Qarageni də Qalstanyanın aqibəti gözləyir: .....                     Bakı metrosunda HƏYƏCANLI ANLAR: .....                     Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Sahibini gözləyən kreslolar .....                     Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi .....                     “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” .....                     Cavanşir Feyziyev əhalini belə soyur .....                     Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar .....                     “İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” .....                     TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat .....                     Pezeşkianın Xankəndi səfərini qısqananlara... .....                     Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir .....                     Arzu LAĞA QOYDU: .....                     Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir .....                     "Ermənistan dövlətini uçuruma aparırlar" .....                     Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı .....                     Natiq Cəfərlinin atası dünyasını dəyişib .....                     “İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” .....                     Son dövrlərdə körpələrə qoyulan qəribə adlar .....                     İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR .....                     Kremlin İrəvanla bağlı “B” planı: .....                     Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış .....                     Paytaxt Xankəndiyə köçürülə bilər .....                     Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? .....                     “Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” .....                     Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... .....                     Vladimir Solovyovun “psixoloji travması”: .....                     İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab .....                     Rusiya ilə gərginlik belə bitəcək .....                     ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur .....                     Təbii problem: Süni məsuliyyətsizlik .....                     Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb .....                     Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə .....                     Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı .....                     SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı .....                     Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? .....                     “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək .....                     Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına .....                     İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi .....                 

MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?
Tarix: 21-04-2021, 09:39 | Çap et
MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"...
Azərbaycanın pensiya qanunvericiliyi ona edilən dəyişikliklərin, xüsusilə də mürəkkəb və anlaşılmaz dəyişikliklərin sayına görə Ginnesin rekordlar kitabına düşəcək qədər zəngindir. Ancaq nə yazıq ki, bu dəyişikliklər nəticə etibarilə rahat, əhali üçün əlçatan, anlaşılan, yaşlı, əlil, imkansız insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sistemin formalaşması ilə nəticələnməyib, əksinə, əhalinin ən çox şikayətçi olduğu bir sitemə çevrilib.

Bunu isbat etmək üçün uzağa getmədən, sadəcə küçəyə çıxıb 10-15 pensiyaçı arasında sorğu aparmaq kifayətdir.

Eynilə də əlillik dərəcəsinin təyinatı, əlillik müavinətlərinin, həmçinin ünvanlı sosial yardımların verilməsi, bölüşdürülməsi qaydaları və onların məbləği barədə də sorğu aparsanız eyni mənzərə ilə rastlaşarsınız- narazılıq, şikayət, etiraz.

Səlim Müslümovun dövründə, şəxsən özünün iştirakı ilə hazırlanan və keçilməz labirinti xatırladan pensiya qanununun o qədər əyər-əskiyi var ki, sadalamaqla bitməz.

Onun tətbiqi isə misal üçün şərəfli peşə sahibi adlandırdığımız müəllimi, eynilə də dövlət müəssisələrində işləmiş, aşağı əməkhaqqı almış həkimdən tutmuş fəhləyə qədər hamını “pensiya yaşına çatmış dilənçi” kökünə salıb. Çünki bu adamların aldıqları 200 manat civarındakı pensiya onların ayın bu başından o başına normal qidalanıb sağ-salamat çıxmasına imkan vermir, hələ bunun par-paltarı, dava-dərmanı, kommunal xərclərini və s. demirik.

Ancaq əvəzində polis, prokurorluq, vergi işçiləri, hakimlər, icra orqanlarında yüksək vəzifə tutmuş şəxslər, deputatlar və digər bu qəbildən olan şəxslər həddən artıq yüksək pensiya alırlar. Soruşan lazımdır ki, niyə, hansı xidmətlərinə görə?

Təbii ki, texniki baxımdan pensiya məbləğləri arasındakı fərq belə izah oluna bilər ki, sadaladığımız şəxslər əmək haqları yüksək olduğu üçün daha böyük pensiya kapitalı toplayıblar və buna görə də daha yüksək pensiya alırlar. Bəs o zaman hanı sosial ədalət prinsipi?

Məgər müəllimin, yaxud həkimin zəhməti, xalq qarşısındakı xidməti yuxarıda sadaladığımız peşə sahiblərindən azmı olub? Onların günahıdırmı ki, uzun illər boyu dövlətin onlara verdiyi rəsmi əmək haqqı qəpik-quruş olduğu üçün hesablarına yığılan pensiya kapitalı azdır?

Yaxud təkcə hansısa sahibkarın yanında çalışan və hər an işini itirmək qorxusundan aldığı əmək haqqının rəsmiləşdirilməsini tələb edə bilməyən, bununla da pensiya kapitalı yığılmayan vətəndaşmı günahkardır ki, ölkədə hələ də əmək qanunvericiliyi tam gücü ilə işləmir?

Ümumiyyətlə, əvvəlcə sərvətlərin ədalətli bölgüsü aparılmadan, insanlara normal iş, rəqabət mühiti, qazanc əldə etmək imkanları, eləcə də özəl sektora effektiv nəzarət-uçot sistemi yaradılmadan belə bir pensiya qanununun hazırlanması və tətbiqi müsbət nəticə verə bilməzdi və vermir də.

Söhbət pensiya kapitalından düşmüşkən, bir statistikaya xüsusi diqqət yetirməkdə fayda var. Azərbaycanda bütün ölümlərin 41 faizi 65 yaşa qədər insanların payına düşür. Həmçinin, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Bu, ölkəmizdə erkən ölümün yüksək, hətta kritik həddə olmasıyla yanaşı, həmin şəxslərin illər boyu topladığı pensiya kapitalının sonrakı taleyi barədə də düşünməyə əsas verir.

Faktiki olaraq, insan pensiya yaşına çatmamış vəfat edibsə, onun yığdığı pensiya kapitalının yalnız yığım hissəsi varislərinə ödənilir, sığorta hissəsi isə verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalır. Deməli, sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulu tam qaytarılmır. Bunu ədalətli saymaq olarmı?

Mövcud sistemin naqisliyi özünü həm də onda göstərir ki, işsizlər, iş axtara-axtara qocalanlar, günəmuzd işləyənlər, rəsmi maaşı, əmək müqaviləsiz olmayanlarla yanaşı işləyənlərin də əhəmiyyətli hissəsi 65 yaşına çatsa da belə pensiya deyil, 130 manat qocalıq müavinəti almalı olacaq.

Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Yəni, bir şəxs uzun müddət işləyib hazırda tələb olunan 28800 manat minimum pensiya kapitalını yığsa da, sabah (məsələn, təqaüdə çıxmasına bir-iki il qalmış) minimum pensiya məbləği 50 manat artılarsa, dərhal pensiyaya almaq hüququndan məhrum olur. Belə pensiya sistemi anti-milli deyil, nədir?

Yaxud, olsun əlillik dərəcəsinin təyinatı və əlilliyə görə müavinətlərin məbləği. Müavinət məbləğlərinin çox aşağı olması və əlillərin normal yaşayışını təmin etməməsi birmənalıdır. Ancaq bəla bununla bitmir.

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib və nəticədə büdcənin on milyonlarla manat vəsaitinə qənaət edilib. Bu, çox yaxşı və təqdirəlayiq haldır. Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır və saxtakarlıqla mübarizənin effektivliyini göstərir.

Lakin bu xeyirxah işi görənlər əlilliyə görə müavinətləri dayandırılan və bu səbəbdən Travmatologiya və Ortopediya İnstitutundan tutmuş Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qədər bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumuna da diqqət yetirsələr pis olmaz. Bu adamlardan müavinətlərinin bərpası üçün yenidən komissiyadan keçmələri tələb olunur. Olsun. Lakin eyni zamanda da onlara bildirilir ki, növbə böyük olduğundan komissiyanın qəbuluna ən yaxşı halda 4-5, pis halda 8-9 aya düşə biləcəksiniz. Nəticədə çoxları özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum edilirlər. Bu adamların həmin müddətdə nəylə dolanacağı, dava-dərman alacağı və s. isə görünür, heç kimi maraqlandırmır.

Olmazmı ki, müavinətlər yalnız müvafiq komissiyaların vətəndaşın özünün iştirakı ilə yoxlama keçirməsindən və əlilliyin saxta olduğu təsdiqlənəndən sonra dayandırılsın? Necə deyərlər, “qulağı kəsib saymaqdansa, sayıb sonra kəsmək” doğru olmazdımı?

Axı, hazırda ortada gerçəkdən əlil olduqları halda, aylarla növbə gözləməli olan və müavinətdən məhrum edilən minlərlə vətəndaşımız var. Bu, o deməkdir ki, qurunun oduna yaş da yanır. Deməli, belə çıxır ki, əlilliyə görə verilən müavinəti bir andaca ləğv etmək olar. Onun bərpası isə nəinki bir anda, bir gündə, heç bir ayda da yox, bir neçə ayda və bu templərlə bəlkə də bir il ərzində mümkün olacaq.

Ümumiyyətlə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətlərini ucdantutma “baltalamaq” nə dərəcədə düzgün addımdır? Belə təəssürat yaranır ki, əsas məqsəd dövlətin sosial xərclərini ədalətli bölüşdürməkdən daha çox həmin vəsaitlərə mümkün qədər qənaət etmək, verilənləri də geri qaytarmaqdır.

Axı, Müslümovun, Ələkbərovun, yaxud Nağıyevin vaxtında kimlərəsə saxta əlillik dərəcəsi verilməsinin, müvafiq nəzarət qurumlarınınsa səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından buna göz yumulmasının cəzasını sıravi əlil vətəndaş niyə çəkməlidir?

Nədənsə, Əli Nağıyevdən tutmuş üzü bu tərəfə əhalidə əmək nazirlərinə qarşı heç vaxt simpatiya olmayıb. Yəqin ki, bunu həmin nazirlərin şəxsi keyfiyyətlərindən daha çox ümumilikdə sosial siyasət, pensiya, müavinət, sosial yardım sistemi şərtləndirir. Vəziyyəti müəyyən dərəcədə düzəltməli olan və ilk olaraq, müəyyən ümidlər doğuran elektron müraciət sistemi isə mükəmməllikdən xeyli uzaq olduğunu göstərdi...

Bəli, təəssüf ki, hazırda Səlim Müslümovdan qalma, şəxsən onun iştirakı və təşəbbüsü ilə hazırlanan pensiya qanunu qüvvədədir və işləyir. Görünən də odur ki, bundan imtina etmək fikirləri yoxdur.

Eynilə də əlilliyin, sosial müavinətlərin təyinatı qaydaları və məbləğlərində prinsip etibarilə ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki qədər olmasa da, bir çox hallarda süründürməçilik, haqsızlıq, biganəliklə qarşılaşmalı oluruq. Deməli, Səlim Müslümov getsə, hətta həbs olunsa da belə, onun ədalətsiz və müəyyən mənada anti-milli “irsi” qalır və yaşayır...
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37
Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32
“İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29
TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27
Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22
Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir - NAZİRİN NƏZƏRİNƏ
Bu gün, 12:19
Arzu LAĞA QOYDU: - “Haradan oldun, dünya şöhrətli aktrisa?!”
Bu gün, 12:09
Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir
Bu gün, 12:04
"Ermənistan dövlətini uçuruma aparırlar" - partiya sədri
Bu gün, 12:00
Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - TƏFƏRRÜAT
Bu gün, 11:57
Natiq Cəfərlinin atası dünyasını dəyişib
Bu gün, 11:52
“İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” - Əfşar Süleymani
Bu gün, 11:49
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Bu gün, 11:47
İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:45
Kremlin İrəvanla bağlı “B” planı: -300 min erməni niyə göndərilir?
Bu gün, 11:37
Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Paytaxt Xankəndiyə köçürülə bilər - AÇIQLAMA
Bu gün, 11:30
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:12
“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59
Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54
Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51
ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48
Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46
Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Bu gün, 10:42
Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə - TƏFƏRRÜAT
Bu gün, 10:38
Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35
SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:34
Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? - SƏBƏB
Bu gün, 10:31
“Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
Bu gün, 10:28
Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına 270 min xərcləyəcək
Bu gün, 10:24
İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
Bu gün, 10:14
Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: - Sergey Markovdan sərt təhlil
Bu gün, 10:02
Bakı Limanına yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:00
Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... - ÇÜNKİ...
Bu gün, 09:48
“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Bu gün, 09:40
Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ - DETALLAR
Bu gün, 09:38
Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14
Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06
Rusiya qalib olsa, trilyonlar xərclənəcək! - "Forbes"
Bu gün, 09:02
Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru