Dövlət yeni struktur islahatlarına GEDİR - Dəyişiklik
Tarix: 9-12-2016, 11:23 |
Çap et
Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət, eyni zamanda qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.