Erməni gülləsindən dağılan evlərə ayrılan pulları kimlər yeyir? – Qazax sakinləri yerli icra nümayəndəsindən şikayətçidir
Tarix: 2-09-2014, 12:22 |
Çap et
DİA.AZ: - «Quşçu-Ayrım erməni hərbçiləri ilə həmsərhəd kənddir. Evlərin çoxu qəzalı vəziyyətdədir. Dövlət Bərpa Agentliyi tərəfindən kənddəki evlərin təmir-bərpasına ayrılan pullarla icra nümayəndəsi yalnız öz qohum-əqrəbasının evlərini düzəltdirir».
DİA.AZ xatırladır ki, bu günlərdə cəbhə xəttindəki gərginlik zamanı da evlərə xeyli dərəcədə ziyan dəyib. Amma buna baxmayaraq yerli icra strukturları “adi güllə dəliyidir” deyərək sakinlərə təmir pulu ayırmaqdan imtina edirlər. dia-az.site-a daxilolan şikayətlərdə deyilir ki, icra nümayəndəsi kənddəki qəzalı evlər üçün ayrılan tikinti materiallarını mənimsəyir, öz qohumlarının ev-eşiyini təmir etdirir, başqa qəzalı evlərə isə biganə yanaşır.
Narazı vətəndaşların müraciətində deyilir: “Onlarla ev var ki, sakinlərin yaşadığı həmin uçuq komalara gətirib it də bağlasalar, orda yaşamaz, qırılıb qaçar. İcra nümayəndəsi sakinlərə indiyə kimi bircə şifer də verməyib. Bakıdakı qurumlara da şikayətlərimizi də yazırıq, yazdıqlarımı göndərirlər elə icra nümayəndəmizə”.
Onu da bildirək ki, bu məsələ ilə əlaqədar DİA.AZ əməkdaşı araşdırmaya başlayıb və kənddən geniş repirtajı diqqətinizə təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...