Bakıda kişi arvadını döyərək öldürüb
Tarix: 16-01-2014, 11:37 |
Çap et
Bakıda kişi həyat yoldaşını döyərək qətlə yetirib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanı döyərək ağır bədən xəsarətləri yetirib.
G. Məmmədova bu gün səhər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən Ə. Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.