“AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                 

Gədəbəydə məhkəmə hakimi ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 17-12-2022, 10:06 | Çap et
Gədəbəydə məhkəmə hakimi ÖZBAŞINA QALIB...
…Bəli, bu hadisə məhkəmə yox, biabırçılıqdır və eyni zamanda əsl məzhəkədir. Doğrudan da hakim Marif Kazımov “şap elə bilir şupdadır, şup elə bilir şapdadır” prinsipi ilə işləyir. Dövlətin adından qərar verən hakim söhbətin nədən və boşaldılası evin hansı ünvanda olmasının fərqinə varmadan, eləcə də şikayətin əsaslılığını öyrənmədən, yəni məhkəmədə araşdırdığı işin predmetini dəqiq bilmədən hansısa maraq naminə belə bir qərar çıxarıb? Elə ona görə də indi haradasa baş verən bir haqsızlıqdan yazmaqla heç kəsi təəccübləndirmək olmur. Çünki hər bir vətəndaş Marif Kazımov kimi hakimlərin və işini öhdəsindən gələ bilməyən bəzi məmurların sayəsində istənilən qədər haqsızlıqla üzləşir. Bəzən adi bir problem məhz hansısa məmurun məsuliyyətsizliyindən şişib respublika səviyyəsinə çatır. Belə vətəndaşlardan biri də bu günlərdə redaksiyamızın qapısını döydü. Elə Gədəbəy rayon sakini Niyazi Yumux oğlu Məmmədov da başına gələn problemlə əlaqədar bizdən imdad istəyir. N.Məmmədovun özünü dinləyib, təqdim etdiyi sənədlərlə tanış olandan sonra adam dəhşətə gəlir ki, daha bu qədər də haqsızlıq olmaz axı. Bu haqsızlığa ədalət mücəssəməsi olan hakim də qoşulanda, adamın əli üzündə qalır. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, hər gün hansısa haqsızlıqlarla rastlaşırıq. Bununla belə, yenə də təəccübümüzü gizlədə bilmirik. Ona görə ki, bu haqsızlıqlara yol verən məmurlardan və hakimlərdən fərqli olaraq bizim sinəmizdə daş yox, ürək var. Bu səbəbdən də Niyazi Məmmədovu ürək ağrısı ilə dinlədik.

***

Problemin həllini aidiyyəti qurumların diqqətinə çatdırmaq üçün N.Məmmədovla “Təzadlar”ın efirində də söhbət etdik. Amma istəyirəm saytımızda bu barədə daha ətraflı məlumat verim. Söhbətin mahiyyəti ondan ibarətdir ki, N.Məmmədovu 28 il yaşadığı mənzildən iş adamı Oktay Əıliyevin tələbi və Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz qərarı ilə çıxarmaq istəyirlər. N.Məmmədovun verdiyi məlumata görə O.Əliyev iş adamıdır. O, N.Məmmədovun yaşadığı Gədəbəy rayonunun Əlinağılar kəndindəki 28 il yaşadığı evinin yaxınlığında restoran tikib. Həmin restorana tikməyə hazırlaşdığı otelə ən yaxın və rahat yol N.Məmmədovun yaşadığı evin ərazisinə düşür. Ona görə də O.Əliyev həmin evi sökdürüb restoranı üçün yol açmaq istəyir. Onu da diqqətə çatdıraq ki, O.Əliyevin meşə zolağının ərazisində, Şəmkir çayının kənarında tikdirdiyi restoranın sökülməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyəti və Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin rəhbərliyi tərəfindən Gədəbəy Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmənin 02.03.2015-ci il tarixdə qəbul etdiyi qərarda göstərilir ki, restoran sökülməlidir. Bu qərarla razılaşmayan O.Əliyev Gədəbəy Rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Rüstəmov, İ.Mehdiyev, R.Muradov) 07.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyev Oktay İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməyib. O.Əliyev bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.09.2015-ci il tarixdə çıxardığı qərarda O.Əliyevin şikayəti yenə də təmin edilməmiş və qeyri-qanunin tikdirdiyi restoranın sökülməsi haqqında Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarı qüvvədə saxlanılmışdır.

