Xaçmazda görünməmiş özbaşınalıq 5-ci sinif şagirdi girov götürülüb
Tarix: 25-01-2014, 10:38 |
Çap et
Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi) dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh adlı bir uşağı girov götürüb.
Dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar.
Tələsik və həyəcanlı vəziyyətdə evə gələn uşaq bütün gördüklərini öz valideynlərinə danışıb. Onun atası dərhal zəng edərək polisi bu barədə məlumatlandırıb. Polisin dərhal başlatdığı cinayət-axtarış işlərindən xəbər tutan dəstə üzvləri həmin ailənin evinə gələrək, uşağın ata və anasını buna görə döyüblər.
Nəticədə uşağın valideynləri ciddi xəsarət alıblar. Valehin özünü isə girov götürüblər.
Yerli sakinlərdən aldıqımız məlumata görə, hazırda axtarış davam edir, yollar patrullar nəzarətinə götürülüb.
Musavat.com