Daha çox narazılıq ondan idi... - İndi də yeni siyasət onun gedişini labüd edir
Tarix: 1-06-2018, 10:08 |
Çap et
DİA.AZ: - Barəsində ən çox şikayətlər olunan daha bir icra başçısı yola salınır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.
Qaynağın iddialarına görə, yaxınlarda Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən alınacaq.
Mənbə dia-az.life-a bildirir: "Asif Ağayev bu vaxta qədər "oliqarxların dostu, kəndlinin qənimi" kimi tanınıb. İndi isə vəziyyət kifayət qədər dəyişib. Onun kəndlilərdən zorla, min-bir fırıldaqla aldığı torpaqların geriyə - kəndlilərə qaytarılmasının vaxtı çatıb.
Elə yeni kənd təsərrüfatı naziri İnam Kərimovun da Asif Ağayev kimi bir kadrla işləməsi kifayət qədər çətin görünür. Yəni bu o deməkdir ki, Asif Ağayev təkcə barəsində ən çox şikayət olunan icra başçısı kimi yox, həm də yeni siyasətlə ayaqlaşa bilməyən bir məmur kimi komandadan çıxdaş olunacaq".
dia-az.life xatırladır ki, yeni KTN şefi bu günlərdə oliqarxların əlində olan torpaq sahələri ilə bağlı məsələyə toxunmuşdu. Şamaxıda isə böyük ərazilər ayrı-ayrı məmurların hasarlanmış bölgələrinə qatılıb ki, bu işdə də Asif Ağayevin "böyük zəhməti" var.
Qarşı tərəfi də dinləməyə hazırıq..