Maraqlıdır ki, hər iki məhkəmə instansiyasında O.Əliyevin iddiası təmin edilməyib və restoranın sökülməsi qərara alınıb. Amma restoran hələ də nəinki sökülməyib, hətta ətrafında və Şəmkir çayının kənarında divarları daşlardan, üstü isə taxtalardan “besetka” lar tikilib. Bundan əlavə, həmin yerə istirahətə gələnlərin gecələməsi üçün otel də tikməyə hazırlaşır. Elə N.Məmmədovun 28 il yaşadığı evini sökdürmək istəyi də, həmin otelin yolunu asnlaşdırmaq üçündür.

***

Bizimlə söhbətində şikayətçi Niyazi Məmmədov onu da qeyd etdi ki, evinin yanında vaxtılə balıq vətəgəsi olub. İndi həmin yeri də O.Əliyev qeyri-qanuni olaraq zəbt edib və həmin yerdə otel tikmək niyyətindədir. «…Həmin otelə isə qısa yolu təmin etmək üçün O.Əliyev mənim evimi sökdürmək istəyir. Ona görə də O.Əliyev mənim 28 il yaşadığım В«kupçalıВ» evimi əlimdən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Dövlət Reyestr Xidmətindən mənzil sahibi kimi çıxarışım olsa da, Gədəbəy Rayon Məhkəməsi 20.09.2022-ci il tarixdə hakim Marif Kazımovun sədrliyi ilə keçirilən iclasda 28 il yaşadığım mənzilin boşaldılması üçün çox gülməli bir qərar çıxarılıb… Bütün hüquqi sənədlər əlimdə ola-ola Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov qanunsuzluq və özbaşınalıq edərək, şəxsi mənafeyini təmin etmək müqabilində mənim əleyhimə qərar çıxarıb. Bu qərarla mən 28 il yaşadığım evi tərk etməliyəm. Yaşadığım evə isə 04 sentyabr 2001-ci il tarixdə Dövlət Reyestr Xidmətindən qeydiyyat vəsiqəsi (В«kupçaВ») verilib. Bütün bu sənədlər də hakim M.Kazımova təqdim edilib. Maraqlı bilirsinizmi nədir? Məhkəmədə iddiaçı Oktay Əliyev tez-tez hakimin üstünə qışqıraraq belə deyirdi: ”İşi nə uzadırsan? Tez ol, qərar qəbul elə, mən tələsirəm, işim-gücüm var”. Bu məhkəməyə və qanunlara hörmətsizlik deyilsə, bəs nədir? Hakimin isə O.Əliyevin bu tələbləri qarşısında müticəsinə durması onu göstərirdi ki, o, iddiaçı qarşısında gözü kölgəlidir. Mənə başqa adamlar vasitəsilə çatıb ki, hakim M.Kazımov bu işi həll etmək üçün qanunsuz yola gedib və… ona görə də O.Əliyevin qarşısında qul kimi dayanır. Bununla da O.Əliyevin qarşısında qul kimi dayanan hakim Marif Kazımov yox, Azərbaycanın qanunları olur. Çünki hamımızın bildiyi kimi, məhkəmədə qərarlar hakimlərin adından yox, Azərbaycan dövlətinin adından çıxarılır. Görün maddi maraq Marif Kazımova nə qədər güc gəlib ki, Azərbaycan dövlətinin adına zərbə vurmağı bir yana, evin boşaldılması haqqında qərarda mənim evim olan, yaşadığım Əlinağılar kəndi yox, Plan kəndi göstərilib. Bu həm gülməli, həm də ağlamalıdır. Məhkəmə icraçıları 22 aprel 2022-ci ildə mənim evimə gələndə mat qaldılar və məlum oldu ki, qərar Plan kəndindəki hansısa yarımçıq tikili üçün verilib. Mənim evim isə Əlinağılar kəndində 28 il yaşadığım hazır evdir. Qərarın ünvanının səhv olduğunu görən icraçılar, tez hakim Marif Kazımovun yanına qaçıblar. M.Kazımov da aprelin 25-də, tam qanunsuz olaraq, aprelin 20-sində qəbul etdiyi əvvəlki qərarı dəyişdi. Bu dəfə isə ünvan Qala kəndi göstərilmişdi. Yenə də hədəf mənim evimdir, amma ünvan başqa kənddir… Axı bu boyda savadsızlıq olmaz. Deməli, hakim işin predmetindən tam xəbərsizdir. Bu isə, Azərbaycan qanunlarını ayaqlar altına atıb tapdalamaq deməkdir. Məhkəmə bir gündə çıxardığı qərarı bir neçə gündən sonra dəyişdirə bilməz. Dünyanın heç yerində belə biabırçıığa rast gəlmək mümkün deyil. Yəqin ki, ədliyyə naziri və Məhkəmə Hüqüq Şurasının sədri cənab Fikrət Məmmədov Azərbaycan qanunlarını tapdayaraq, gözdən salan hakim Marif Kazımov haqqında çox ciddi tədbirlər görəcək…».

