Sumqayıtda "Xan taksi" xanədanlığı... - İnhisarçılıq ittihamı...
Tarix: 4-11-2019, 08:54 |
Çap et
DİA.AZ: - "Sumqayıt şəhərində taksilərin meydan suladığı bir vaxtda "Sumqayıt Nəqliyyat" MMC-in direktoru Xannı Rüstəmov mövcud vəziyyəti başqa cür düzəldə bilməyəcəyini yəni qanunsuz taksi fəaliyyəti göstərən şirkətlərlə bacarmayacağını görərək vəziyyəti öz xeyrinə dəyişməyi bacardı". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.
Xəbərdə həmçinin bildirilir: "Fərqlənmə nişanı almadan fəaliyyət göstərdiyi üçün digər taksiləri qiymət baxımdan kölgədə qoyan 20 qəpikdən gediş haqqı təklif edən "Xan taksi" şirkətini yaratdı və tabeliyindəki ictimai nəqliyyatdakı reklam monitorlarında bütün digər taksilərin efirdən çıxardılaraq yalnız "Xan taksi" nin reklamının yayımlanması tapşırığını verdi.
Göründüyü kimi, 20 qəpikdən gediş təklif edən və avtobuslardakı reklam monitorlarından bütün digər taksi reklamlarını sıxışdırıb çıxardan "Xan taksi" hal-hazırda Sumqayıt şəhərində məmur çətiri altında rahat yerdədir. Çox qəribədir ki, "Xan taksi" nin *8777 nömrəli çağrı mərkəzinin nömrə perifeksi də Sumqayıt Nəqliyyat şefi Xannı Rüstəmovun mobil telefon nömrəsi ilə eynilik təşkil edir".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...