Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                 

Yarmarka, yoxsa akademiya? – Bakı Tennis Akademiyasında acı mənzərə
Tarix: 6-02-2018, 10:15 | Çap et
Yarmarka, yoxsa akademiya?
Təməli 10 il əvvəl - 2008-ci ildə qoyulan Bakı Tennis Akademiyası ilk baxışdan ticarət mərkəzini xatırladır. Üç hektara yaxın ərazisi olan akademiyanın 4 070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Amma burada daha çox tennis yox, qeyri-profil üzrə fəaliyyət göstərən obyektlər nəzərə çarpır. Halbuki, akademiya yeni açılanda burada xaricdən dəvət olunmuş məşqçilərin dərs deyəcəyi, gənc tennisçilərin yetişdiriləcəyi deyilirdi.

On il az vaxt deyil… Təəssüf ki, akademiyanın indi hansı təyinat üçün olduğu unudulmaqdadır. Bank, çayxana, fast-food, restoran, geyim dükanı, gül dükanı, kababxana… Görünən bunlardır. Əvvəllər yan-yörədə məşhur tennisçi Mariya Şarapovanın şəkli də var idi. Sonradan o lövhələr də yoxa çıxdı. Hazırda Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsinə baxan hissəsi əsl yarmarkadır.
Buradan obyekt kimi istifadə edənlər deyir ki, 248 saylı məktəblə üz-üzə olduğu üçün buradakı dəftərxana ləvazimatları mağazasının gəliri yüksək olur, yerdə qalanlar o qədər gəlirli obyekt sayılmır. Bir də akademiyanın həyətindəki “Çay bağçası” yayda müştərilərin sevimli məkanına çevrilir.
Sakinlər həm içəridəki, həm də binanın çölündəki çayxananın hər kəsə açıq olduğunu dedilər. Onların sözlərinə görə, havalar istiləşən kimi, Akademiyanın bağçasında yerləşən Çay evinə, soyuq havalarda isə binanın içindəki çayxanaya üz tuturlar. Burada müştərilərə çay dəstgahı ilə yanaşı, sulu qəlyan da təklif olunur.
Ərazidəkilər tennis oynamağa gələnlərin isə daha çox millət vəkilləri, yüksəkvəzifəli şəxslər olduğunu bildirdilər.
İllərəvvəl verilən vədlərin – xariicdən məşqçilər cəlb olunması, gənc tennisçilər yetişdirilməsi məsələlərinin nə yerdə qalması ilə maraqlandıq.
Bakı Tennis Akademiyasının direktor müavini Namiq Camalov hafta.az-a açıqlamasında akademiyanın ərazisi ilə bağlı deyil, yalnız tennislə bağlı mövzular barədə məlumat verə biləcəyini dedi. Onun sözlərinə görə, həftədə 3 dəfə 1 ay boyunca tennislə məşğul olmağın qiyməti 50 manatdır. Asudə vaxtlarında tennis oynamağa gələnlər isə 1 saatına 20 manat ödəyirlər: “Beş-altı yaşdan 13 yaşadək uşaqların öyrədilməsi həftədə 3 dəfə olmaqla bir ayı 50 manatdır. Həvəskarlar üçünsə saat hesabı ilədir. Açıq kortlarda bir saat 10 manat, qapalı yerlərdə isə 20 manatdır, üstəlik trenerə də ödəniş olunmalıdır bu da təxminən 20-30 manat arasındadır”.
Direktor müavini deyir ki, tennisə maraq var, gələnlər arasında sıravi vətəndaşlardan tutmuş, millət vəkillərinə qədər bir çoxlarını görmək olar.

Qeyd edək ki, Tennis Akademiyası və Tennis Federasiyası, əslində, ayrı qurum olsalar da, demək olar ki, qarşılıqlı fəaliyyət göstərirlər. Onlar həm də inzibati binaları ilə qonşudurlar. Federasiyanın 5 tennis kortu və 7 açıq tennis kortu var. Akademiyanın facebook səhifəsində buradakı stadionların da bir saatının 40 manatdan olmaqla icarəyə verildiyi bildirilir.
Maraqlıdır ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən “özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını alıb. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Bəs görəsən, bu cür əldə olunan vəsaitlərdən dövlət büdcəsinə ödənilirmi?
Obyektlərin qeyri-profil üzrə istifadə olunması isə bir ayrı mövzudur. Məsələn, akademiyanın inzibati binasının birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada “Beşiktaş” futbol məktəbi”, “Ev alqı-satqısı”, “Baku Flowers” adlı gül mağazası “Ləziz kafe” fəaliyyət göstərir.
Mağazalardan birinin satıcısı bizimlə söhbətində deyir ki, onsuz da bura boş obyekt idi, münasib qiymətə icarəyə verirdilər gəlib götürdük: “Guya kimdir gəlib burada tennis oynayan? Amma mağaza ilə heç olmasa həm biz xeyir götürürük, həm də camaat nəsə alır”.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, dövlət qurumlarının əsasnaməsində onların balansında olan daşınan və daşınmaz əmlakdan kommersiya məqsədi ilə istifadə nizamnamə ilə tənzimlənir: “Əgər həmin obyektlərdən qeyri-profil üzrə istifadə etməklə icarəyə vermək hüquqları varsa, öz balansında olan əmlakı icarə verməyə ixtiyarı var. Bu o halda qanuni sayılır ki, icarədən gələn vəsait şəffaf şəkildə hesabata alınsın və toplansın. Əgər bu, baş verərsə, büdcədən həmin quruma ayrılan vəsait ya azaldılır, ya da tamamilə kəsilir. Həm dövlət büdcəsindən maliyyələşmək, həm də balansında olan əmlakdan pul qazanmaq hazırda ən problemli məsələlərdən birinə çevrilib. Bir çox qurumlar var ki, balanslarında olan əmlakı icarəyə verməklə pul qazanırlar. Olsun, amma həmin pul şəffaf şəkildə xərclənsə, büdcənin yükü azalar. Dövlət qurumları belə məsələlərdə şəffaf olmalıdır, heabatalarını açıqlamalıdır, amma bununla bağlı hər hansı qurtumun açıqlama verdiyini hələ ki, görməmişik, o cümlədən də Bakı Tennis Akademiyasının...”.

Yarmarka, yoxsa akademiya?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru