Səlim Müslümov köhnə iş yerini də nazirliyə birləşdirir - Hakimiyyət struktur dəyişiklikləri yolunda
Tarix: 21-07-2014, 12:23 |
Çap et
DİA.AZ: - Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi nazirliyinə rəhbər keçəndən sonra belə bir informasiya yayıldı ki, onun əvvəllər rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondu sözügedən nazirliyə birləşdiriləcək. Doğrudur, həmin ərəfədə ƏƏSMN-dən verilən açıqlamada bu xəbər təkzib olundu.
DİA.AZ-a Nazirlərk Kabinetindəki bilgili qaynaqlardan sızan informasiyada isə bildirilir ki, artıq ƏƏSMN ilə DSMF-nin birləşdirilməsi üçün müvafiq addımlar atılır: «Bunun üçün Nazirlər Kabinetində konkret şəxslərə tapşırıqlar da verilib».
Mənbəmiz bildirdi ki, bu gün faktiki olaraq Səlim Müslümov DSMF üzərində də hökmranlığını qoruyub saxlayır: «Yəni dövlət fondunun nazirliyə birləşdirilməsi qərarı əslində Səlimm Müslümovun qeyri-qanuni monapoliyasının rəsmiləşdirilməsi anlamını da daşıyır».