Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI .....                     “SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Bu il neçə kişi qadının soyadını qəbul edib? .....                     Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... .....                     Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR .....                     Şuşa yoluna pul verərik, amma... .....                     Bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ .....                     Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                 

“Mən söyüş söymüşəm, lakin sizin əməkdaşlarınız quldurluq edib tikinti üçün pulları ələ keçirirlər” - İcra başçısı Eldar Mahmudova bunu deyib
Tarix: 30-12-2016, 09:47 | Çap et
“Mən söyüş söymüşəm, lakin sizin əməkdaşlarınız quldurluq edib tikinti üçün pulları ələ keçirirlər”
Daşkəsən rayon İcra Hakimiyyətinin (İH) başçısı Əhəd Abıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov cinayət işi üzrə ifadə verib.
“Report”un əldə etdiyi məlumata görə, Abıyev Əhəd Mikayıl oğlu ifadəsində göstərib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2.000.000 manat məbləğində pul vəsaiti ayrılıb. Həmin pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən Maliyyə Nazirliyinin əmri ilə ayrılıb. Bundan sonra, həmin tikinti işlərinin görülməsi üçün qanunun tələblərinə əsasən açıq tenderin keçirilməsi barədə 10.09.2014-cü il tarixdə 196 nömrəli “Respublika” qəzetində elan yerləşdirilib, həmçinin rayon İH Başçısının müavini Cavanşir Qocayev, hüquq şöbəsinin müdiri İlhamə Bayramova, rayon memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, həmin şöbənin aparıcı mütəxəssisi Elman Ələkbərov, rayon İH-nin baş mühasibi Kazım Abdullayev, maliyyə idarəsinin əməkdaşı Nürəddin Məmmədov, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin regional şöbəsinin baş məsləhətçisi Şamil Hüseynovdan ibarət tender komissiyası yaradılıb. 16 sentyabr 2014-cü il tarixli tender komissiyasının yekun protokoluna əsasən “Dizayn Construction” MMC tenderdə qalib gəlmiş və yuxarıda qeyd edilən tikintilərin aparılması üçün tərəfindən 16 sentyabr 2014-cü il tarixli müqavilə imzalanıb. Əvvəllər Daşkəsən rayonunun ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş yaşayış evlərinin və sosial obyektlərin bərpası ilə əlaqədar olan işlər qeyd edilən şirkət tərəfindən yerinə yetirilib və həmin işlər görüldüyünə görə şirkətə 500.000 manat məbləğində pul vəsaiti ödənilib. 17 sentyabr 2014-cü il tarixdə həmin şirkətin bank hesabına pul vəsaiti köçürülüb, həmçinin şirkətlə olan şifahi danışıqlara görə köçürülmüş vəsaitin bir hissəsi inşaat materiallarının alınması üçün onlara verilməli, körpülərin və avtomobil yollarının tikilməsi üçün istifadə edilməli olan inşaat materiallarını onun göstərişi ilə Elman Məmmədov həmin gün almalı və Daşkəsən rayonu ərazisinə gətirməli olub. İnşaat materiallarını almaq üçün Elman Məmmədov 17 sentyabr 2014-cü il tarixdə səhər Bakı şəhərinə gedib, həmçinin Bakı şəhəri, Dərnəgül bazarında inşaat materialları ilə yüklü avtomobillər hazır olduğu üçün Elman Məmmədova saat 16:00-da həmin avtomobillərdə olan inşaat materiallarının dəyərini ödəməklə yola salınması barədə göstəriş verib.
Lakin saat 16 radələrində Elman Məmmədovun mobil telefon nömrəsinə bir neçə dəfə zəng edərək ondan cavab ala bilmədiyindən, narahat olaraq sonuncunun evinə də zəng edib, lakin tapa bilməyərək “Dizayn Construction” şirkətinin telefon nömrəsinə zəng edib Elman Məmmədovun olduğu yer barədə soruşub. Təxminən saat 16:30-da şirkətdən tanımadığı bir nəfər zəng edərək Elman Məmmədovun MTN tərəfindən tutulması barədə ilkin məlumatı verib. Ona verilən məlumatdan şirkətin nümayəndəsi ilə Elman Məmmədovun tutulması barədə ilkin məlumatın bankdan alındığını başa düşmüş, dərhal Bakı şəhərinə yollanıb və saat 20 radələrində MTN-in inzibati binasın qarşısına gəlib. Özünü təqdim etdiyinə baxmayaraq içəri buraxmayıb, yalnız 30-40 dəqiqədən sonra Elman Məmmədovun orada saxlanılmasını təsdiq ediblər. O, içəri buraxılmadığından çox əsəbiləşərək nəzarət-buraxılış məntəqəsinin qarşısında öz narazılığını çox kobud şəkildə bildirib, həmçinin Elman Məmmədovu tutan şəxslərin kim olduğu barədə dəfələrlə soruşub, nəhayət Elman Məmmədovun MTN-in 4-cü Baş idarəsinin əməkdaşları tərəfindən tutulması barədə məlumat aldıqdan sonra, öz tanışlarının imkanlarından istifadə etməklə həmin idarənin sabiq rəisi Sübahir Qurbanovun mobil telefon nömrəsini öyrənib zəng edib. Lakin, Sübahir Qurbanovla söhbəti alınmayıb, sonuncudan qəti olaraq Elman Məmmədovun buraxılmasını təmin etməsini tələb edib, Sübahir Qurbanov isə hay-küy qaldırdığına görə narazılığını bildirib sakit olmasını tələb edib. O, təxminən yarım saatdan sonra yenidən Sübahir Qurbanova zəng edib, lakin heç bir müsbət nəticə olmayıb. Lakin o, oradan heç yerə getməyərək nəzarət-buraxılış məntəqəsində olan əməkdaşlara Elman Məmmədov buraxılanadək orada qalacağını deyib.
