7NEWS.az xəbər verir ki, Şəkidə maraqlı, eyni zamanda, mütəşəkkil maliyyə cinayətləri geniş vüsət alıb. Bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat verib.
Məlumatda deyilir: "Şəki şəhər İcra Hakimiyyətindən yarım milyonluq tender "udan" şəhər bələdiyyəsinin üzvü Hafiz Əfəndizadə pis başlamayıb. Bir il ərzində 566 min manatlıq tender "cekpot"u, bələdiyyə mandatı, üstəlik şəhərin Zərifə Əliyeva küçəsində ikimərtəbəli ticarət binası. Bundan əvvəl bələdiyyədə baş torpaq mütəxəssisi kimi "parlaq təcrübəsi" olub."
Sənəddən də aydın olur ki, bütün maxinasiyalar pandemiya və müharibə dönəmində olub. Görünən odur ki, bu insanlar ölkədə gedən proseslərdən öz şəxsi maraqlarında istifadə ediblər.