Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Azərbaycanlıları saxta sənədlə xaricə göndərənlər kimlərdir? - sensasion iddialar...
Tarix: 10-03-2017, 09:13 | Çap et
Azərbaycanlıları saxta sənədlə xaricə göndərənlər kimlərdir?
Son illərdə Azərbaycandan Avropaya mühacir axını sürətlənib. Xeyli sayda heç bir ictimai-siyasi fəallığı olmayan şəxslər də siyasi mühacir kimi Avropaya sığınıblar. Bu haqda mediada dəfələrlə yazılıb, həmçinin “Yeni Müsavat” qəzetində də azərbaycanlıların kütləvi şəkildə xarici ölkələrə getmək istəməsi, bir çoxunun artıq buna nail olması haqda yazılar dərc edilib.

Maraqlısı odur ki, xaricə getmək istəyənlər çox da çətinlik çəkmirlər. Hansı ki, əslində Azərbaycan vətəndaşlarının sərbəst şəkildə həm viza alması, həm də üz tutduğu ölkədə oturum alması bu qədər sadə bir proses ola bilməz. Amma fakt odur ki, Avropaya qaçan insanlar lazım olan sənədləri müəyyən məbləğ qarşılığında ölkədə asanlıqla əldə edə bilirlər. Bu, ondan xəbər verir ki, Azərbaycanda mühacir biznesi ilə məşğul olan böyük bir şəbəkə var və onlar xaricə getmək istəyənlərə pul qarşılığında “asan xidmət” göstərirlər.

Əslində “Yeni Müsavat” qəzeti hələ 2 il öncə Avropadakı mühacirlərin həyatından reportajlar hazırlayarkən bu şəbəkənin mövcudluğunu üzə çıxarmışdı. Əməkdaşlarımız heyrətamiz faktlar aşkarlamışdı; heç bir ictimai-siyasi fəallığı olmayan, hətta partiya, siyasi blok sözlərinin mənasını bilməyən şəxslər tanınmış müxalifət partiyalarının vəsiqəsi ilə Avropaya gedib orada siyasi oturum alıb, yaşayırlar.

Daha sonra Avropaya saxta sənədlə gedən bir neçə şəxsin orada oturum ala bilməməsi səbəbindən onlara pul qarşılığında saxta arayışlar verən şəxslər və partiyalara qarşı iddialar səsləndirməsi da yaddaşlardan silinməyib.

Bu yaxınlarda isə maraqlı bir hal yaşandı; Müsavat Partiyasının başqanı Arif Hacılı və eks-başqan İsa Qəmbər prokurorluğa izahat verməyə çağırıldılar. Məlum oldu ki, bu nüfuzlu siyasətçiləri mühacirət biznesi ilə bağlı dindiriblər. Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər mediaya açıqlamasında onların da bu iddialar üzrə araşdırmalar aparılıb, saxtakarlıqlar edənlərin üzə çıxarılmasında maraqlı olduqlarını bildirmişdi.

Redaksiyamıza bu məsələlərə dair ilginc məlumatlar daxil olub. Xəbərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarına xeyli sayda mühacir biznesinin qurbanları şikayətlər ediblər. İddiaya görə, onlar bildiriblər ki, müəyyən şəxslər onları xaricə göndərəcəkləri adı ilə 5-10 min dollar civarında pul alıblar, Avropada oturum alacaqlarına söz veriblər. Lakin onların verdikləri sözlər həyata keçməyib. Bu barədə musavat.com-a izahat verən müxalifət partiyalarından birinin funksioneri maraqlı fikir söyləyib.

O deyib ki, son vaxtlar Avropada mühacirlərə dövlət və cəmiyyətin təftişçi mövqeyi yaranıb, üstünlük yalnız savaş gedən ərəb ölkələrindən gələnlərə (İraq, Suriya) verilir. Bu səbəbdən də Azərbaycan və onun kimi ölkələrdən gələn sığınmaçıların vəziyyəti çətinləşib: “Əvvəllər ADP, Müsavat, AXCP-nin arayışı ilə mühacirətə üz tutanların sığınacaq alma ehtimalları 80 faiz idi. İndi bu göstərici 10 faizə düşüb. Azərbaycan hakimiyyəti də bu məsələnin üstünə düşüb və xaricə axını dayandırmaq istəyir. Buna görə də Avropanın müvafiq qurumları ilə Azərbaycan hakimiyyəti arasında anlaşma əldə olunub. Bu anlaşmaya əsasən, son bir ildə Avropaya sığınan qaçqınlara sığınacaq verilməyəcək, onlar qaçqın düşərgələrində saxlanacaq və müəyyən periodlarla Azərbaycana təhvil veriləcək. Azərbaycan hökuməti isə üzərinə götürüb ki, siyasi sığınacaq üçün müraciət edən vətəndaşlarına qarşı heç bir repressiv hərəkət etməyəcək. Bax, prosesin bu nöqtəyə gəlməsi səbəbindən artıq müxalifət partiyalarının arayışları ilə Avropaya üz tutanların siyası sığınacaq almaları çətinləşib, hətta az qala, mümkünsüz olub...”

Belə olan halda, təbii ki, müxalifət funksionerlərinə lazım olan arayışları almaq üçün müəyyən məbləğ ödəmiş vətəndaşlar şikayətlərdə bulunublar. Odur ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparıblar və hazırda fakt üzrə cinayət işi qaldırılıb, ifadələr alınır.

