Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Bu bank çoxdan bağlanmalı idi... - FAKTLAR
Tarix: 23-02-2018, 10:02 | Çap et
Bu bank çoxdan bağlanmalı idi...
Mərkəzi Bankın kommersiya banklarına qarşı tələbləri sərtləşdirməsi "Sovetski” adlanan küçənin sökülməsindən sonra gündəmin ikinci mövzusu olaraq qalır. Əslində bu qərar nə dərəcədə vətəndaşların kreditlərə çıxışını çətinləşdiribsə, bir o qədər də bankların qazanclarını azaldıb. İllərdir,sektorda inhisarçı mövqedə olan bankların gəlirləri demək olar ki, yarıbayarıya düşüb. Bununla belə, kredit ayırmaq üçün müxtəlif kampaniyalarla müştəri cəlb etməkdədirlər. Onların borcalanlara münasibətdə ədalətli olduğunu söyləmək isə çətindir.

Hazırda iki bank – "Unibank” və "Bank of Baku” arasında bu istiqamətdə gərgin rəqabət gedir. Hansının qalib çıxacağını söyləyə bilmərik, sadəcə, o bəllidir ki, soyulan əhalinin cibidir.

DİA.AZ Publika.Az-a istinadən istehlak kreditlərinin həcminə görə ön sırada olan dayanan "Unibank”la bağlı araşdırmanı təqdim edir.

"Unibank” rəqəmlərdə

Məlumat üçün qeyd edək ki, "Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub.

Ötən müddətdə bankın maliyyə göstəriciləri durmadan artıb. 2013-cü ildə nizamnamə kapitalı 70 565 232 manat təşkil edib. Malik olduğu aktivlər noyabr ayının əvvəlinə 700 mln. AZN-ni keçib. "Unibank” 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərib. Əmanətlərinin həcmi də az olmayıb.

Fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək həddə - 300 mln. manata çatıb. Ümumilikdə isə son 1 il ərzində (2013-cü il) "Unibank”a fiziki şəxslər tərəfindən qoyulan əmanətlər 54% artıb. Bankın verdiyi kreditlərə gəldikdə, konkret 2012-ci ilə dair hesabat mövcuddur. Orada da verilən istehlak kreditlərinin sayının 25 mini keçdiyi göstərilir. Borcalanların sayı 24 min nəfər təşkil edib. Bank tərəfindən hər gün istehlak krediti şəklində fiziki şəxslərə $1 milyona yaxın vəsait ayrılıb.

"Albalı” çox-çox "sərfəli” kart

Rəqəmlərdən göründüyü kimi, son 2 ildə "Unibank” qaz vurub qazan doldurub. Bu da yüksək faizlə ayrılan nağd və istehlak kreditlərinin hesabına baş verib. Qısası, "Unibank” likvidliyini kreditlərin sayəsində artırıb.
Başlayaq, reklam bukletlərindən.

Çox-çox sərfəli kart olduğu qeyd edilən, hər 4 nəfərdən birinin cibində olan "Albalı” kartlarının bizə bəxş etdiyi "fürsətlərdən”. Əvvəla, kart illik 0 faizlə verilir, alınması zamanı xərc çəkilmir. Müddəti 26 ay, kredit xəttinin müddəti isə 36 ay təşkil edən "Albalı”ya zamin də tələb olunmur.

Lakin ilin əvvəlində Mərkəzi Bankın şərtləri ağırlaşdırması kartın verilmə proseduruna təsir edib. Belə ki, hazırda "Albalı” almaq istəyən hər hansı vətəndaş "Unibank”a şəxsiyyət vəsiqəsi ilə bərabər iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməlidir.

Bəs, fırıldaq nədədir? Bildiyimiz kimi, "Albalı”kart bankın partnyor olduğu mağazalardan alış-veriş üçün nəzərdə tutulub. Alınan malların pulu tərəflər arasındakı razılaşmadan asılı olaraq 1,3,6,9 və ya 12 bərabər hissələrə bölünür. Kartın özü illik faizsiz olsa da, partnyorların faizləri adı altında bankın siyasəti nitqləri qurudur.
Ən yüksək faizlər isə mobil telefon dillerlərindədir. Telefonların 6 aylıq taksitlə satışı üzrə faizlər 10-12 aylıq taksitlə satışı 18 faizə qədərdir. Regionlardakı telekom dükanlarının faizləri isə 20-yə yüksəlir. Mebelin, istənilən texnikanın, məişət əşyasının alınması üzrə faizlər nağd kredit faizləri ilə ayaqlaşır.

Bankın, yoxsa partnyorların faizləri?

Məsələnin ciddi tərəfi mağazaların alış-veriş zamanı kartdan pulu nağd çıxarılmasıdır. Belə çıxır ki, faizlər təkcə partnyor dükanların deyil, eyni zamanda bankındır. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Yəni alış-veriş zamanı aldığınız hər bir paltara, əşyaya görə həm partnyora, həm də gizli şəkildə banka faiz ödəyirsiniz.
"Albalı”nın çox-çox "sərfəli” kart olduğunu göstərən başqa bir məqam. Praktikada taksit kartları nağd pul çıxarılışı üçün nəzərdə tutulmasa da, "Unibank” hərdən səxavətə gəldiyini nümayiş etdirib, yüngül şərtlərlə, kartdakı limitlə müqayisədə məhdud həcmdə (100-150 AZN arasında dəyişir) nağd pul çıxarışına icazə verir.

Bütün "Albalı” kart sahibləri bu zaman cəlb etdikləri vəsaitləri sonrakı 3 ay ərzində bərabər hissələrlə ödəyirlər. Nağdlaşdırma əməliyyatında tətbiq olunan bankın vahid komissiyası 5 faizdir. Əvvəla, müqayisə üçün bildirək ki, digər bankların taksit kartlarında komissiya faizləri aşağıdır. Beləliklə, "Unibank” bayramlarda, əlamətdar günlərdə sizi deyil, öz qazancını düşünərək nağdlaşdırmaya gedir. Bu zaman komissiya faizləri ilə barəbər gecikmədən də faiz tutur.

Gizli iqtisadiyyatın qarşısının alınmasına mane olur

Əslində "Unibank” bütün bunlarla təkcə müştərilərin cibinə girmir, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, gizli iqtisadiyyatın (alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir) qarşısının alınmasına mane olur. Belə ki, kartla ödəmənin "zəncirləmə” üstünlükləri var. Plastik kartdan istifadə - nağdsız ödənişlərin artması dövlətin pul çapına xərcini azaltmasına səbəb olur. Həmçinin inflyasiyanın qarşısını alır, eləcə də ticarəti canlandırır.Xüsusilə, faiz olmadıqda qərarsız müştərilərin alış-veriş qərarını tezləşdirir. Kredit kartları ilə bonus, kredit və digər kampaniyaların tətbiqi satışların artmasına gətirib çıxarır. ”Albalı”da nə aşağı faiz, nə də bonus var.

Kredit faizləri

MB-nın tələbləri sərtləşdirməsindən sonra kredit faizlərində endirim etdiyini aləmə car çəkən banklardan biri də "Unibank”dır. Bunun nə dərəcədə real olmasına diqqət edək.Bank hazırda maksimal 7500 manat (9600 dollar), minimal 300 manat məbləğində, 12 aydan 48 aya qədər nağd kredit təklif edir. Kredit üzrə komissiya 12 ayadək olan kreditlər üzrə kredit məbləğinin - 4% həcmində, 12 aydan yuxarı olan kreditlər üzrə kredit məbləğinin - 6% həcmində, vəsaitin nağd çıxarılmasına - köçürülməsinə görə komissiya 1% həcmindədir.

Faiz dərəcəsi 26-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 22, 56, maksimum 43,36 faizdir.
"Unibank”ın mikro-kreditləri üzrə də faizlər aşağı deyil. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə ayrılır. Kreditin minimal məbləği 200 (USD və EUR ekvivalentində də verilir), maksimal məbləği 30000 AZN-dir (USD və EUR ekvivalentində də verilir). Müddəti 12-36 aydır. Kredit prosedurlarına görə, komissiya haqqı kredit məbləğinin 1% həcmində və 1% nəğd pulun kassadan çıxarılması üçündür. Kreditin təminatı kimi daşınmaz əmlak, nəqliyyat vasitəsi, qızıl-zinət əşyaları, ev əşyaları, mal qalığı, avadanlıqlar, iri və xırda buynuzlu heyvanlar və ya kombinasiyası ola bilər. Kredit faizi 24-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 32,38 faiz, maksimum 66,04 faizdir. Arayış üçün bildirək ki, faktiki illik faiz dərəcəsinə komisyon haqqı ilə illik faiz dərəcəsi daxil olur. Eyni zamanda, bankın rəsmi saytında komisyon haqq 4 faiz, qapısında 6-7 faiz təşkil edir. Göründüyü kimi, bank nəinki faizləri endirib, əksinə, yüksək faiz siyasəti yeritməkdədir.

Üzvlük kartı

Daha bir məqam. Bankdan minimum 500 AZN/ 625 USD kredit əldə edən müştərilərə üzvlük kartı rəsmiləşdirilir. "Unibank”dan verilən arayışa görə, "Üzvlük kartı” əldə etməklə müştəri banka üzv olur. Bununla da gələcəkdə müəyyən güzəştlər, banka getmədən kredit əldə etmək imkanı qazanır. İlk baxışdan ürək açan bu vədləri təcrübə ilə müqayisə edək. Məsələn, kartdan 300 manat çıxarış olduqda ələ gələn konkret məbləğ 285 manat təşkil edir. Ən maraqlısı isə ödəniş prosesindədir. Birinci ay 15 manat ödənirsə, ikinci ay borcun 296 manat olduğu bəlli olur. Bundan əlavə, müştəriyə göndərilən xəbərdarlıq mesajında bir rəqəm (15 manat), ödəniş terminalının manitorunda başqa rəqəm (21 manat) göstərilir.

"Unibank”dan şikayətlər

Böyük həcmdə istehlak kreditləri həm də problemli kreditin sayının çoxluğu deməkdir. Hansı ki, belə kreditlərlə bağlı "Unibank”ın fərqli yanaşması var. Məsələn, Gülşən Adıgözəlova adlı bankın keçmiş müştərisinin şikayətinə görə, 2008-ci ildə həyat yoldaşı bankdan kreditlə maşın alıb.

"Mersedes” markalı avtomobilin qiyməti mağazada 35 min manat imiş. Həmin maşın "Unibank”da girov qoyularaq, pulun 25 min manatını bank, 10 min manatını isə nağd şəkildə özləri mağazaya ödəyiblər. Ayda 800 manatdan 3 il müddətində banka anutet ödəmə edib: ” Məsələ burasındadır ki, bu 25 min manatın əvəzinə banka 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı əlimizdən alacaqdılar. Şərt belə qoyulmuşdu”. Sığortadan da şikayət edən vətəndaş bildirir ki, bu şirkətin rəhbərliyinə məxsus olan sığorta şirkəti onlardan1500 manat sığorta üçün pul alıb. Lakin maşınları vurulduğu zaman öhdəlikdən qaçıb. Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: "Bankın işçiləri bizi məhkəməyə verməklə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Nəticədə "Unibank” satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu. Krediti ödəmədiyimiz halda evimizi müsadirə etdilər”.

Bu arada bildirək ki, ödənilməyən kreditə görə, məhkəmə vasitəsiylə müştərinin ipotek edilmiş evinin müsadirə edilməsi bankın təcrübəsində birinci deyil. Mətbuat illərdir "Unibank”ın hüquqi ünvanlarının vaxtilə iş adamlarına məxsus olduğunu yazır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru