Hesablama Palatasından şok qərar gəldi - Rövnəq Abdullayevin fəaliyyəti də araşdırılacaq - ÇƏKİŞMƏ
Tarix: 5-05-2014, 10:48 |
Çap et
DİA.AZ: - Hesablama Palatası şok qərar verib. Belə ki, DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən daxil olan informasiyaya görə, dünənə qədər hətta nüfuzlu məmurların nəzarət zonalarına girməsinə baxmayaraq neft sektoru ilə bağlı hansısa təftişi həyata keçirməyən Hesablama Palatasının builki hədəflərindən biri Dövlət Neft Şirkəti (ARDNŞ) ola bilər.
Məlumatlı mənbə dia-az.site-a bildirir ki, bu qərarın verilməsi əgər bir yandan ARDNŞ rəhbəri Rövnəq Abdullayevin iqtidar daxilindəki mövqelərinin zəifliyi ilə əlaqədardısa, digər yandan da hakimiyyət daxilində yeni münasibətlərin oturuşması üçün də ciddi bir addım hesab oluna bilər.
Xəbər qaynağının iddia etdikləri: «Rövnəq Abdullayevin adı bir çox qaranlıq çevrələrlə işbirliyində hallandırılır. Zaman-zaman ARDNŞ şefi nurçularla, habelə mübhəm çevrələrlə əlaqədə ittiham olunur. Ona qarşı açıq mətbu kampaniya da müşahidə olunmaqdadır. İndi isə ARDNŞ-in fəaliyyətini Hesablama Palatası araşdıracaq. Bu qərar boşundan verilməyib və qərarın yekunu ciddi dəyişikliklərlə müşaiyət oluna bilər».