Azərbaycan ordusunda bir zabit, digər zabiti güllələdi
Tarix: 13-02-2014, 12:32 |
Çap et
Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib.
DİA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.
Nəticədə güllə onun zabit yoldaşı, baş leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.