Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” .....                     İranı çox çətin keçəcək 4 il gözləyir .....                     “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq .....                     "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." .....                     Köçəryanla bağlı qandonduran fakt: .....                     “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi .....                     "Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" .....                     "Ona dəyən daş mənə dəysin" .....                     Bakıda araqdan zəhərlənən kişi öldü .....                     Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... .....                     Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... .....                     “O sevgi mənə ömürlük bəs edib” .....                     AYNA “BOLT”u hədələdi... .....                     "Bu binadan ev alan 100 dəfə düşünsün..." .....                     Rusiya da, Kiyevin müttəfiqləri də yorulub .....                     Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün .....                     `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... .....                     Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir .....                     Şvabe bizi yeni “qarayanvar”la qorxudur .....                     Britaniyalı nazir Bakıdan çağırış edib .....                     Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: .....                     Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü .....                     Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... .....                     Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB .....                     “Parisin siyasi qozbeli” .....                     Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün .....                     Saxta estetik cərrahlar qalmaqalı səngimir .....                     Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir .....                     İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... .....                     Şəhid ailəsinin torpağı başçının dayısına verilib? .....                     11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür .....                     Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi .....                     Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. .....                     “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” .....                     "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... .....                     "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." .....                     Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... .....                     Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... .....                     Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü .....                 

Vergilər naziri sahibkarların gününü qara edib - Araşdırma
Tarix: 28-01-2017, 09:50 | Çap et
Vergilər naziri sahibkarların gününü qara edib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən canı qurtarmış sahibkarlar indi daha bir dövlət qurumu ilə üzbəüz qalıblar. Vergilər Nazirliyi iş adamlarının başına oyun açmaqda davam edir. Bu haqda prezidentə, prokurorluğa çoxsaylı müraciətlər ünvanlanmaqdadır.

4 faiz + 1 oyunu

Dövlət başçısı sahibkarları iki illik vergidə azad etməsinə baxmayaraq, nazirlik iş adamlarını müflisləşdirmək siyasətindən əl çəkməyib. Sahibkarlar MTN-nin yerini Vergilər Nazirliyinin tutduğunu söyləyirlər. Bu vəziyyət sahibkarları dövlətin üstünə qaldırır. Nazirlik məqsədli şəkildə yenə də sahibkarlığı sıxışdırıb sıradan çıxarmağa çalışır. İqtisadi böhran getdikcə dərinləşir və iş adamlarına işləməyə imkan yaradılmalıdır. Amma vergi quramaları onları basqı altında saxlayır. MTN bandası sahibkarları tək-tək ovlayıb zirzəmidə işgəncə verməklə pullarını alırdısa, yeni vergi oyunları isə onlara qarşı iqtisadi sanksiyadır. Elə “Gündəm-Xəbər” bir MMC olaraq 4 faiz sadələşdirilmiş vergi ödəyir. Ancaq indi vergilər naziri Fazil Məmmədov təzə metoda keçib. Belə ki, köçürmə pulların nəğdləşdirmə əməliyyatında əlavə vergiyə 1 faiz pulumuzdan tutulacaq və əlavə olaraq həmişə olduğu kimi bankda 0,06 faiz tutur. Bu qəzeti nə qədər satdıraq ki, Fazil Məmmədovun timsalında büdcəmiz dolsun?! Bir neçə ay bundan öncə F. Məmmədov "ağıllı" təklif irəli sürdü ki, spirtli içkiləri və tütün məmulatlarının alışını kart variantına keçirək büdcəmiz dolsun. Bu təklif əhali arasında narazılıqla qarşılandı və prezident bu təklifi rədd etdi. İndi isə Vergilər Nazirliyinin sadələşdirilmiş dörd faizdən əlavə bir faiz də pul tutması düzgündürmü və bununla büdcəni doldurmaq olarmı? Belə çıxır ki, artıq sadələşdirilmiş vergi ödəyiciləri 4 yox 5 faiz vergi ödəməli olur.

Nazirin TIR-ları və MMC-lərin qara günü

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin cəfasını çəkirsə, Rusiya və Ukraynaya TIR-larla vurduğu milyonları ölkəmizə sərf etsə heç də pis olmaz. Hər kəs bilməlidir ki, bu məmurlar artıq xalqın rəsmi cibinə girib pulunu çəkir. Deyəsən, MTN Vergilər Nazirliyinə baxanda şükürlü olacaq. Çünki belə bir halın varlığı, bir MMC olaraq ümumi iş prosesimizin ləngiməsinə, bəzən də iflic olmasına gətirib çıxarır Ümumiyyətlə, son vaxtlar respublikamızda yaşanan acınacaqlı durumun varlığından biri də, Vergilər Nazirliyi tərəfindən kiçik və yaxud da böyük istehsal müəssislərinə yaradılmış süni əngəllərin varlığıdır. Məsələn, adicə bir faktı qeyd edək. “Gündəm Xəbər” qəzetinin redaksiyası olaraq hər ay satışdan əldə olunan gəlirə görə dövlətə 4%-lik vergi ödəyib, aidiyyəti üzrə rüblük hesabatlar da təqdim edirik. Yəni, istehsalçı tərəf olaraq qanunvericiliyin tələblərinə əməl edib fəaliyyətimizi davam etdiririk və lazımi vergi faizini də ödəyirik. Faciə odur ki, əgər əvvəllər qəzetimizin satışı ilə məşğul olan müəssisələrlə, kassa mədaxil ordeninin qəbzi və yaxud da vəkalətnamələr, yəni ciddi sənədlər vasitəsilə nəğd hesablaşmalar aparırdıqsa, bu gün fərqli tələb-şərt mövcuddur.

Nazirliyin maxinasiyaları, siqaret biznesinə “əl qoymaq”

“Gündəm-Xəbər” yazır ki, hazırda həmin müəssisələr qəzetin satışından əldə olunan pulları bank hesabına köçürməyə vadar edilirlər və belə bir əməliyyatı həyata keçirərkən, banka xidmət haqqı olaraq 0,06% pul da ödəyirlər. Elə ki, hesaba köçürülmüş pulları hesabdan götürmək lazım gəlir, o halda da istehsalçı tərəf olaraq yenidən 0,06 %-lik bank xidməti ödəməyə məcbur oluruq. Deməli, istehsalçı tərəf olaraq “Gündəm Xəbər” qəzetinin satışı və satışından əldə olunan gəliri əldə etmək üçün, bir neçə dəfə xərcə düşməli oluruq. Hətta elə hallar da olur ki, satışdan əldə olunan gəlirlərin banka köçürülməsi, yaxud da pul vəsaitlərinin bankdan çıxarılması olduqca problemə çevrilir. Belə bir halın varlığı, bir MMC olaraq ümumi iş prosesimizin ləngiməsinə, bəzən iflic olmasına da gətirib çıxarır. Bu cür addımların atılması Vergilər Nazirliyi rəhbərliyinin yazıb-pozduğu maxinasiyalardan biridir ki, bu da çoxsaylı sahibkarların, o cümlədən “Gündəm Xəbər” qəzeti redaksiyasının da fəaliyyətini əngəlləməyə hesablanmış addımlardır. Dəhşətli hal odur ki, iki həftədir köçürülən pulu hələ də əldə edə bilmirik. Bu da o deməkdir ki bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz qəzetimizin satış pulundan banklar vasitəsi ilə müəyyən fırıldaqlarını həyata keçirirlər və eyni zamamda müstəqil olmalı olan mətbuatyayımı yüksək çinli məmurların əlində inildəyir. Fazil Məmmədovun bu taktikası sahibkarların süründürməçiliyinə gətirib çıxartmaqdan başqa bir şey deyil. Biz zəhmətkeş sahibkarların haqqını yeyib min bir əziyyətə salan məmurlara dur deyən olacaqmı? Təbii ki, yox. Ona görə yox deyirik ki, başımıza gətirilən bu oyunlardan prezidentin xəbəri yoxdur. Əgər olsa bu haqsızlıqlara bəlkə də son qoyular.

Departamentlə iki bankın oyunu

Bu məsələdə Bakı şəhər Ticarət Departamentinin də “əməyini” xüsusi vurğulamaq lazımdır. Çünki məhz onların sayəsində bu gün qəzet yayımı ən ağır günlərini yaşayır. Eyni zamanda yayım firmalarının da üzərinə məsuliyyət düşür. Məhz yayım firmaları müstəqil fəaliyyət göstərsəydi bu vəziyyət yaranmazdı və bu sahə məmurların əlində cəmləşməzdi. Bakı şəhər Ticarət Departamentinin əl qoyduğu "Yeraltı Keçidlər Üzrə Ticarət Birliyi" bu oyunun icraçılarıdırlar. "KapitalBank"ın Nəsimi rayon filialı bu oyunun iştirakçısına çevrilib. Bu problemin varlığı mətbuat yayımların məmurların nəzarətində olması və mətbuat yayımlarının müstəqil olmamasıdır. Ən əsası odur ki, məmur özbaşınalıqları hər bir iş adamlarını rəzil günə salır. Əlavə olaraq onu da vurğulayaq ki, hazırda qiymət artımının daha çox müşahidə olunduğu siqaret biznesinə də, Vergilər Nazirliyi “əl qoyub”. Yəni, bu məhsulun alqı-satqısı ilə ilə məşğul olan iş adamlarına da, hesablaşmaların banklar vasitəsilə həyata keçirilməsi qaydası tətbiq olunub. Belə bir səbəb üzündəndir ki, hazırda qiymət bazarında dəyəri 2 manata qədər olan siqaretlər 10 qəpik, dəyəri 2 manatdan yuxarı olan siqaretlərin qiyməti isə 20 qəpik bahalaşıb. Bu da hər şeydən öncə, sadə, olduqca imkansız olan hər kəsə ciddi təsirini göstərməkdədir.

Prokurorluğa ən çox bu nazirlikdən şikayət olub

“Gündəm-Xəbər”in yaydığı məlumata görə, belə olan halda hər kəs o qənaətə gələ bilər ki, Vergilər Nazirliyinin sahibkarlara qarşı bu cür tələb-şərt qoyması, boşaldılmış büdcənin doldurulmasına hesablanmış addımıdır. Amma onu da unutmaq olmaz ki, bu gün Azərbaycanda fəaliyyət göstərən hər bir bank, hansısa iri ranqlı oliqarx məmurun, yaxud da yüksək çinli vəzifə sahibinindir. Onu da deyək ki, ölkədə ən çox korrupsiyalaşmış qurumların adları açıqlanıb. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlayıb. K.Əliyev bildirib ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb. Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb. Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub. Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib. Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi. Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır. Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi. Görünür ki, nazir prezidentin göstərişlərinə zidd fəaliyyətini davam etdirməkdən çəkinmir.

Sahibkarların nəfəsliyi də bağlanıb

“Gündəm-Xəbər”in media üzərindən yaydığı məlumata görə, Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarov və Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovu rayon icra başçıları arasında sahibkarların çökdürülməsi üzrə çempion adlandırmaq olar. Bu 2 rayonun icra başçısınin adı ölkə mətbuatının gündəmindən düşmür. Hər yeni gün bu biznesmen ovçularının fəaliyyətlərinə yeni çalar əlavə olunur. Vergilər naziri Fazil Məmmədovun qeyri-rəsmi quberniyasına daxil olan bu rayonlarda mülkləri yağmalanan sahibkarların ah-nalələri televiziya ekranlarına qədər gəlib çıxır. Ümumiyyətlə, internet resurslarında axtarış verməklə kifayət qədər şikayət məktublarına rast gəlmək olar. Onların əksəriyyəti vergi müfəttişlərinin özbaşınalıqlarından, iş adamlarına qan uddurmasından bəhs olunur. İş adamları vergilər nazirinin dəyişməsi ilə bəlkə müsbət irəliləyiş olacağına ümid edirlər. Çünki böhran davam etsə də, nazir heç bir islahata həyata keçirmir. Ekspertlər hesab edirlər ki, nazirlərin “yarpaq tökümü” davam edəcək. Artıq hədəfdə olan növbəti nazirin kimliyi barədə ilkin versiyalar ictimaiyyət arasında səsləndirilməkdədir. Bu, vergilər naziri Fazil Məmmədovdur. Hökumət iqtisadiyyatın liberallaşdırılması prosesini həyata keçirməlidir. Əvvəlki kimi hökumətin maliyyə resursları yoxdur. Yeganə çıxış yolu sahibkarlığın dəstəklənməsidir. Bu yolda yeganə maneə hakimiyyətdə sahibkarlığa qənim kəsilən bəzi strukturlardır. Sahibkarlara bu qurum ciddi problemlər yaradır. Onların əmlakının müsadirə edilməsi prosesində Vergilər Nazirliyi də aktiv görünür. Əgər hakimiyyət sahibkarlığa qənim kəsilən qurumların, şəxslərin qarşısını almasa, ölkəni iqtisadiyyat böhranından çıxarmaq mümkün olmayacaq.

Mövzunu diqqətdə saxlayacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00
“Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58
"“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13
Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08
“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04
"Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55
"Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51
Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44
Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41
“O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32
AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25
"Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21
Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17
Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13
`Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09
Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01
Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58
Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56
Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39
Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32
Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31
Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25
“Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16
Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14
Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12
Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05
İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01
Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56
11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50
Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48
Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45
“Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44
"SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38
Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29
Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26
Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20
Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19
Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17
COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11
Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08
Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06
Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00
Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru