Proses başlayır: Hansı başçı gedir? - Gəlişmə...
Tarix: 17-01-2017, 09:37 |
Çap et
DİA.AZ: - Keçən il keçirilən referendumdan sonra da deyilirdi ki, Azərbaycanda çox mühüm dəyişikliklər baş verəcək. Və artıq bu dəyişiklikləri görməkdəyik. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq bu proses yeni bir mərhələsinə yetişib.
Mənbənin dia-az.site-a söylədikləri: "Bu səfər çoxdan gözlənilən icra başçıları dəyişiklikləri ilə bağlı qərarların verilməsi gözlənilir. Konkret olaraq kimlərin gedəcəyi də bəllidir. Burada əsas səbəb "yuxarıların" da diqtə etdiyi və artıq yetərincə müşahidə olunan yeni siyasətə uyması gözlənilməyən rayon rəhbərlərinə əlvida deyilməsidir".
Qeyd edək ki, artıq hansı rayonların başçılarının yola salınacğı da təxminən bəllidir. Əlavə bilgilərimiz olacaq.