Prezidentdən alman jurnalistə TARİX DƏRSİ - "Tarixçilər, hansı tarixçilər?"
Tarix: 31-10-2020, 12:35 | Çap et
 DİA.AZ olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsinin bir maraqlı məqamınl diqqətinizə təqdim edirik. Prezidentimiz onun qarşısına hazırlıqsız çıxan, alaçiy tarixi bilgilərə malik olduğu və aşkar şəkildə ermənilərin tərəfini tutan alman jurnalistə rəsmən TARİX DƏRSİ KEÇİR:
Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?
Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Sual: Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?
Cavab: Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib.
Sual: Onlar orada əsrlərboyu yaşamırlar?
Cavab: Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.
Sual: Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?
Cavab: Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.
Sual: Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?
Cavab: Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22 |
|
|
|
|