Məlumatlı mənbə iddia edir ki, ilkin olaraq mühacir biznesi ilə əsasən AXCP sədri Əli Kərimlinin şəbəkəsində olan şəxslərin məşğul olduqları üzə çıxıb: “Bu məsələlərlə bağlı İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldılar, amma onlar bu prosesdə günahı ən az olanlar hesab olunur. Düzdür, Müsavat Partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Ancaq onlar çox azdır. Bu prosesdə əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Məsələ belədir; hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə ”dərin dövlət" kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır. Hazırda Almaniyada, Hollandiyada xeyli sayda imkanları yaxşı olan azərbaycanlılar siyasi mühacir statusu ilə yerləşiblər. Onlar siyasi mühacir adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıblar, biznes qurublar və iş görür, pul qazanırlar. Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getməsi mümkün olmayıb, çünki sahibkar kimi yerləşmək üçün tələb olunan 500 min avro-1 milyon dollar civarında yatırımlar edib sahibkar kimi oturum almaq imkanları olmayıb. Onlar əllərində təxminən 100-200 min avro civarında pulları olan adamlardır ki, 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınır və daha sonra orada xırda biznesə başlayırlar".

Mənbə qeyd edir ki, AXCP rəhbərliyinə yaxın olan və gizlində qalan bir neçə şəxs xaricə getmək istəyən adamları adıçəkilən partiya ilə əlaqələndirir, onlardan 3-5 min manat civarında “haqq” alıb saxta partiya vəsiqəsi verirlər: “Daha sonra onlara viza alınmasında da kömək edirlər. Çox maraqlıdır ki, həmin adamlar viza verilməsi üzrə ”qara bazar"la da əlaqəlidirlər. Çox asanlıqla Şərqi Avropa ölkələrinə viza da düzəldə bilirlər. Bəzən isə bu vizaların saxta olması faktı da aşkarlanıb. Almaniyaya göndərilən şəxslərdən biri (onun kimliyi də redaksiyamıza bəllidir, lakin müəyyən səbəblərdən yazmaq doğru olmazdı-red.) Almaniyada saxta viza ilə yaxalanıb. Onu həmin ölkədən dərhal deport ediblər və Azərbaycan hökumətinə sorğu verilib".

Mənbə qeyd edir ki, mühacir biznesi ilə məşğul olan şəbəkə Azərbaycandan Avropaya xeyli illər öncə mühacirət etmiş bir neçə şəxs tərəfindən koordinasiya olunur: “Avropadakı əsas fiqurantlardan biri vaxtilə ”Azadlıq" qəzetində çalışmış şəxsdir. Şəbəkə olduqca mürəkkəb qurulub. Belə ki, saxta vəsiqə üçün pulun sonda hara çatdığını nə pulu verən şəxs bilir, nə də alan ilk adam. Ortada təxminən 6-7 adamın iştirakçılığı var, birincidən sonuncuya kimi iştirakçılar müəyyən məbləğlər üzərindən götürülməklə həmin pulu “əridirlər”. İndi belə bir durum yaranıb; onlarldan şəxsdən Azərbaycanda pul alınıb, yaxud onlar xarici ölkədə yaşayan bir şəxsin hesabına tələb olunan vəsaiti köçürüblər. Lakin onlara saxta vəsiqə verilsə də, viza alınmasında yardım göstərilməyib. Şəxs aldadıldığını bildikdə pulunu geri tələb edib, aşağıdakı ələ keçən adamlar pulu özlərindən sonra verdikləri adamın adını çəkiblər. İz azdırılması üçün pulun birmənalı olaraq Avropadakı şəxsə göndərildiyi qeyd olunur. Avropadakı bəlli adama çıxış əldə edən zərərçəkmişə isə həmin şəxs “get, hara şikayət edirsən elə”, deyə cavab verir. Ortada vasitəçilik edən bir neçə şəxs də mövcuddur ki, ilk əldən pul alıblar, yaxud hesablarına köçürülüb, sonra transfer edilib, onlar indi əldə qalıblar və hərəsindən 30-40 min dollar pul tələbi var".

Qaynaq qeyd edir ki, hökumət bu məsələlərlə bağlı ciddi araşdırmalara başlayıb: “İlkin olaraq bəlli olan odur ki, AXCP funksionerləri ilə yanaşı bir neçə QHT rəhbəri də bu prosesin içərisindədir və saxta vəsiqələrin, arayışlarının əksəri AXCP-yə aiddir. Bir neçə nəfərə isə ”Azadlıq" qəzetinin guya operatoru, ştatdankənar müxbiri olmasına dair arayışlar da verilib, mühacirətə əsas verən sənəd kimi. Güman edilir ki, saxta viza alınmasında bu mühacir biznesi şəbəkəsinin üzvləri ilə xırda məmurlar da əlaqəli olublar. Məsələ ondadır ki, məlum saxtakarlıqlarla bağlı bir neçə Avropa ölkəsinin hüquq-mühafizə orqanları Azərbaycan hökumətinə müraciətlər edərək, bu məsələnin araşdırılmasını istəyiblər. Hələ ötən ilin payızından bu məsələlərin araşdırılmasına başlanılıb və güman ki, proseslərin yekununda biz sensasiyalı həbslərin də şahidi olacağıq. Bir maraqlı fakt da odur ki, bu cinayətkar şəbəkəni ifşa etmiş nüfuzlu bir dövlət adamına qarşı bəzi media orqanlarında hücum xarakterli yazılar dərc olunur. Həmin media orqanları da AXCP-yə yaxın olan şəxslər tərəfindən idarə olunur".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru