Fətullah Gülən cameəsi DİA.AZ-ı çökdürmək fikrinə düşüb - Səhər saatlarından portalımız hədəfdədir
Tarix: 21-04-2014, 15:21 |
Çap et
DİA.AZ: - Artıq neçə müddətdir ki, Fətullah Gülənin Bakıdakı və Türkiyədəki dayaqları DİA.AZ-ı hədələməklə məşğuldurlar. Onlar portalımızda yer alan nurçularla bağlı ifşa xarakterli materiallardan narahat olduqlarını gizlətməyərək portalımızın elektron ünvanına müxtəlif hədələrlə dolu məktublar yollayırlar ki, bu da son bir həftə ərzində daha da intensivləşib.
Bu gün səhər saatlarından isə Fətullah Gülənin nurçu tərəfdarları DİA.AZ-a qarşı haker hücumları təşkil ediblər. Görünəni odur ki, onlar təkcə DİA.AZ-ı yox, Azərbaycanın daha bir neçə xəbər portalını da hədəfə çeviriblər.
Bu səbəbdən portalımızın fəaliyyətində fasilə yaranıb. Texniki əməkdaşlarımız bildirir ki, nurçular əsasən Türkiyə, Zimbabve və Latviya üzərindən DİA.AZ-a hücum edirlər. Bu səbəbdən artıq 24 ölkədə DİA.AZ-ın girişi əngəllənib. Amma buna rəğmən hücum arealı genişləndirilib və daha da gücləndirilib.
Bildirək ki, az qala üzərimizə Fətullah Gülənin dayaqlarının yerləşdiyi bütün ölkələrdən hücum edilir. Buna qədərsə onlar redaksiyamıza yolladıqları müraciətlərində bildirmişdilər ki, Fətullah Gülən cameəsinin hədəfiyik.
DİA.AZ olaraq oxucularımıza səbrili olmağı arzulayırıq...