Şikayətçi Niyazi Məmmədov bizimlə söhbətində bir çox sənədlər göstərdi. Onların içərisində N.Məmmədovun Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general -polkovnik cənab Əli Nağıyevə və surəti “Təzadlar” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsi diqqətimi çəkdi. N.Məmmədov ərizəsində böyük bir haqsızlıqla üz-üzə qaldığını yazır. «…Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz əməllərinin nəticəsi olaraq 28 il yaşadığım “kupça”lı evimdən çıxarılma təhlükəsi var…» və s.

Şikayətçi sonda yazır: В«Hörmətli Əli müəllim. Sizdən xahiş edirəm: Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilikdə nəzərdə tutulmuş hüqüqlarımın pozulması hallarının bərpa edilməsi, növbəti məhkəmə çəkişmələrində ədalətin pozulmasının qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumlarına, eləcə də saxtakarlıqda əli olan məhkəmə hakimləri ilə yanaşı Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş saxta sənədlərə görə onların cəzalandırılmasını təmin edəsiniz! 28 ildir xüsusi mülkiyyətdə olan və 2001-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində qeydə alınaraq, qeydiyyat vəsiqəsi verilmiş, binalardan biri 106.2 kv.m sahəsi olan və digər sənədlər üzrə 95,09 kv.metr sahəsi olan, hal-hazırda isə yerində 213 kv.metr sahəsi olan, tam təmirli yeganə yaşayış evinin əlimizdən zorla alınmasının qarşısını almağınızı və pozulmuş hüquqlarımızın bərpa olunmasında bizlərə kömək etməyinizi bir daha Sizdən xahiş edirəm!”

Göründüyü kimi, Gədəbəy sakini Niyazi Məmmədov, necə deyərlər, durduğu yerdə işə düşüb. Daha doğrusu, Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov onu işə salıb. Axı necə ola bilər ki, hakim Azərbaycan dövlətinin adından qərar çıxararkən məsuliyyət hiss etmir, inanılmaz qanunsuzluğa yol verir???

İnanmaq istərdik ki Məhkəmə Hüquq Şurasında hakim Marif Kazımovun barəsində ciddi tədbir görüləcək. Hansısa pulun və tamahın gücünə vətəndaşı dövlətdən belə narazı salmaq olmaz. Prezident cənab İlham Əliyev dəfələrlə bildirib ki, ”…Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”.

Görəsən, Prezidentin bu tövsiyyəsinə əməl etməməkdə hakim Marif Kazımovun məramı və məqsədi nədir? O, vətəndaşı dövlətdən və qanunlardan niyə narazı salır?

Araşdırmamız davam edir… İnanırıq ki, bu və ya digər suallara tezliklə Ədliyyə Nazirliyindən, eləcə də İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindəki özbaşınalıqlarla əlaqədar cavab gələcək, günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar...
//tezadlar.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru