Mikayıl Cabbarov Misir Mərdanovun yıxdığı evin təməlini yenidən atır - Təhsil sistemində kardinal dəyişikliklər gözlənilir
Tarix: 15-04-2014, 10:37 |
Çap et
DİA.AZ: - Təhsil sistemində ciddi islahatlar gözlənilir. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar ötürüb. Məlumatı verən mənbə bildirir ki, yaxın günlərdə həmin islahatlarla bağlı yeni qanun layihəsinin Prezident Administrasiyası tərəfindən Milli Məclisə təqdim olunması gözlənilir.
Məlumatı verən mənbə bildirir ki, islahatlar əslində təhsil sisteminin köhnə sovet dövrünə qayıdışı kimi də qəbul oluna bilər: «Əsas istiqamət ölkədə ali təhsillə bağlı islahatların intensivləşdirilməsi ilə bağlıdır. Belə ki, plana uyğun olaraq özəl ali məktəblər üzərində ayrıca olaraq yeni qurumun təsis edilməsi nəzərdə tutulur».
Mənbəmiz əslində belə bir zərurətin özəl təhsil sistemindəki böhranlı durumla bağlı olduğunu da bildirdi: «Məlumdur ki, bu gün özəl təhsil ocaqlarının əksəriyyəti əslində tədris verməkdən daha çox, keçmiş nazir Misir Mərdanovun qara işlərinin icrası üçün nəzərdə tutulan obyekt rolunu oynayırdı. Ona görə də Mikayıl Cabbarov Misir Mərdanovun son qalalarını da hədəfə çevirib ».
Mənbə iddia edir ki, daha keyfiyyətli tədris üçün Mikayıl Cabbarov daha bir neçə planının icrasına “yuxarılar”ın xeyir-duasını alıb.