə 1992-ci ilədək kirayə müqaviləsi bağlamış qardaşım Ramizin vəfat etməsini, digər həmin mənzilə 1991-ci ildən pasprot qeydiyyatında olan, lakin faktiki yaşamayan qardaşım Rəfailin 2012-ci ildə vəfat etməsini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsini nəzərə alaraq kirayə müqaviləsi qanunvericiliyin tələbilə qardaşımın adından mənim adıma keçirilməlidir.Amma nə baş vermişdir? Rəqsanə Şaqinyan qızı Ramizovna saxta yollarla R.Məmmədov küçəsi ev 16, mənzil 40-a 2004-cü ilin aprelin 20-də qısa müddətdə pasport qeydiyyatına alınır.O iddiaçı kimi Xətai rayon məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsinin 2-ci səhifəsində iş üzrə iddiaçı olmuş Əhmədova Rəqsanə Ramizovna izahatında göstərir: O, valideynlərilə birlikdə ( nikahdan kənar yaşamış valideynlər nəzərdə tutulur) Özbəkistan Respublikasında yaşamış, daha sonra həmin dövrdə baş vermiş hadisələrlə bağlı bağlı anası Rusiya Federasiyasına köçmüşdür. 1992-ci ildə onun atası Ramiz Əhmədov vəfat etmişdir. Əmisi Əhmədov Rəfail onu yaşaması üçün Bakı şəhərinə gətirmiş və o 9-cu sinifdən etibarən təhsilini Bakıda davam etdirmiş, və əmisi Rəfailin mənzilində yaşamışdır. Bu müddət ərzində əmisi Xətai rayonu, R.Məmmədov küşəsi ev 16 , mən 40- ın onun atasına məxsus olmasını ona demiş, lakin onun bu mənzildə yaşaması mümkün olmamışdır. Bu mənzildə əmisi Rafiq Əhmədovun ailəsi yaşayırdı. İlk dəfə şəxsiyyət vəsiqəsi alarkən, əmisi Rəfail onu atasına məxsus mənzilə qeydiyyata salmışdır. 08.05.2004-cü ildən hal-hazıradək Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 16, mənzil 40-da daimi qeydiyyatdadır...”

Əslində faktlar Rəqsanə Ramizovnanın məhkəməyə verdiyi izahatda olduğu kimi yox, reallıqda tamailə başqa cür olmuşdur. Rəqsanə Ramizovna 1986-cı ildə Özbəkistan Respublikasında atasının Ramiz olduğu bildirilən şəxslə anası əvvəlki soyadı Şaqinyan Qalina Qriqoryevna olmuş milliyəti naməlum şəxslə qeyri-rəsmi nikahdan anadan olmuşdur. R.Ramizovnanın anası Qalinanın əvvəl(Ramizdən əvvəl) və indi rəsmi nikahda olan birinci əri Şaqinyan soyadlı erməni olmuşdur. 1989-cu ilə qədər “Fərqanə hadisələri”nədək 3 yaşlı Rəqsanə Qalina anasıilə Özbəkistanda yaşamaış və bu hadisələrdən sonra o anası ilə Rusiya Federasiyasının Ulyanovs vilayətinə əvvəlki qohumlarının (erməni atalığının) yanına qayıtmış və 2002-ci ilədək burda yaşamışdır. Sonra 2004-cü ildə özünün də qeyd etdiyi kimi, təhsil alması, işləməsi üçün əmisi Rəfailin dəvətilə Bakıya gəlmiş və dərhal da müəmmalı şəkildə R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına pasport qeydiyyatına düşmüşdür. Amma necə?

Məhkəmə müəyyən etmişdir: Özbəkistan Respublikasının Fərqanə şəhəri, Kirqulisk rayonu, VVAQ şöbəsinin verdiyi 10.04.1999-cu il tarixli, II-FR 01 22 982 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, Əhmədova R.R 08.05.1986-cı ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14.05.1986-cı ildə 366 nömrəsilə qeyd edilmiş, atası Əhmədov Ramiz Bəbir oğlu, anası İreykina Qalina Qriqoriyevnadır.” Müəyyən edilmiş bu fakt təsdiq edir ki, Rəqsanə Ramizovna 1989-cu ilədək Özbəkistan Respublikasının vətəndaşı olmuş, 1989-cu ildən hal-hazıradək Rusiya Federasiyasının vətəndaşıdır. Lakin o qeyri-qanuni yollardan istifadə etməklə - yəni faktiki olaraq heç kimin razılığı olmadan, ya əmisi Rəfail Əhmədovun, ya da o vaxt saxtakarlıqla pasport qeydiyyatına düşmüş R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanında faktiki yaşayan Rafiq Əhmədovun ailə üzvlərinindən heç birinin razılığı olmadan, yerli MİKS və pasport qeydiyyatı idarəsi rəisilə gizli sövdələşmə nəticəsində saxtakarlıqla özünü əsassız olaraq həmin mənzilə qeydiyyata saldırmışdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 9-cu maddəsinin 6-cı yarımbəndində qeyd edilir: - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və yaməlumatlar həqiqətə uyğun olmadığı halda və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qanunverici orqan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxmasının əsasını müəyyən edir.

Doğrudan da Rəqsanə Ramizovnanın R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına əsas olmuş sənədlər – 12 il əvvəl vəfat etmiş atasının vəsiyyətnaməsinin olmaması, atasından qalma miras əmlaka vərəsə kimi tanınması barədə bu günədək tələb irəli sürmədiyindən o vərəsəlik hüququnu itirmişdir. Həmin mənzildə faktiki yaşayan əmisi Rafik Əhmədovlar ailəsinin və digər həmin mənzilə pasport qeydiyyatı olan əmisi Rəfail Əhmədovun razılıq ərizəsi və ya hər hansı etibarnaməsi olmadığından onun bu mənzilə pasport qeydiyyatına götürülməsi aidiyyatı vəzifəli şəxslər tərəfində rüşvət hesabına edilmiş qanunsuz hərəkətlər hesab edilir. Çünki, mülki məslə ilə bağlı olan bütün sənədlər arxifdə saxlanmalı olduğu halda MKİS-in arxivdən R.Ramizovnanın pasport qeydiyyatını əsaslandıran heç bir sənəd tapılmamışdır. Yəni, bu o deməkdir Ki. R.Ramizovna R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına qeyri-qanuni, əsassız olaraq pasport qeydiyyatına götürülmüş, AR-nın vətəndaşlığını əldə etmişdir.. Onun hazırda da Rusiya Fedrasiyası vətəndaşı olması hazırda onun ikili vətəndaşlığa malik olması deməkdir ki, bu da Azərbaycan qanunvericiliyinə görə yolverilməz hesab olunur.

Doğrudur, mən mənzil qanunvericiliyinə uyğun olaraq 1992-ci ildən yaşadığım mənzilə qardaşım Ramizin adından bağlanmış kirayə müqaviləsi onun ölümündən dərhal sonra hüquqi qüvvəsini itirsə də mən həmin mənzilə verilmiş orderdə adı olan ikinci şəxs kimi yenidən kirayə müqaviləsi bağlamağa savadım olmadığına görə əhəmiyyət vermədim. Və yerli MKİS-si də, Polis Şöbəsi də məndən yenidən sənədləşmə aparmağımı tələb etməmişlər. Digər tərəfdən qanunvericiliyə görə dövlət mülkiyyətində olan və Ramiz Əhmədovun icarəçisi olduğu mənzil 1992-ci ildə onun vəfatından sonra order üzrə digər payçıya Rafiq Əhmədova və onun ailəsinə yaşaması üçün həvalə edilmişdir.Və buna görə də baxmayaraq ki, miras əmlak vərəslər tərəfindən qəbul olunmadığından ) mənzilin yenidən dövlətin balansına verilməsi barədə sənədləşmə aparılmamışdır. Yəni, AR Mülki Məcəllənin 527-ci maddəsinə görə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibsə ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Yenə həmin məcəllənin 73-cü maddəsində pozulmuş hüquqların mübadiləsi üçün iddia müddəti 3 ay müəyyən edilmişdir. MM-nin 82-ci maddəsinə görə isə iddia qaldırılanadək iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsas hesab olunur. Deməli, bu gün həmin mənzili atası Ramiz Əhmədovdan qalmasını əsas gətirərərək mənzilə iddiada olan 29 yaşlı Rəqsanə Ramizovna 2002-ci ildən Bakı şəhərində yaşamağa başlasa da, 2004-cü ildə qeyri-qanuni yollarla formal olaraq mübahisələndirilən mənzilə pasport qeydiyyatına götürülsə də yaşadığı son 13 illik dövrdə və ümumiyyətlə 1992-ci ildən indiyədək yəni miras açıldığı andan nə Rəqsanə Ramizovna, nə də anası Qalina Şaqinyan tərəfindən vərəsəlik hüququnun tanınmasıilə bağlı ərizə verməmişlər. Beləliklə onların vərəsəlik hüquqları tanınmamışdır. Atası hesab etdiyi Ramiz Əhmədov da sağlığında qızı hesab edilən Rəqsanə Ramizovnaya, nə də nikahdan kənar yaşadığı Qalina Şaqinyana mülklə bağlı hər hansı vəsiyyətnamə yazıb qoymamışdır. Belə olan halda Rusiya Federasiyasında 13 il yaşamış və daimi qeydiyyatda olmuş Rəqsanə Ramizovnanın hansı formada Azərbaycan vətəndaşlığını qəbul etməsi sual doğurur. Nə mən və ailə üzvlərimin , nə də digər qardaşım Rəafail Əhmədov tərəfindən bu şəxsin R.Məmmədov küçəsi, ev 16, mənzil 40 ünvanına pasport qeydiyyatına düşməsi yalan məlumatlar əsasında və tam əsassız və qanunsuz formada aparılmışdır. Yerli MKİS-in arxivində onun pasport qeydiyyatına alınması üçün tələb olunan heç bir yazılı sənəd aşkar edilməmişdir. Halbuki, mülki sənədlər ən azı 15 il müddətinə məhv edilmir, saxlanca verilir. Qeydiyyata alınması üçün əsas olmuş səndələrin heç birini tərəfimizdən aşkar edə bilmədik.

Qısa ARAYIŞ: Rəqsanə Ramazanovnanın Bakı şəhərində harada yaşaması gizli saxlanılır. Formal ünvan kimi onun nümayəndəsi olmuş Cabbarlı Polad Arif oğlunun Nizami küçəsində yerləşən ofisi göstərilir. Məlumata görə Rəqsanə hər gün Rusiya Federasiyasında yaşayan anası ( Şaqinyanlar ailəsı) ilə mütəmadi telefon və skip vasitəsilə əlaqə saxlayır. Heç yerdə işləmir. Onun fəaliyyəti qaranlıqdır. Nümayəndəsi Poladın bildirdiyinə görə o Rəqsanəni xüsusi tapşırığa görə pulsuz müdafiə edir. Amma ona kirayə haqqı və qidalanması üçün yardım etməsi məlum deyil. Çünki bütün qohumları ondan üz döndərmişlər.

Qardaşım Ramizin ölümündən sonra onun qüvvədən düşmüş mənzilin kirayə müqaviləsi qanunvericilyə əsasən orderdə adı olan digər şəxslə bağlanmalı olduğu halda, R,R. Ramizovna bu məsələyə razılıq vermir, məhkəmələrə maraqlı şəxs kimi məni əsassız olaraq cəlb edir. İstəyir ki. Rusiya və Azərbaycan vətəndaşlığı olduğu halda belə məni və ailəmi yaşadığımız mənzildən saxta ittihamlarala sıxışdırıb çıxarsın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu Maddəsinin 6-cı yarımbəndində qeyd edilir: “qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatlar həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsləsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmə qanuni qüvvəyə minmiş qərarı əsasında şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab olunur. Göründüyü kimi yalnız belə əsas olduqda vətəndaş müvafiq polis bölməsinə müraciət etməli, sonuncu həmin hal olduqda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmalıdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Həmin məcəllənin 60-cı Maddəsinin I hissəsinə əsasən icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır.

AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi orderə əsasən bağlanır.

Mənzil Məcəlləsinin 53-cü Maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həmin maddənin əsas digər şəxslərin mənzilə hüquqnun olmasına dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilirlər ki, onlar kirayəçininyaxın qohumu, olsunlar. Ayrı-ayrı hallarda kirayəçinlə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə mənsubiyyətində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər.

Göstərilən cəhətlərdən biri mövcud olmadıqda başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər.

Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovanın qəbul etdiyi 28 fevral 2014-cü il tarixli, iş N-2(011)-174/2014 saylı qətnamə həmin ilin may ayından qanuni qüvvəyə minmişdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseslərində yenidən sübut edilmir. Odur ki, bu məhkəmə qətnaməsində müəyyən edilmişdir:

1. 4-cü səhifədəqeyd edilir – 24.08.1989-cu il tarixli 105424 saylı mənzilin dəyişdirilməsinə dair ordedən müəyyən olunur ki, Əhmədov Ramiz Bəbir oğlu Amasiya rayonun Güllübulaq qəsəbəsində yerləşən iki otaqlı sahəsi 36,0 kv.m olan evini B.A. Qazarovanın Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 2 otaqlı ümumi sahəsi 32,93 kv.m olan 40 saylı təcrid olunmuş mənzilinə dəyişmiş, dəyişilən mənzilə R.B.Əhmədovun özü ilə birlikdə yaşayan bir nəfər ailə üzvünün köçmək hüququ vardır.

2. Səhifə 5-də qeyd edilir: Orderə əsasən dəyişilən mənzilə R.B.Əhmədovun qardaşı R.B.Əhmədovun köçkmək hüquq vardır.

3. Səhifə 7-də qeyd edilir: Bakı şəhəri Xətai rayonu, MKTB-nin 82 saylı MKİS-nin 31. 08.2012-ci il tarixli 1208 saylı arayışından müəyyən olunur ki, Əhmədov Rafiq Bəbir oğlu Xətai rayonu, R. Məmmədov küçəsi, ev 16 , 40 saylı mənzilinin orderində adı vardır,lakin pasport qeydiyyatına düşməmişdir.

Bütün yuxarıda sadlalanan faktlar və hüquqi əsaslar ona imkan verir ki, mübahisələndirilən mənzilin orderində mənim adım olduğuna və ailə üzvlərimlə birlikdə 22 il fasiləsiz olaraq yaşamağıma, mənzilin maliyyə və digər kommunal ödənişlərini şəxsən həyata keçirməyimi və orderdə adı keçən qardaşım Ramiz Əhmədovun 1992-ci ildə vəfatı ilə bağlı qanunvericiliyə əsasən kirayə müqaviləsinin mənimlə bağalanmalı olduğu halda mənzilə heç kimi razılığı və digər tələb olunun səndələr olmadığı halda 2004-cü ilin 20. aprelindən əsassız pasport qeydiyyatına alınmış Rəqsanə Ramizovna adlı şəxs imkan(razılıq) vermir ki, dövlət əmlakı olan yaşadığımız mənzilin kirayə müqaviləsi vəfat etmiş qardaşım Ramizin adından mənim adıma dəyişdirilsin.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahiş edirəm:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məslələrinə baxılması və onların həlli qaydaları haqqında” ƏSASNAMƏnin 14, 15 və 24-cü Maddələrinə əsasən ( AR vətəndaşlığı almaq üçün zəruri olan məlumatları qəsdən saxtalaşdırdığı və saxta sənədlər təqdim etdiyinə görə )

Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmış Rusiya Federasiyasının vətəndaşı Əvmədova Rəqsanə Ramizovnanın əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığından xaric edəsiniz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru