Vətəndaş gömrükçülərə etiraz olaraq gətirdiyi maşını yandıracaq - "Hitlerin əsgərləri də belə eləmirdi"...
Tarix: 22-07-2014, 10:42 |
Çap et
DİA.AZ: - Dünən DİA.AZ-a Lənkəran rayon sakini (hələlik adının çəkilməsini istəmir -red.) şikayət məktubu ilə müraciət edib. Lənkəran sakini bildirir ki, şikayəti gömrük orqanlarındandır.
Narazıvətəndaş DİA.AZ-a yazır ki, Gürcüstandan «Mersedes» maşını gətiriblər: "2001-ci il buraxılışı olan həmin avtomobili gömrükdən keçirmək üçün Lökbatan Gömrük İdarəsində olublar və onlardan buna görə, 5 min manat pul istənilib. «Maşının matoru sənəddə nəzərdə tutulduğundan böyük olduğuna görə 5 min manat gömrük rüsumu istənilib. Lakin onların bu pulu verməyə gücləri çatmadıqlarından, maşın alınıb gömrük dayanacağına qoyulub».
Narazı vətəndaş bildirir ki, bu gün Azərbaycanda olan gömrük rüsumları dünyanın heç bir yerində yoxdur: "Gedin, Lökbatan gömrüyünə baxın, və orada sülmə salınan vətəndaşların halını görün. Sanki gömrükçülər faşistlərdir, əllərinə düşənlər də əsirlər. Heç Hitlerin əsgərləri belə amansız olmayıblar. Əgər mənim maşınım özümə qismət olmayacaqsa, onlara da verməyəcəm və gömrükdəcə, maşına od vurub yandıracam".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...