Ramiz Yediyarovun ifadəsi alındı - RÜŞVƏTƏ GÖRƏ
Tarix: 1-09-2018, 12:36 |
Çap et
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov hüquq-mühafizə orqanında ifadə verib.
dia-az.life unikal.org-a istinadən xəbər verir ki, "çirkli pulların yuyulmasında, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsində ittiham edilərək həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun cinayət işi ilə bağlı Ramiz Yediyarovun ifadəsi alınıb. İstintaqa ifadə verən Saleh Rüstəmov Gədəbəy rayonunda geniş ərazilərdə tikdirdiyi "Park" marketə, onun ikinci mərtəbəsində yerləşən - sahib olduğu şadlıq evinə və digər obyektlərinə görə Ramiz Yediyarova külli-miqdarda rüşvət verdiyini qeyd edib. AXCP fəalının bu ifadəsindən sonra Gədəbəy Rayonunun keçmiş icra başçısı Ramiz Yediyarov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılaraq, onun ifadəsi alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin olunan İbrahim Mustafayevi kollektivə təqdim edərkən bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.