Həmçinin o, nazir Eldar Mahmudovun onu qəbul etməsini xahiş edib, lakin yenə də hər hansı müsbət nəticə olmayıb. Bundan sonra nəzarət-buraxılış məntəqəsindən çıxan şəxslərdən bir neçəsi onu tanıyaraq nə baş verdiyini soruşub, həmçinin “Agbank”ın sahibi Çingiz Əsədullayevə də bu məsələni həll etmək üçün zəng edib, lakin sonuncu bu barədə ona qəti söz verməyib. Nəhayət gecə saat 24 radələrində Elman Məmmədov buraxılıb, sonuncu oradan çıxdığı zaman qollarında qandal izlərinin olduğuna fikir verib, Elman Məmmədov ona tikinti sahəsində Daşkəsən rayon İH tərəfindən görülmüş işlər barədə MTN-də bütün məlumatların olduğunu, izahatında pul vəsaitinin ələ keçirilməsində Samir Şərifovun və onun iştirakının olduğunu yazmasını tələb etdiklərini, lakin buna razı olmayaraq hər hansı izahat verməkdən imtina etdiyini deyib. Bundan sonra Elman Məmmədovla işləmiş əməkdaşların hədə-qorxu gələrək onu da oraya gətirməklə tutacaqlarını, həmçinin 1.000.000 manat pul vəsaitini verməli olduğunu deyiblər. Elman Məmmədovu ona təhvil verən MTN-nin əməkdaşı ona səhəri gün saat 10:00-da Eldar Mahmudovun onu qəbul edəcəyini bildirib. Həmçinin, Elman Məmmədov yanında olduğu zaman həmin şəxsdən pulların qaytarılmasını tələb edib, lakin həmin şəxs onun dediyinə hər hansı məhəl qoymadan kobud şəkildə rədd cavabı verib. Səhəri gün saat 10:00-da o, Eldar Mahmudovun qəbuluna gəldikdə, nəzarət-buraxılış məntəqəsində hərbi qeyimdə serjant rütbəsində olan şəxs onu yuxarı qaldırdıqdan sonra, qeyd etdiyi vaxtda qəbul olunub. Aralarında söhbət başlandığı an Eldar Mahmudov söyuş söyməsindən narazılığını bildirdikdə o, “mən söyüş söymüşəm, lakin sizin əməkdaşlarınız qulduruq edib tikinti üçün pulları ələ keçirirlər” sözləri ilə cavab verib.
Bundan sonra aralarında olan söhbətlər sülh şəraitində davam edib, o, Eldar Mahmudovun əməkdaşlarının hərəkətlərindən bir neçə dəfə narazılığını bildirib, həmçinin ondan 1.000.000 manat məbləğində pul vəsaitlərinin tələb edildiyini deyib. Eldar Mahmudov onun yanında daxili telefon vasitəsilə zəng edərək onunla hər hansı işlərinin olmaması barədə göstəriş verib Bundan sonra Eldar Mahmudov onu yola salıb, lakin Elman Məmmədovdan götürülmüş 680.000 manat məbləğində pul vəsaitlərinin qaytarılması barədə hər hansı göstəriş verməyib. O, Eldar Mahmudovun otağından çıxarkən onu aşağıya yola salan şəxsdən həmin pulların qaytarılmasını tələb edib, lakin həmin şəxs ona rədd cavabı verməklə ona və Elman Məmmədova böyük hörmətin olunduğunu, onlardan 1.000.000 manat məbləğində pulun alınmadığını və buna görə Elman Məmmədovdan götürülmüş pulların qaytarılmasının mümkün olmadığını deyib. Bundan sonra o, Eldar Mahmudovla hər hansı əlaqə saxlamayıb və görüşməyib. Bundan sonra o, məcbur olaraq planlaşdırılmış tikinti işlərinin davam etdirilməsini təmin edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru