“Akkord”un Bakıxanov qəsəbəsində olan “Uğur-2” yaşayış kompleksinin həyəti maşın bazarına çevrilib. AzEuroNews.com xəbər verir ki, buna səbəb qarajların satışa çıxarılmasıdır.
Kompleks sakinlərinə qarajlar aylıq 40 manatdan verilir. Üç qarajdan ibarət 8 binanın altında azı 270 avtomobil üçün yer var. Amma barmaqla sayılacaq qədər maşın qaraja daxil olur.
Çünki sakinlərin aylıq 40 manat qaraj pulu vermək imkanı yoxdur. Nəticədə hər gün kompleksin həyətində maşınlar bir-birinin az qala üstünə çıxsınlar. Qarajlar isə bomboşdur.
Axşam 7-dən sonra həyətdə maşın saxlamağa yer tapmaq olmur. Əksər maşınlar küçədə saxlamağa məcbur qalırlar.
Sakinlərin sözlərinə görə, qarajlar pulsuz olmalıdır, ən azı aylıq 10 manatdan verilə bilər. Nəticədə kompleksin həyətində 500-dən çox maşının yarısı qarajlara daxil olar və həyət boşalar.
Amma şirkət rəhbərliyi heç bir tədbir görmür. Günbəgün çoxalan maşınların sayı həyətdə bir xaos yaradıb. Uzun sözün kəsəsi, fotolara diqqət edək: